09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ERMƏNİLƏRİN QANINI İÇƏN AC QURD, YOXSA QURBANLIQ QUZU?- “Qazprom”u Ermənistanda niyə gözümçıxdıya salıblar? – ARAŞDIRMA

17 Noyabr 2018, 21:22
Manşet
A A
ERMƏNİLƏRİN QANINI İÇƏN AC QURD, YOXSA QURBANLIQ QUZU?- “Qazprom”u Ermənistanda niyə gözümçıxdıya salıblar? – ARAŞDIRMA

İrina Corbenadze

rosbalt.ru, 16.11.2018

 

 Paşinyan Rusiya biznesini sarsıtmağa davam edir – “Millerin törəməsi”nə cinayət işi açılıb. Respublikadan şantaj və oğurluğun kəskin qoxusu gəlir.

Ermənistanda Rusiyanın başqa şirkətlərinə də “basqınlar” olub – məsələn, Rusiya DY-a (Dəmir Yolları-red.).

Ermənistanda Rusiyanın böyük biznesinin fəaliyyətilə bağlı yeni qalmaqal var. Dövlət gəlirlər komitəsi bu dəfə ən “əlverişli” məqamda “Qazprom-Ermənistan” QSC-nin xüsusən böyük həcmdə vergidən yayınmasıyla bağlı cinayət işinin qaldırılması haqda məlumat verib. Komitə məlumatlandırır ki, hazırda QSC-nin yol verdiyi “sui-istifadə nəticəsində dövlətə vurulmuş ziyanın dəqiqləşdirilməsi, habelə təbii qaz istehlakı sahəsində korrupsiya sxemlərinin üzə çıxarılması üçün gərəkli istintaq və prosessual fəaliyyət həyata keçirilir”.

Söhbət 2016-2017-ci illərdə pul ifadəsində Ermənistan büdcəsinə ödənilməmiş bir neçə milyard dramdan (yəni bir neçə milyon dollardan) gedir.

Qeyd edək ki, QSC yüz faiz “Qazprom”un mülkiyyətindədir. Elektrik enerjisinin istehsalı və İİR-ə ixracı üçün İrandan İES-ə kiçik həcmdə qaz tədarükünü saymasaq, Rusiya şirkəti bura hər il 2,5 milyard kubmetr yanacaq göndərərək Ermənistan bazarında inhisar mövqeyi tutub. “Qazprom-Ermənistan” ona qarşı sürülən ittihamlarla bağlı qəti narazılığını bildirib. Şirkətin yaydığı bəyanatda “böyük maliyyə pozuntuları haqda məlumatın əsassızlığı”göstərilib. Habelə vurğulanır ki, QSC-nin fəaliyyətinin yoxlanışı hələ başa çatmayıb və onun Ermənistanın vergi qanunvericiliyini pozmasına indiyədək heç bir sübut təqdim edilməyib. “Qazprom-Ermənistan”da bildiriblər: “Komitənin belə fəaliyyəti şirkətin işgüzar nüfuzuna ziyan vura və təbii fəaliyyət prosesini poza bilər”.

Burada xatırlamağına dəyər ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistanda hakimiyyəti inqilab yoluyla ələ keçirmiş və indi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla bu yaxınlardakı görüşünün gedişində sonuncu, respublikaya tədarük olunan Rusiya qazının qiymətləndirmə mexanizminin araşdırılması məsələsini qaldırıb. Paşinyanın fikrincə, “Bu gün Ermənistan vətəndaşları hiss etmirlər ki, Rusiyadan ucuz qaz alırlar” və “korrupsiya riskləri” var.

Əlbəttə, bu, istənilən təsərrüfat subyektinin, elə dövlətin də  fəaliyyətində istisna oluna bilməz. Amma çox naraqlıdır kii, Ermənistan vergiçiləri QSC-yə qarşı cinayət işini respublika hökumətinin məhz “Qazprom” və Rusiya Energetika Nazirliyi ilə Ermənistana tədarük edilən qazın qiymətinin endirilməsi haqda danışıqlar apardığı zaman  qaldırıb. Bunu indi də baha adlandıra bilməzsən – min kubmetr qazın dəyəri sərhədə çatdırmaqla birgə 150 ABŞ dolları təşkil edir. Lakin ermənilər bunu daha da aşağı salmağa çalışırlar. Doğrusu, birbaşa deyilsə, onlar şantaj qəsdiyləmi Rusiya QSC-ə “basqın ediblər”? Bunun üçün cinayət işi qaldırmaq vaxtı ki lap “əlverişli”, sövdələşmək üçün məkan isə genişdir.

