14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Emin 444”-ün qətlində şok nüanslar: həbs edilən dünya çempionunun nümayəndəsi nələr danışdı? – Özəl

24 İyun 2020, 10:29
Araşdırma
A A
“Emin 444”-ün qətlində şok nüanslar: həbs edilən dünya çempionunun nümayəndəsi nələr danışdı? – Özəl

Kriminal aləmdə “Emin 444” ləqəbi ilə tanınan Emin Səfərovun qətli ilə bağlı yeni detallar, təfərrüatlar üzə çıxmaqdadır.
E.Səfərovu öldürməkdə təqsirləndirilən iki şəxs – idman ustası, dünya çempionu Zaur Yusifov və Həsən Tağıyev hazırda həbsdədirlər, cinayət işi üzrə məhkəmə gedir.
Reportyor.info sözügedən cinayət faktı ilə bağlı yeni məqamları araşdırıb. Xüsusən də dünya çemipionu Zaur Yusifovun məhkəmədə ifadəsi bir çox qaranlıq nüanslar işıq salıb və hadisənin düyünlərini açıb.
Z.Yusifovun ifadəsindən belə aydın olur ki, E.Səfərovla H.Tağıyev arasında uzun müddət çək-çevir, gərginlik yaşanıb, o, hər ikisini barışdırmağa dəfələrlə cəhd edib, məsələdən Eminin qardaşı Elçin də agah olub, lakin tərəflərin münasibətləri sonda qətllə yekunlaşıb. Z.Yusifov ifadəsində onu da qeyd edib ki, Emin Həsənin canını boğazına yığıb, bezdirib, nəhayət, belə acı sonluq baş verib.
Bu hadisədə zərrə qədər əli olmadığını, Emini öldürmədiyini, ona bıçaq zərbəsi vurmadığını, əksinə, onları barışdırmaq üçün dəridən-qabıqdan çıxdığını israrla söyləyən dünya çempionu məhkəmədən obyektiv qərar gözləyir.


Amma ilk məhkəmə iclasından sonra “Emin 444”-ün anası Məlahət Səfərova bir sıra ittihamlar, iddialar irəli sürüb, Z.Yusifovun onun oğlunu öldürməkdə təqsirləndirib.

E.Səfərovun anasının sözlərinə görə, guya H.Tağıyev ifadəsində göstərib ki, Z.Yusifov onu bu cinayətə sövq edib.
Mərhumun anası daha sonra iddia edib ki, H.Tağıyev ifadəsində E.Səfərova 22 bıçaq zərbəsi vurduğunu, qalan 56 bıçaq zərbəsini isə Z.Yusifovun vurduğunu etiraf edib.
M.Səfərovanın digər ittihamı isə Z.Yusifovun sələmçiliklə məşğul olmasıdır: “Mənim oğluma qarşı cinayətin təşkilatçısı Zaur Yusifovun atasıdır. Oğlumun qətlinin planını Zaur Yusifov cızıb, atası Əli Yusifov oğlumun aldadılaraq onların qapısına aparılmasını təşkil edib.
Zaurun bacısı oğlu Vüqar, Zaurun qardaşı Zamin cinayətin iştirakçılarıdır. Bunun şahidləri də var. Oğluma 78 bıçaq vurublar”.
Bu iddia və ittihamlarla bağlı Yusifovlar ailəsinin nümayəndəsi, hüquqşünas Ərşad Sərdarov Reportyor.info-ya bildirdi ki, zərər çəkmiş M.Səfərovanın söylədikləri işin mahiyyətindən uzaqdır.


“Emin Səfərovla Həsən Tağıyev arasında ədavət olub, dəfələrlə mübahisə ediblər. Artıq Həsən dözməyib və onu qətlə yetirib. Zaur Yusifovla Emin Səfərovun münasibətlərinə gəlincə, onlar bir-birini tanıyıblar, xeyir işlərində iştirak ediblər.
Həmçinin, Zaurun Eminin böyük qardaşı Elçinlə də tanışlıq əlaqələri olub. Sadəcə, Zaur onları barışdırmaq, mehribanlıq yaratmaq istəyib.
Bunu məhkəmədəki ifadəsində də ətraflı açıqlayıb, xırdalıqlarını danışıb. Yəni, Zaur Yusifovun Eminin qətlində əli olmayıb.
Ona görə də Məlahət Səfərovanın iddiaları əsassızdır. Hətta ittiham edir ki, Zaurun atası Əli kişi, bacısı oğlu Vüqar, qardaşı Zamin cinayətin iştirakçılarıdırlar.
Bu ittihamlar cəfəngdir, əsassızdır, onların bu cinayətlə heç bir əlaqəsi yoxdur. Ona görə də məhkəmənin qərarını gözləyirik.
Hüquqşünas Z.Yusifovun guya E.Səfərova 56 bıçaq zərbəsi vurduğunu və bunun H.Tağıyevin ifadəsində yer aldığını tamamilə fantaziya adlandırdı:

 

“Əvvəla, Zaurun Emini öldürmək niyyəti olsaydı, bıçaqdan istifadə edib özünə əziyyət verməzdi. Çünki evində ov silahı var idi. Elə silahı çıxarıb Emini güllələyərdi, məsələ qurtarardı.


