06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni ilə ailə qurmağa qanun və din nə deyir…

08 May 2018, 09:38
Cəmiyyət
A A
Erməni ilə ailə qurmağa qanun və din nə deyir…

Əsabəli Mustafayev: “Qanunun tətbiqində dini, irqi, milli, etnik ayrı-seçkilik qadağan olunub”; Samir Ağayev: “Dinimiz birmənalı şəkildə qeyri-müsəlmana qız verməyi qadağan edir”

Ötən həftənin gündəm mövzularından biri də Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsi sədrinin qızının erməni oğlanla ailə həyatı qurması oldu. Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutan nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak etmişdi. Həyat yoldaşı da erməni olan Ağakişi Kərimov adlı diaspora nümayəndəsinin ailəsində baş verənlər Moskvada yaşayan azərbaycanlılar, o cümlədən ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılandı.

Bəs görəsən, cəmiyyətin bu cür kəskin reaksiya verdiyi faktla bağlı qanunvericilik nə deyir? Qanunlarımız erməni ilə ailə qurmağı qadağan edirmi?

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, əksinə, qanunvericilikdə nikahın dövlət tərəfindən qeydə alınması ilə bağlı irqi, milli, dini və etnik ayrı-seçkiliyə yol verilməsi qadağandır: “Qanunlarımızda erməni ilə ailə qurmağı qadağan edən hər hansı maddə yoxdur. Hazırda da ölkəmizdə 30 min nəfər erməni gəlin var. Qanun icazə verir. Əksinə, qanunun tətbiqində dini , irqi, milli, etnik ayrı-seçkilik qadağan olunub. Kim kiminlə istəsə ailə qura bilər. Nikahın qeydə alınmasından imtina olunması məsuliyyət yaradır”.

Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini və onların millətimizə qarşı törətdikləri soyqırımları nəzərə alaraq, ermənilərlə ailə qurmağı qadağan edən qanunun qəbul olunmasına gəlincə, Ə.Mustafayev bunun mümkün olmadığını bildirdi: “Çox güman ki, heç zaman buna gedilməyəcək. Bu, açıq-aşkar etnik ayrı-seçkilik deməkdir və beynəlxalq aləmdə çox böyük qınaq yarada bilər. Ona görə də bu məsələni qaldırmaq belə düzgün deyil. Bu hər insanın öz mənəvi məsələsidir, onun xalqına, tarixinə nə qədər bağlı olması məsələsidir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyada vəziyyət bir qədər fərqlidir. Orada yaşayan ermənilər və azərbaycanlılar bu konfliktdən müəyyən qədər uzaqdırlar. Uzun müddətdir Rusiyada yaşayanlar özlərini bu münaqişədən kənarda hiss edirlər. Orada bu cür hadisələr tez-tez baş verir. Görünür, sonuncu hadisədə ailə başçısı diaspor rəhbəri olduğu üçün məsələ belə ictimai rəng aldı. Bu cür məsələlərin ciddi şəkildə qaldırılması ölkənin nüfuzunu yüksəldən amillərdən deyil”.

Bəs qeyri-din və qeyri-millətdən olan şəxslərlə ailə qurmağı İslam dini qadağan edirmi?

ilahiyyatçı Samir Ağayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran ilahiyyatçı Samir Ağayev bildirdi ki, İslam dini qeyri-müsəlmanlara qız verməyi qadağan edir: “Dinimiz birmənalı şəkildə qeyri-müsəlmana qız verməyi qadağan edir. Şəxsin xristian və ya yəhudi olmasının, hansı millətdən olmasının fərqi yoxdur. Əsas amil onun müsəlman olub-olmamasıdır. Qurani-Kərimdə də buna işarə edən ayələr var. Həzrəti Məhəmməd peyğəmbərin sünnəsində də bunu qadağan edən kəlamlar var. Müsəlman aləminin tarixi ənənəsi də göstərir ki, buna heç zaman yol verilməyib. Qeyri-müsəlmanlardan qız almağa isə dində icazə var”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Əvvəlki yazı

Gülər Əhmədovadan Elçin Əlibəyliyə ETİRAZ – ”özünü kişi sayan birisi”…

Sonrakı yazı

Baytarlıq Xidmətinin rəisinin şok maxinasiyası

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.