13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni polkovnikin MÜHARİBƏ TƏLAŞI – “Azərbaycanın müharibəyə başlaması qaçılmazdır”

30 İyun 2018, 12:05
Seçmə
A A
Erməni polkovnikin MÜHARİBƏ TƏLAŞI – “Azərbaycanın müharibəyə başlaması qaçılmazdır”

Ermənistan Müdafiə Nazirliyinin polkovniki, “Tiqran Mets” hərbi-təlim mərkəzinin rəhbəri Koryun Qumaşyan Azərbaycan ordusunun iyunun 26-da Bakıda keçirilmiş paradına baxıb , prezident İlham Əliyevin çıxışını izləyib və belə qənaətə gəlib ki, Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanması qaçılmazdır.

Polkovnik Qumaşyan erməni mətbuatına müsahibəsində Ermənistanın “ildırım sürəti ilə öz silahlarını yeniləməli olduğunu” deyib. Bildirib ki, əks halda gec olacaq.

“Bütün maliyyə resursları müdafiə sahəsinə yönəldilməlidir, hansı ölkənin bizim haqqımızda nə düşünməsindən asılı olmayaraq. Müharibə qaçılmazdır. Kiçikdən böyüyə hamı buna hazırlaşmalıdır. Bu 2016-cı ilin aprel hadisələrinin təkrarı olmayacaq”-polkovnik deyib.

Qumaşyan Azərbaycan ordusunun Naxçıvanda yeni strateji yüksəkliklərdə möhkəmlənməsinə və Ermənistan ərazisini Dağlıq Qarabağa birləşdirən yolu nəzarətə götürdüyünü də xatırladıb. “Bu Azərbaycanın irimiqyaslı müharibəyə hazırlaşmasına dəlalət edir. Azərbaycanın öz mövqelərini Areni kəndi istiqamətində irəli çəkməsi, Areni kəndini, Araratı, Yexeqnadzoru nişangahda tutması reallıqdır. Erməni tərəfi deyir ki, həmin yüksəkliyə (“Qızılqaya” yüksəkliyi) hərbi texnikanın yeridilməsi mümkün deyil. Əslində heç ora texnika yetirməyə ehtiyac yoxdur, təkcə müşahidə məntəqəsi bəs edir ki, situasiyaya nəzarət edəsən və müvafiq göstərişlər verəsən”-erməni polkovnik bildirib.

Qumaşyana görə Azərbaycan Silahlı Qüvvələrinin ən yeni, müasir hərbi texnika ilə silahlanması da gözlənilən müharibənin irimiqyaslı olacağını göstərir. “Ən başlıcası gecikməməkdir. Parad zamanı mən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığını, silahlarını izlədim. Hər şey yenilənib, hətta sıra düzülüşü öz nizamına görə Şimali Koreya ordusunu xatırladırdı. Müharibədən keçmiş adamlar bütün bunları çox ciddi qəbul edir. Onlar silahları nümayiş etdirdilər. Lakin bu o demək deyil ki, birbaşa indi hücum edəcəklər. Onlar bunu bu payızda, ya da gələn yaz edəcəklər. Ona görə də birbaşa deyirəm: vaxtımız yoxdur. Biz silahlanma proqramımızı ildırım sürəti ilə aparmalıyıq”-Qumaşyan deyib.

“Modus Vivendi” araşdırma mərkəzinin direktoru, ekspert Ara Papyan isə Azərbaycan ordusunun paradın ardınca irimiqyaslı hərbi təlimlərə başlamasın diqqəti cəlb edib. Onun sözlərinə görə, Azərbaycan ordusu təkcə Qarabağ istiqamətində deyil, Naxçıvan və Tavuş istiqamətində də qüvvə cəmləşdirir.

“Təhdid bu baxımdan daha da artıb ki, azərbaycan cəmiyyəti deyəsən müharibəyə başlamağa hazırdır”-Papyan deyib.

Ekspertə görə əgər ordu irimiqyaslı təlimlər keçirirsə növbəti mərhələ müharibə ola bilər. Çünki təlimlərdən müharibəyə keçmək asandır. Deməli Azərbaycan ordusunun qarşıdakı təlimləri riski artırır.

Xatırladaq ki, Azərbaycan ordusu iyulun 2-dən 6-na qədər 20 minlik canlı qüvvənin, yüzlərlə tank və digər zirehli texnikanın, çoxsaylı raket-artilleriya bölmələrinin iştirakı ilə təlimlər keçirəcək. Təlimlərin ssenarisinə əsasən şərti düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurandan sonra qoşunlar hücuma keçib işğal altındakı əraziləri azad etməlidir.(virtualaz.org)

Əvvəlki yazı

“Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü”

Sonrakı yazı

BİR ZAMANLARIN GƏNCLİK ŞƏHƏRİ KİMİ TANIMLANAN SUMQAYIT!!! – 4-cü yazı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.