Xalq artisti Emin Ağalarovun Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun qızı Fatimə ilə nişanlandığı iddia edilir.
Reportyor.info xəbər verir ki, sosial şəbəkələrdə bu barədə məlumatlar paylaşılıb. Bildirilir ki, nişan mərasimi Moskvada baş tutub.
Fatimə Sadıkova və Emin Ağalarov sosial şəbəkədə də bir-birini izləməyə alıblar. Bir neçə gün əvvəl bəstələdiyi musiqi haqda danışan sənətçi “Bu, mənim üçün gözlənilməz bir musiqidir”- deyə bildirmişdi.
Qeyd edək ki, bu ilin may ayında Emin Ağalarov ikinci həyat yoldaşı Alyona Qavrilova ilə boşanmışdı.