Erməni nazir fərari əsgər haqda: “Azıb…”

13 Avqust 2019 - 13:32
53 oxunma

Azərbaycanla sərhədi keçən erməni hərbçi, böyük ehtimalla, azıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan Müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında deyib. O, hazırda məsələ ilə bağlı istintaq aparıldığını bildirib.

Tonoyan hərbçinin xidmət etdiyi hərbi hissədə təzyiqlərə məruz qalmasıyla bağlı Azərbaycanın açıqladığı məlumatın “yalan olduğunu” iddia edib. Əsgərin psixoloji vəziyyətindən söhbət açan Tonoyan hələlik bunun müəyyən edilmədiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviçin saxlanılması barədə məlumat yayıb. Nazirlik Kazaryanın hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibət ucbatından qaçdığını etiraf etdiyini bildirib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"