Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bu gün ölkənin ikinci böyük şəhəri hesab edilən Gümrüdə avtoyürüş keçirmək niyyətindədir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiya 15.00-a planlaşdırılıb.
“Ümid edirik, Gümrünün qonaqpərvər sakinləri bizi şəhərin girişində qarşılayacaqlar”, – deyə deyə Nikol Paşinyan ötən gün axşam mitinqdə bildirib.
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanı danışıqlara dəvət etdiyini bəyan edib.