Erməni nazir Azərbaycana təslim olan əsgərdən danışdı Erməni nazir Azərbaycana təslim olan əsgərdən danışdı

13 Avqust 2019 - 20:59
366 oxunma
“Mən şəxsən əminəm ki, bizim hərbi qulluqçu Araik Kazaryan yolu azaraq Azərbaycan tərəfinə adlayıb”.
Reportyor.info modern.az-a istinadən xəbər verir ki, belə bir açıqlama verən Ermənistanın müdafiə naziri David Tonoyan növbəti dəfə riyakarlıq edib.
Çünki Araik Kazaryanın yayılmış şəkillərində onun ağ bayraq qaldıraraq, Azərbaycan tərəfinə təslim olduğu açıq-aşkar görünür.
Amma David Tonoyan Kazaryanın hərbi hissədən qaçmağa məcbur etmiş özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibət kimi səbəbləri təkzib etməyə çalışıb.
O, erməni əsgərin geri qaytarılması ilə bağlı artıq müvafiq beynəlxalq təşkilatlara müraciət olunduğunu qeyd edib.
“Bu, bizim üçün ağır hadisədir, amma düşünürəm ki, hər şey yaxşı sonluqla qurtaracaq,-deyə nazir bildirib
Avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Aro Kazaryan ağ bayraq qaldıraraq, Azərbaycan tərəfinə təslim olub.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"