Bakıda iki dəfə yanan “Eurohome” ticarət mərkəzində söküntü işlərinə başlanıb. Reportyor.info-nun əməkdaşının verdiyi xəbərə görə, bəzi obyektlərin dağıdılmasına start verilib.
Bazar rəhbərliyi “Eurohome”da ticarətin dayandığını əsas gətirərək obyektlərin sökülməsinə qərar verib. Sahibkarlar isə qeyd edirlər ki, məqsəd onları bazardan didərgin salmaq və uzaqlaşdırmaqdır.
Qeyd edək ki, sonuncu dəfə mayın 11-də tikinti malları satılan “EuroHome” bazarında yanğından sonra qeyri-müəyyənlik hökm sürür. Malları yanan sahibkarlara yardım olunub-olunmayacağı sual altındadır. Daha çox yanan taxta materialları, elektrik avadanlıqlarıdır.