Burada qeyd etməyinə dəyər ki, hərçənd Ermənistan qazı 150 dollara alır, amma istehlakçı min kuba görə 290 dollar ödəyir. Bu qədər mühüm qiymət sovurmasıyla təkcə “Qazprom”un özünü deyil, həm də Ermənistanın keçmiş hakimiyyət təmsilçilərini korrupsiya sxemlərinə “bəndləmək” çox asandır. Ermənistanda artıq çoxdan danışırlar ki, onlar Rusiya qazıyla varlanıblar. Yəni bir atəşlə eyni zamanda dərhal bir neçə dovşanı öldürmək olar: Rusiya inhisarçısını nüfuzdan salmaq və Ermənistan siyasətinin keçmiş avtoritetlərinə düz parlament seçkiləri vaxtı maddə yapışdırmaq – mane olmasınlar deyə. Lakin inqilabçı hökumət elektoratı özünə sarı çəkmək üçün seçkilərə qədər sonuncu istehlakçı üçün qazın qiymətini aşağı salmalıdır, əks halda “Qazprom”la bağlı bütün bu əhvalat xoruzun quyruğuna dönəcək, bir də açıq antirusiya xarakteri daşıyacaq.

“Reporter” nəşri Rusiya eksperti İqor Korotçenkonun fikrini misal gətirir – buna əsasən, Ermənistan hökumətinin hərəkətinin arxasında bayağı dövlət reketinin maraqları dura bilər. O, hesab edir – yəni istisna deyil ki, Nikol Paşinyan Rusiya şirkətinin törəmə müəssisəsinin əmlakını ələ kerçirmək qəsdiylə QSC-nin yoxlanışını təşkil edib. Bir sözlə, bütün bu “cinayət”in gizli mənası var və  Moskva və İrəvan arasındakı münasibətlər növbəti gərginlik qarşısındadır. Xüsusn də bu əhvalatdan qabaq Rusiya biznesi və Ermənistanda “Rusiya amili”ylə bağlı bir neçə qalmaqal olub.

Məsələn, Paşinyan parlament respublikasında baş nazir postunu tutmağa macal tapmamış dövlət gəlirləri üzrə Komitə “Qazprom”a məxsus bir neçə qazdoldurma stansiyasını vergiləri gizlətməkdə ittiham edib. Nə olar, tamamilə mümkündür ki, iddialar əsaslıydı. Amma Rusiya DY ASC-nin törəmə şirkəti “Cənubi Qafqaz dəmiryolu” QSC-nin ofisində biabırçı gecə “maska-şou”suyla bağlı hadisə qaranlıq qalır. Ermənistan hökumətinin KTMT baş katibini – Ermənistan təmsilçisini həbs etməsiylə bağlı qalmaqallı əhvalat da məşhurdur. Moskva, elə bütün KTMT təşkilatın üzvü tərəfindən onun bu qədər nüfuzdan aşkarca salınmasından çox narazıydı.

Ümumiyyətlə, Ermənistanda Rusiya “mənşəli” hər şey, az qala, cinayətə çevrilir və “uyğun” təqibə məruz qalır. Düzdür, Ermənistanın yeni hökumətinin indiki şəraitdə tələbatın arta biləcəyi qazın tarifinin   endirilməsini necə təsəvvür etdiyi tam aydın deyil, çünki respublikada İtaliyanın “Renco” şirkəti tərəfindən 250 MVt gücündə İES inşası planlaşdırılır. Gələcək stansiya yetərincə böyük və Ermənistanın elektrik enerjisi ixracı baxımından perspektivli sayılır: yada salaq ki, Ermənistanı İranla birləşdirən 400 kilovoltluq EVX (elektrik verilməsi xətti-red.) inşası 2019-da başa çatır.

Burada sual meydana çıxır: Rusiya inhisarçısını Ermənistandan sıxışıdırırlarsa, bəs həqiqətdə yeni İES-ə elektrik enerjisinin generasiyası üçün qazı kim tədarük edəcək? Bir də ABŞ-ın İrəvanın Tehranla işgüzar əlaqələrini məhdudlaşdırmaq və nəzarətə götürməyə cəhd etdiyi və İran qazının nəzəri perspektivdə idxalının Ermənistana istənilən halda Rusiyanınkından baha başa gələcəyi bir şəraitdə.

