09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ermənilərin Moldovada dayaqlarını sarsıtdıq” – Qüdsi Osmanov

21 Noyabr 2020, 11:40
Cəmiyyət
A A

Azərbaycan İkinci Qarabağ savaşında yalnız döyüş meydanında deyil, həm də diplomatik müstəvidə Ermənistanı məğlubiyyətə uğratdı. Güclü “erməni lobbisi”  mifi faktiki olaraq darmadağın edildi. Xarici ölkələrdə Azərbaycanın diplomatik korpusu Prezident İlham Əliyevin “hücum diplomatiyası” siyasətinə uyğun olaraq uğurlu fəaliyyət göstərdi. Bu ölkələrdən biri də Moldovadır. Məlumat üçün deyək ki, bu ölkədə erməni diasporası kifayət qədər güclüdür. Lakin Azərbaycanın Moldovadakı səfirliyi və diaspor təşkilatları qarşılarına qoyulan vəzifənin öhdəsinədn uğurla gələ biliblər. ANAXEBER.info bu barədə səfir Qüdsi Osmanovla söhbətləşib. Müsahibəni təqdim edirik: –Qüdsi müəllim, 44 günlük Qarabağ savaşı Moldovadan necə görünürdü və sizin ümumi dəyərləndirməniz necədir? -Bu savaş dünyaya göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir. 30 il müddətində bunun baş verməməsi isə sadəcə Azərbaycanın problemin sülh yolu ilə nizamlanmasına çalışmasından irəli gəlirdi. Lakin artıq danışıqlar dalana dirənmişdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi faktiki olaraq təkcə Azərbaycana deyil, münaqişənin sülh yolu ilə həllində vasitəçi olan ölkələrə də meydan oxuyurdu. Heç bir prinsipi qəbul etmir, hətta Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürürdülər. Nəhayət, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks hücum əməliyyatına start verdi və Ermənistanın təslim olması üçün cəmi 44 gün lazım oldu. Bu dünya hər tarixində görünməmiş hadisədir. Hesab edirəm ki, tarixçilər, hərbi mütəxəssislər bu müharibə barədə hələ çox danışacaq, təhlillər aparacaq. Bu müharibə Moldovadan necə görünürdü? Təbii ki, ilk günlərdə bu ölkənin informasiya resurslarında Azərbaycanın haqlı mövqeyi barədə heç nə yazılmırdı. Lakin qələbələrin sayı artdıqca, eyni zamanda diplomatik korpusun və diaspora təşkilatlarının səfərbər olaraq müharibə barədə həqiqətləri Moldova ictimaiyyətinin diqqətinə çatdırdı. Bundan sonra vəziyyət dəyişdi və artıq Moldovadan Azərbaycanın aqressor deyil, işğalçıya qarşı müharibə aparan tərəf olduğu aydın görünməyə başladı. Digər tərəfdən, Azərbaycanın heç də düşmən qarşısında əzik və məzlum olmadığı aydın oldu. Həm də Ermənistanın Moldovadakı dayaqları demək olar ki, sarsıldı. Biz hələ Ermənistanın “iyul təxribatı” zamanı bu ölkənin Moldovadakı səfirliyi qarşısında yürüş təşkil etmişdik. Ermənistanın diaspor təşkilatları, Moldovanın siyasi dairələri ilə yaxınlıq edən ermənilər, hətta dövlət vəzifələrində təmsil olunanlar da səfirliyin qarşısına toplaşmışdılar. Orada bir erməni hayqırırdı ki, Qarabağı almışıq, Bakını da alacağıq. Doğrudur, biz elə orada onların cavabını verdik. Ağılları Los-Ancelesdəki olaylara getmişdi. Yəni, burada da bizimkilərə qarşı zorakılıq etmək istəyirdilər. Yəni, bu qədər qudurmuşdular. Amma artıq səslərini kəsiblər. Həm Azərbaycan Ordusunun, həm də diplomatik korpusun gücünü gördülər. Mən bir məqama da diqqət çəkmək istəyirəm. Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq media qurumlarına verdiyi müsahibələr zamanı Azərbaycanın haqlı mövqeyini bəzən kəskin şəkildə ortaya qoyması diplomatik korpus üçün də siqnal oldu. Biz öz fəaliyyətimiz məhz “hücum diplomatiyası” siyasətinə uyğun quraraq bu çətin sınaqdan qalib çıxa bildik. –Müharibə dövründə diplomatik korpus konkret hansı addımları atdı? – Qeyd etdiyim kimi müharibənin ilk günlərində Moldova mediası Azərbaycanın haqlı mövqeyinə o qədər də diqqət ayırmırdı. Moldova ictimai-siyasi mühitində də birmənalı mövqe yox idi. Biz dərhal səfərbər olaraq medianın diqqətini Qarabağ savaşına çəkdik. Əslində nə baş verdiyini, müharibənin alovlanmasının səbəblərini, Ermənistanın bu müharibədə etdiyi hərbi cinayətlər barədə medianı