13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”

17 Oktyabr 2020, 18:27
Cəmiyyət
A A
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”

 

sms sharing button
sharethis sharing button

Könül İsmayılova: “Əlacı kəsilmiş mənfur Ermənistan muzdlu döyüşçülərin ümidinə qalıb”

 

“Ermənistan öz vandallığından qalmır. Xocalı soyqırımını bu gün Gəncə üzərində təkrarlayır. Artıq üçüncü dəfə gecə saatlarında, hər kəs yuxudaykən çirkin niyyətini həyata keçirdi, qadağan edilmiş silahlardan şəhərə zərbələr endirdi. Ancaq cənab Prezidentimizin də dediyi kimi, ermənilərin bu namərd hücumları Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz”.

 

Bunu Versus.Az-a Ermənistanın Gəncəyə etdiyi növbəti raket hücumunu və Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibəsini şərh edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

MMP sədr müavini Könül İsmayılovanın şərhini təqdim edirik:

 

Gəncədə baş verənlərə baxmayaraq, insanlar “biz torpaqlarımızı, Qarabağı istəyirik, Ali Baş Komandanın yanındayıq və əmrini gözləyirik” deyir. Bu sözlərin özü düşmən ölkələrə bir mesajdır. Bu gün uşaqdan qocayadək bütün Azərbaycan Ermənistanın vandallığına, işğalçılığına bundan artıq səbr etmək fikrində deyil. Və eyni zamanda dünya da görür ki, Azərbaycan tərəf yalnız düşmənin terroruna qarşı əks-hücumlar etməklə Ermənistanın işğalda saxladığı tarixi torpqlarımızı geri alırıq. Bunu cənab Prezident də xarici mətbuatlara müsahibələrində qeyd edib ki, – “Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi”. Biz bununla necə humanist dövlət olduğumuzu bir daha göstərmiş oluruq.

Az öncə Ermənistan atəşkəs istədi və Azərbaycan ona sonuncu şansı verdi. Bu danışıqlara birbaşa vasitəçi olan Rusiya və digər ölkələr də gördü ki, “humanitar atəşkəs” adı altında özünə vaxt qazanan Ermənistan birgə bəyanatın tətbiqindən heç yarım saat keçməmiş Gəncəni, Tərtəri, Ağcabədini, Mingəçeviri, Bərdəni, Beyləqanı raket zərbələrinə məruz qoydular. Biz bunu onlara bağışlamayacağıq. Bu baxımdan Prezidentimizin fikirləri Azərbaycan xalqının istəklərini təsdiqləmiş oldu. Prezident dedi ki, – “Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır”. Prezidentin çıxışlarındakı qətiyyətini yalnız bizim xalq görmür, düşmən də çox gözəl anlayır ki, qarşısındakı 30 ildir münaqişənin həllini danışıqlar yolu, sülh yolu ilə gözləyən dövlət deyil.

 

Ermənistanın havadarları da görürlər ki, müharibənin 20-ci günündə artıq erməni ordusu tamamən zəifləyib. Əlacı kəsilmiş mənfur Ermənistan muzdlu döyüşçülərin ümidinə qalıb. Cənab Prezidentin dediyi kimi, Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır. O qədər harınlayıb, başını itirib ki, illərdir qoltuğunun altına sığındığı Rusiyanı da vecinə almır. Bu məqamda situasiyaya uyğun gələn bir deyimi qeyd etmək istərdim, deyir, “keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtür”. Hazırda Ermənistanın Rusiya ilə münasibətləri bu səviyyədədir. Sirr deyil ki, Paşinyan Sorosun adamıdır və Rusiyaya qarşıdır. Prezidentimiz müsahibəsində bunu çox aydın izah edir, deyir ki, – “Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan əslində, hər zaman anti-Rusiya mövqeyində olub. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı”. İndi mənim üçün maraqlıdır, Rusiya özü bunu bilmirmi?

 

Ürəkaçan haldır ki, Azərbaycanın haqlı və ədalətli mübarizəsi dəstəklənir. İlk yanımızda olanlar qardaş Türkiyə Pakistan oldu. Bu gün artıq Azərbaycana dəstək olan ölkələrin sayı artmaqdadır. Açıq şəkildə Ermənistana yaxınlığını göstərən Fransa isə Prezident İlham Əliyevlə telefon danışığından sonra artıq tərəfsizlik göstərməyə məcburdur. Bu barədə cənab Prezident öz müsahibəsində belə deyir: “Türkiyə və Pakistan Azərbaycana ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Bu Azərbaycanı daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən söhbət gedə bilməz. Fransa isə həmsədr kimi bitərəf olmalıdır. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Bu günə kimi Fransanın addımları və yanaşması müsbətdir. İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı”.

 

Qeyd edim ki, cənab Prezident az qala dünyanın qısqandığı Azərbaycan-Türkiyə qardaşlığına heç bir qüvvənin təsir edə bilməyəcəyini də xarici mətbuata verdiyi bütün müsahibələrində xüsusi vurğulayır. Düşünürəm ki, ölkələrimizin və xalqlarımızın bu birliyi sayəsində hər zaman qalib olacağıq.

 

Daim Ali Baş Komandanın yanındayıq! Dövlətimiz var olsun! Allah Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!

Əvvəlki yazı

Ermənilər daha bir mülki şəxsi yaraladı

Sonrakı yazı

İsveçrədə erməni terroruna etiraz aksiyası keçirildi – Fotolar

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.