Ermənistan ordusunun son 25 ildə verdiyi İTKİLƏR – 5646 hərbçi ölüb

18 Oktyabr 2019 - 09:22
63 oxunma

Ermənistan baş naziri Nikol Paşinyan atəşəks dövründə ölən erməni hərbçilərinin dul arvadlarını və analarını qəbul edib.

 

Reportyor.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1994-cü ilin mayında imzalanmış Bişkek protokolundan keçən 25 ildən artıq müddətdə düşmən ordusu 5646 hərbçisini itirib.

 

Həlak olanların yaxınları son aylarda Yerevanda etiraz aksiyaları keçirərək, yeni qanuna əsasən, ölənlərin ailə üzvlərinə ödənilən 60 min dollar kompensasiyanın onlara da şamil edilməsini tələb ediblər.

“Zinvor” təşkilatının sədri olan Marqariya Xaçatryan dövləti ayrı-seçkilikdə təqsirləndirib və 2008-ci il 1 mart hadisələri zamanı ölən 10 nəfərin ailəsinə daha böyük məbləğdə pul ayrılmasını pisləyib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"