06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“EuroHome” qurbanlarına pul verilə bilər – Rəy

10 Dekabr 2019, 15:56
Cəmiyyət, Seçmə
A A
“EuroHome” qurbanlarına pul verilə bilər – Rəy

“Eurohome” şirkətinin icraçı direktoru Kərimə xanım mediaya açıqlamasında bazarda olan obyektlərin hamısının sığortalandığını deyib. Ancaq yanğın zamanı zərər dəyən sahibkarların sözlərinə görə, bazarda fəaliyyət göstərənlərin yarısının sığortası yoxdur. Bu səbəblə onlar komissiya yaradılmasını tələb edirlər.

Bu barədə “Yeni Sabah”a danışan sığorta üzrə ekspert Xəyal Məmmədxanlı qeyd edib ki, dövlət baş verən hadisə ilə bağlı kompensasiya ödəməməlidir:

“Mən belə düşünürəm ki, heç komissiyaya ehtiyac yoxdur. Əgər sahibkarların daşınmaz əmlaklarının, tutaq ki, binanın özünün sığortalanmasından söhbət gedirsə, bu 2011-ci ildən Azərbaycanda qanunla məcburidir. Xüsusi müqavilələrin bağlanmasına da FHN nəzarət edir və bağlamayanlara da çox ciddi cərimələr yazılır. Amma problem ondadır ki, sığorta müqavilələri çox vaxt formal xarakter daşıyır. Yəni, əmlakın dəyəri 20 milyondursa, buna görə vətəndaş 0.2 faizlə, illik 40 min sığorta haqqı ödəməlidir. Amma bina sahibləri bunun əvəzində sığorta şirkətlərinə təklif edirlər ki, gəl sənə 4 min manat verim, buna uyğun mənə müqavilə bağlayın. Bunun müqabilində də artıq əmlak 20 milyona yox, 2 milyona sığortalanmış olur. Əksər sahibkarların əmlakları bu şəkildə öz dəyərindən qat-qat aşağı məbləğə sığortalanıb. Bu birinci problemimizdir. İkinci problem odur ki, həmin daşınmaz əmlak qanunla sığortaya cəlb olunsa da, heç bir qanunumuzda vətəndaşın və sahibkarın  özünə məxsus olan mallar, əmlaklar, əmtəələr sığortaya cəlb olunmurlar. Yəni, bunların sığortası məcburi deyil. Yalnız sahibkar istəsə, könüllü qaydada sığortalaya bilər. Lakin könüllü qaydada sığortalanmaq da mümkün deyil. Səbəb isə o tipli ticarət mərkəzlərində satılan malların heç birinin rəsmi uçotu və rəsmi hesabatının olmamasıdır. Bilinmir ki, o mağazada nə qədər mal var, nə vaxt daxil olub, hansı qiymətə mağazaya gəlib, hansı qiymətə satılıb – bunların hamısı vergi uçotundan gizlədilir. Ona görə də sığorta şirkətlərinə müraciət edəndə ki, gəlin sığortalayın, həmin şirkətlər mağazada mövcud olan mallar barəsində rəsmi sənəd tələb edir. Bu da olmayanda sığorta şirkəti sığortalamadan haqlı olaraq imtina edir. Sabah yenə bu günkü kimi yanğın baş versə, müəyyən etmək olmayacaq ki, orda nə qədər mal olub”.

Ekspert problem ilə bağlı həll yolları da təklif edib:

“Daşınmaz əmlakla bağlı məsələdə nəzarət gücləndirilməlidir. Əmlaklar öz bazar real bazar dəyəri ilə sığortaya cəlb olunsunlar. Həmin icarədarlarla rəsmi icarə müqavilələri imzalanmalıdır. Bəzən sahibkarlar deyə bilər ki, biz bunu çox vergi ödəməmək üçün edirik və s. hətta bununla bağlı da mən təklif etmişəm ki, qoy vətəndaşlara amnistiya verilsin. Tutaq ki, dürüst şəkildə anbarda nə qədər mal olduğu bəyan edilsin. Sahibkarlar da o vergidən azad edilsin. Amma vaxt verilsin ki, o malları satıb qutarandan sonra hər şeyi rəsmi edəcəksən. Bu edilməlidir, əks halda vəziyyətdən başqa çıxış yolu yoxdur. Bu ilin artıq neçənci yanğıdır ki, baş verir. Sonra da zərər çəkmişlər Prezident Aparatının, fondun qabağında yığılırlar ki, bizə kömək edin. Mən dövlətin belə məsələlərdə kompensasiya verməsinin qəti əleyhinəyəm. Çünki tənbəlləşirlər, dövlətin sığorta sistemi var. Yanğın başlayanda bu məsələ aktuallaşır, sönəndə bu məsələ də unudulur”.

Yanğın zamanı ətrafda olan avtomobillərə dəyən ziyanla bağlı siğorta məsələsi də müzakirə olunur Bu məsələ ilə bağlı isə Nəqliyyat eksperti Elməddin Muradlının fikirlərini öyrəndik. Ekspert yalnız tam şəkildə sığortası olanlara dəyən ziyanın əvəzinin ödəniləcəyini bildirdi:

“Bu bir təbii fəlakət hesab oluna bilər və bundan heç kim sığortalanmayıb. Əgər kasko sığortası varsa, dəymiş zərəri sığorta ödəyə bilər. Amma reallıqla yanaşanda görürük ki, əksər sürücülərin kasko sığortası yoxdur. Ümumiyyətlə, bizdə sığortaya maraq azdır. İcbari sığortanı da cərimə ödəməmək üçün edirlər. Təəssüflə qeyd edirəm ki, orda insanlara  dəymiş ziyanın ödənilməsi müəmmalı məsələdir. Orda zərər görmüş obyektlərin də böyük ehtimalla, 80-90%-in sığortası yoxdur”.

Xatırladaq ki, bu il baş verən “Diqlas” yanğınında 400 nəfərdən çox vətəndaşa zərər dəymişdi. Sahibkarların siğortası olmamasına baxmayaraq, Prezident İlham Əliyev məsələ ilə bağlı komissiyanın yaradılması və zərər çəkənlərə maddi yardım edilməsi ilə bağlı sərəncam imzalamışdı.

Əvvəlki yazı

İlham Əliyev İordaniya Kralı ilə işçi nahar etdi

Sonrakı yazı

Yanvardan pensiyalar 13-14 faiz artır

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.