ENERJİ FƏLAKƏTİ PAYTAXTDA NƏQLİYYAT BÖHRANI YARADIB – VİDEO,FOTOLAR

4 İyul 2018 - 09:38
213 oxunma

İki gündür ölkədə baş qaldıran enerji kəsintisi problemi özünü şəhər infrastrukturunun bir çox sahələrində də göstərir. Bunlardan biri də nəqliyyat sahəsidir. Elektrik enerjisinin verilişində yaranan kəsintilər üzündən metronun iş ahəngi pozulub. Metropoliten sərnişin qəbul edə bilmir.
Ona görə də metrodan istifadə edən yüz minlərlə insan yerüstü nəqliyyat vasitələrinə üz tutmağa məcbur olub. Bu isə dayanacaqlarda görünməmiş sıxlıq yaradıb.

Bakı Nəqliyyat Agentliyi problemin həlli üçün avtobusların intervalını azaldıb və sərnişinlərin pulsuz daşınmasını təmin edib. Ancaq bu da hələlik effektiv deyil. Yenə də hər dayanacaqda, yüzlərlə (elə dayanacaqlar var ki, minlərlə) sərnişin nəqliyyat vasitəsi gözləyir.

Bir çoxları məcburən taksilərə üz tuturlar. Onlarında içində problemdən sui-istifadə edən, gediş haqqını ikiqata qaldıran kəmfürsətlər tapılır. BNA elan edib ki, sərnişinlərdən pul alan avtobus sürücüləri cəzalandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir.

“Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edirik, – deyə məlumatda vurğulanıb. Musavat.com-un əməkdaşının şəhər dayanacaqlarındakı vəziyyəti əks etdirən fotolarını təqdim edirik.

 

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"