Əlbəttə, hətta Ermənistanın xarici siyasətdə Qərb yönünün inkişafına bel bağlayan, amma İrəvanın Moskva və Tehranla “okeanarxası”na tabesiz  təmasları halında gizli və aşkar hədələrdən savayı bundan hələlik heç nə əldə etməyən inqilabi hökuməti qədər səriştəsiz hökumət də bunu anlamaya bilməz. Əslində, Ermənistan ümumiyyətlə xüsusən Rusiya biznesiylə qarşılıqlı münasibətlər kontekstində özünü küncə qovur. “Qazprom”, RDY, KTMT ilə bağlı hadisələr, başqa “epizodlar” bunun xeyrinə danışır ki, İrəvan həm qaz tarifləri zəminində, həm də Rusiya “qarmağından” atılıb çıxmaqda  Moskvanı yetərincə bayağıcasına şantaj edir ki, bu da təkcə Ermənistan-Rusiya işgüzar və siyasi iqlqiminə mənfi təsir etmir, həm də bütünlükdə Ermənistanın yatırım mühitinə qatı kölgə salır.

Belə ki, Ermənistanın, heç olmasa, “Qazprom”un əlindən və Rusiyadan asılı olan təhlükəsizlik məsələlərindən də qaçmağa yeri olmadığı nəzərə alınmaqla səs-küylü “ifşalara” aludə olması lazım gəlmir. Təkcə siyasi deyil, həm də işgüzar gərginliyə baxmayaraq RF-yə ixracatı ardıcıl şəkildə çoxalan Ermənistan məhsulları üçün Rusiyanın əsas satış bazarı olduğu durumu bura əlavə etmək olar.

Sonuncuya gəlincə: Ermənistan Rusiya mənşəli biznesə bütün dözümsüzlüyü şəraitində respublikanın elektrik enerjisi tələbatının 40%-i bağlayan Metsamor atom elektrik stansiyasının modernləşdirilməsində Rusiya yardımına bel bağlayır. Onu yanacaqla, istismar təhlükləsizliyi ilə də Rusiya təchiz edir. Əlbəttə, bu, təmənnasız edilmir: Avropa Birliyi stansiyanı bağlamağı tələb edir ki, bu da Ermənistan üçün 90-cı illərinn əvvəlinin zülmətinə qayıdışı, Rusiya üçün isə onun üçün strategiyaca  mühüm respublikada nüfuzunun bir qisminin itirilməsini bildirir.

Yeri gəlmişkən, “Rosatom”un Metsamorda 600 MVt gücündə və 5 milyard dollar dəyərində yeni blok inşa etməsiylə bağlı planlar var idi. Rusiya tərəfi bu zaman  xərclərin bir qismini, stansiyanın avadanlıq və texnolgiyalarla təminatını öz üzərinə götürürdü. Amma görünür, gerçəkləşmək hələlik bu layihənin qismətində yoxdur: əldə olan məlumata görə, Rusiya blokun təmirinə kredit və qrant ayrımaqla kifayətlənir və özü isə uyğun işlərlə məşğul olacaq.

Amma burası da var ki, hər şey Ermənistan üçün hələ pis yöndə dəyişilə bilər. Orada tezliklə parlament seçkiləri baş tutacaq, amma, güman etmirəm ki, “Rusiyayönlü” sayılan (ən azı, Moskvaya qarşı qorxulu addım atmayan) keçmiş hakim Respublikaçılar Partiyası hakimiyyətə qayıdar. Paşinyanın isə indi bundan sonrakı davranış modelini proqnozlaşdırmaq çətindir. Bir şeyi inamla demək olar: Rusiyaya münasibətdə siyasi baxımdan, çətin ki, etik olar, daha dəqiqi, hətta Qarabağ istiqamətində şimşək də çaxsa, etikanın səviyyəsi konkret hər bir hadisədə adda-budda olacaq. Bu isə bildirir ki, çox ehtimal ki, Rusiya “dükanları”nın böyük hissəsində Ermənistan üçün kreditlər bağlanacaq.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

TRAMP GÜLƏNLƏ BAĞLI GÖZLƏNTİLƏRƏ SON QOYDU, ƏRDOĞANI TƏRİFLƏDİ:

Sonrakı yazı

Bu il Azərbaycanda qeydə alınan ölüm, nikah və boşanmaların statistikası açıqlanıb- Statistika Komitəsi

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.