məlumatlandırdı. Artıq hər gün 25-30 media quruluşu Qarabağ savaşı barədə yazırdı. Özü də tirajlanan informasiyalarda ölkəmizin haqlı mövqeyinə diqqət çəkilirdi. Təbii ki, burada hər hansı piardan söhbət getmir. Sadəcə səfirlik və diaspora təşkilatları əl-ələ verərək həqiqətləri bütün Moldovaya yaydıq. Siyasi fiqurlarla, ictimai xadimlərlə görüşlər keçirərək Qarabağ münaqişəsnin mahiyyətini anlatdıq. Faktları, sübutları təqdim etdik. Beləliklə, bu ölkədə artıq Azərbaycanın Qarabağ savaşında haqlı olduğunu bilirlər. -Deməli, buna qədər vəziyyət fərqli olub? -Bəli. Biləsiniz ki, ermənilər Moldovada kifayət qədər güclü olublar. Hətta dövlət vəziflərində, parlamentdə təmsil olunan ermənilər var. Keçmiş prezidentin baş məsləhətçisi belə, erməni idi. Amma bununla belə biz onların dayaqlarını sarsıda bildik. Bilirsiniz, səfirin özü nə qədər güclü bacarıqlı olsa, əməkdaşları da bir o qədər səmərəli fəaliyyət göstərəcək. Doğrudur, bizim Moldova ilə ikitərəfli münasibətlərimiz var. Amma buna arxayın olmaq olmaz. Hər gün yazılar yazmaq, təhlillər etmək, media ilə, siyasi-ictimai təşkilatlarla əlaqə qurmaq lazımdır. Burada diasporun da fəaliyyəti önəmlidir.  -Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları barədə həmişə tənqidi fikirlər söylənilib. Konkret olaraq Moldovadakı diaspor təşkilatlarımızın fəaliyyətini qanedici hesab etmək olarmı? -Diaspor təşkilatları barədə tənqidlər əvvəllərə aid edilə bilər. Bizim diaspor siyasətimiz düzgün olsa da, bu siyasəti uğurla davam etdirə bilmirdilər. Bir “bəy” çıxarmışdılar ortaya. O da diaspor təşkilatını ailə təsərrüfatına çevirdi. Mən ad çəkmək istəmirəm, hesab edirəm ki, hər kəsə aydındır. O da başladı Azərbaycanın maraqlarına zidd faəliyyət göstərməyə, azərbaycanlıları belə demək mümkünsə, məhv etməyə. Moldovada da belə idi. Amma Prezidentin apardığı islahatlar sayəsində bu sahədə də vəziyyət müsbətə doğru dəyişdi. İndi Moldovada gənclərdən ibarət güclü diapor təşkilatlarımız var. Diaspor və səfirlik əlaqəli fəaliyyət göstərəndə ortaya uğurlu nəticə çıxır. Əlbəttə, burada səfirin də fəaliyyətinin önəmi var. Səfir təkcə pianinoda ifa etməməli, mahnı oxumamalıdır. Bu diplomatiyadır. Burada dinamik fəaliyyət lazımdır. Görüşlər, tədbirlər keçirilməli, Azərbaycanın milli maraqları hər şeyin fövqündə olmalıdır. Bir məqama da toxunmaq istəyirəm. Prezident İlham Əliyev Xarici İşlər Nazirliyində apardığı islahatlar yerində atılmış addım idi. Yeni Xarici İşlər naziri Ceyhun müəllim də kifayət qədər uğurlu kadrdır. Əvvəlki illərdən fərqli olaraq səfirlər nazir müavinləri çox rahat şəkildə əlaqə qura, hansı məsələləri müzakirə edə bilir. Qısası, diplomatik korpusla səmərəli iş qurulub ki, bu da əlbəttə Azərbaycanın maraqları baxımından əhəmiyyətlidir. Biz indiki dövrdə bir yumruq ətrafında birləşməliyik. Bu Prezidentin dəmir yumruğudur. Bu yumruq Azərbaycanın gücünü, qüdrətini özünə qaytarıb. Haqqımız yoxdur ki, belə bir dövrdə korporativ maraqları önə çıxaraq. -Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə vandalizm aktları həyata keçirib. Füzuli, Cəbrayıl, Ağdam və dirgər ərazilər sanki ruhlar şəhəridir. Bilmək istərdik ki, ermənilərin bu vəhşiliyini Moldova cəmiyyətinin diqqətinə çatdırmaq üçün hansı addımlar atılır? -Təbii ki, bu bizim əsas vəzifələrimizdən biridir. Və artıq bu barədə təlimat da almışıq. Ermənilərin 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə mədəni abidələri, məzarlılqaları, yaşayış evlərini məhv etməsi barədə foto-video sübutları toplayıb Moldova mediası vasitəsilə yayırıq və bu proses davam edəcək. Dünyanın bütün ölkələri, o cümlədən Moldova Ermənistanın terroçu mahiyyətindən xəbərdar olmalıdır.
Əvvəlki yazı

Rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi başa çatdı

Sonrakı yazı

“Ən yaxın zamanda Mehmetçik Azərbaycana gedəcək”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.