14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni icmalçıdan Nikol Paşinyana təhlükəli xəbərdarlıq:“CƏMİYYƏTƏ YEDİRTMƏYƏ ÇALIŞDIĞIN YALANIN QURBANI OLACAQSAN” – Təhlil

18 Fevral 2019, 13:33
Manşet
A A
Erməni icmalçıdan Nikol Paşinyana təhlükəli xəbərdarlıq:“CƏMİYYƏTƏ YEDİRTMƏYƏ ÇALIŞDIĞIN YALANIN QURBANI OLACAQSAN” – Təhlil

Harnik Gevorqyan

ru.1-in.am (Ermənistan), 17.02.2019

 

Baş nazir Nikol Paşinyan inqilabdan sonrakı qısa müddətdə mətbuat konfranslarının birində bildirib ki, vəzifəsinə görə o qədər və elə həqiqətləri dərindən öyrənib ki, hətta bu onu qorxudur. Həmin mətbuat konfransından aylar, inqlabdan, haradasa, on ay keçib. Bu, hökumətin  siyasətində həqiqətin nə qədər yer tutduğu, ya onun yalan və saxtakarlığa nə qədər söykəndiyini dəyərləndirmək üçün yetərincə çox zaman dövrüdür.

Bu günlərdə parlamentdə hökumətin prioqramı qəbul olunub. Hökumət təmsilçiləri onu elə müdafiə və təqdim edirdilər ki, bu, sanki Ermənistanın qurtuluş proqramı idi. Bununla belə, gerçəklik elədir ki, hökumətin  bu proqramı orta səviyyəli adi sənəddir və iqtisadi inqilabla onun müəlliflərinin nə qədər saqqal saxladığı və üzərində “Ruhla” yazılmış papaq qoyduqlarıyla bir o qədər əlaqəsi var.

Ermənistanın iqtisadiyyatda ətalətli inkişafı, xarici siyasətdə təcridçiliyi davam etdirəcəyi və təhlükəsizlik təminatının ancaq silahlı güclərin boynunda olacağı haqda hökumət proqramı. Hökumətin proqramı rəqabətsiz, acınacaqlı həyat keçirən, adi bir ölkənin sənədidir. Bununla belə hakimiyyət daşıyıcılarımız tərəfindən elə təqdim edilir ki, guya son 30 ildə milləti xilas edən ilk strategiyadır. Yalandır. İkiüzlülükdür. Hakimiyyət deputatlarının son üç gündəki çıxışlarında yalan, saxtakarlıq və bəlağət payı o qədər böyük idi ki, istər-istəməz Serj Sərkisyana yaltaqlanan respublikaçıların belə davranışlarını xatırlayırıq. Onların sözlərində və ola bilsin, hətta düşüncələrində də həqiqət yoxdur, həqiqətin yerini yalan, ikiüzlülük, həqiqətlə manipulyasıya tutub. Fəaliyyətdəki baş nazir Nikol Paşinyan bir zamanlar bildirirdi ki, super baş nazirlik sistemi yolverilməzdir. Bu gün bu sistemin saxlanması üçün hər şeyi edir. Və deməli, ya o zaman super baş nazirlik sisteminin yolverilməz olduğunu deyəndə yalan danışırdı, ya da bu gün hökumətin super baş nazirlik sistemindən addım-addım imtina edəcəyini deyəndə yalan danışır.

Nikol Paşinyan bir zamanlar bildirirdi – Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü yolverilməzdir, hər şeyi etmək gərəkdir ki, Ermənistan bu struktura üzvlüyü dayandırsın. Baş nazir Nikol Paşinyan bu gün deyir – hər şeyi etmək gərəkdir ki, Ermənistanın AİB-ə üzvlüyü daha effektli olsun. Deməli, o ya o vaxt yalan danışırdı, ya da bu gün yalan deyir.

Hakimiyyət – təhlükəli kateqoriyadır. Hakimiyyət insanı gerçəklikdən çox tezliklə və dərindən uzaqlaşdıra bilər. Gerçəklikdən ayrılmaq növbəti mərhələdə həqiqətdən ayrılmağa gətirər. Ya da həqiqətdən imtinaya. Bu isə öz növbəsində buna səbəb olur ki, gerçəklik yalan və saxtakarlıqla, həqiqətə uyğunlaşdırılan manipulyasiya ilə dolur. Saxtakarlıq və manipulyasiyadansa gerçəklik də həqiqət kimi tez-tez daha sərt olur. Çünki həqiqət təcrübədən asılı deyil və obyektivdir, manipulyasiya isə konkret məqsədlə, birinci növbədə insanı, yaxud sistemi gerçəklikdən qoparmaq üçün qurulur. Manipulə edilən və saxta gerçəklikdə yaşamaq çox xoşdir, hər şey gözəl və işıqlıdır. Amma insan, ya da sistem yalan gerçəkliyə daha çox bulaşdıqca obyektiv gerçəkliyə bir o qədər çox yadlaşır, obyektiv gerçəklik bir o qədər qaranlıq və əzici olur. İstənilən müxaliflik təzahür edəndə hakimiyyət təmsilçilərinin göstərdikləri açıq barışmazlığı məhz bununla izah etmək lazımdır. Çünki hər bir tənqid hakimiyyət təmsilçilərini manipulyativ gerçəklikdən ayırmaq və obyektiv gerçəkliyə qaytarmaq cəhdidir. Amma hakimiyyət özünü burada rahat və ehtiyacsız hiss edir və gerçək həyata dönmək istəmir.

Bu, hakimiyyət və şəxsən baş nazir Nikol Paşinyan üçün son dərəcə təhlükəli fenomendir. O, yalan və saxtakarlığın rahat zonasından, heç olmasa, acı həqiqəti ehtiva edən gerçəkliyə mümkün qədər tez dönməsə, bu gün cəmiyyəti doyuzdurmağa çalışdığı yalanın qurbanı olacaq.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun Bakıya gəlməsindən danışdı:“Bu hadisədən nümunə götürmələri lazımdır”

Sonrakı yazı

Avropa Məhkəməsi əsgər ölümü ilə bağlı şikayəti təmin edib –Atanın iddiası üzrə 15 min avro kompensasiya kəsilib

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.