Digər tərəfdən, Zaur həm Həsəni, həm Emini tanıyırdı. Onları barışdırmağa çalışıb. Həsən Zaurun yanında məşq edib. Zaur dünya çempionudur, bayrağımızı dəfələrlə qaldırıb, narkomaniya əleyhinə maarifləndirmə işləri aparıb, yanına gələn uşaqlara sağlam böyüməyi təbliğ edib, idmana çağırıb, cinayətdən uzaq olmağı məsləhət görüb.
İkincisi, Həsənin cinayəti törətdiyi an bıçaq zərbələrini sayması, sonra Zaurun vurduğu bıçaq zərbələrini bir-bir hesablaması çox məntiqsiz, reallıqla uzlaşmayan bir söhbətdir. Necə olur ki, insan cinayət törətdiyi, yəni beyni qəzəbli, hirsli, həyəcanlı olduğu, belə deyək, eyforiya vəziyyətində həm də ağlını işlədir ki, həm özümün zərbələrini sayım, həm də oturub Zaurun vurduğu bıçaq zərbələrinə tamaşa edərək onları sayım.
Yəni, belə gülməli və əsassız arqumentlər irəli sürməyə ehtiyac yoxdur. Bu kino deyil ki, əvvəlcədən ssenariləşdirəsən.
Ortalıqda cinayət işi var və Həsən Tağıyev Emin Səfərovun onu cana doydurmasından təngə gələrək qətlə yetirdiyini istintaqa söyləyib”.
Ə.Sərdarov Z.Yusifovun sələmçiliklə məşğul olması barədə E.Səfərovun anasının ittihamlarına konkret faktla cavab verdi:
“Sadə fakt deyim: hər kəs bilir ki, sələmə pul verən adamın yaxşı imkanı olur. Əgər Zaur sələmə pul verib, qazanırdısa, onda niyə evinin tikintisinin işləri yarımçıq qalmışdı? Əksinə, qaz vurub, qazan doldurardı, özünə malikanə tikərdi.
Başqa bir məsələ – əgər Zaur sələmçiydisə, evin yaxınlığındakı lombarda niyə borcu var idi? Deməli, hadisədən sonra həmin lombardın sahibi olan bir xanım mətbuatdan xəbər tutub ki, Zaur həbs edilib.
Lombardın sahibəsi Zaurgilə zəng edib xəbərdarlıq etmişdi ki, borcu var. Səv etmirəmsə, 10 min manata yaxın borc olub və ödənilməsi tələb edilib.
Zaur ailəsindəki zinət əşyalarını lombarda qoyub borc pul götürmüşdü. Amma qızılları geri ala bilmədik. Dedilər ki, Zaur həbsdədirsə, etibarnamə verməlidir, pulu ödəyib, zinət əşyalarını götürmək olar.
Sözümün canı odur ki, əgər Zaur Yusifov sələmçiliklə məşğul idisə, lombarda niyə borcu olmalıydı? Yəni, bunlar faktdır, sübutdur, əlimizdə sənədlər var. Ona görə sələm iddiası absurddur”.
Onu da yada salaq ki, istintaqa ifadə verən Zaur Yusifov ona ünvanlanan ittihamla özünü təqsirli bilməyib.
O ilk dəfə istintaqa ifadə verməkdən imtina edib. Bildirib ki, Binəqədi RPİ-də Həsən Tağıyevə verilən amansız işgəncə nəticəsində onun əleyhinə ifadə alınıb “Hər zaman hər iki şəxsi barışdırıb, mehriban olmasını istəmişəm, istintaqın saxta və fiziki təzyiqlə alınmış ifadəyə istinad edərək mənə qarşı xüsusilə ağır cinayətin törədilməsi ilə bağlı əsassız ittiham irəli sürdüyünü, həmin ərazidə olan yaşayış binasının müşahidə kamerasının bilərəkdən götürülmədiyini, mənə törətmədiyim əmələ görə qanunsuz ittiham verildiyini diqqətinizə çatdırıram və verilən ittihama etiraz əlaməti olaraq istintaq hərəkətlərində iştirak etməkdən, ifadə verməkdən imtina edirəm.
Emin Səfərovla Həsən Tağıyev arasında olan münasibətləri səciyyələndirən hallar aydınlaşdırılarsa, müşahidə kameralarının çəkdikləri götürülərsə, istintaq hərəkətlərində iştirak etməyə hazıram”.
1 aydan sonra ifadə verən Zaur Yusifov bildirib ki, Həsən Tağıyevi uzun illərdir tanıyır: “Səfərov Emin Ehtiram oğlunu 1 ildən artıq olar ki, qardaşı Elçinə görə tanımışam.
Belə ki, Elçin uzun illər onun yaşadığı evin qarşısında olan 5 mərtəbəli binada yaşayırdı. Elçinlə mənim münasibətim həmişə yaxşı olub.


Emin isə uzun müddət məhkumluq həyatı yaşayıb, həbsdən çıxıb evimizin yaxınlığında binada qalıb. Həmin müddət ərzində Emini tanıdım, normal münasibətimiz olub.
Eminin toyunda isə qardaşım Zamin iştirak edib. Emin Binəqədi Polis İdarəsində saxlanılan zaman Həsən vasitəsi ilə bir neçə dəfə yemək, 200 manat pul göndərmişəm.
Hər dəfə Eminə Həsənin pis oğlan olmadığını, həm də Həsənə isə Eminə hörmətlə yanaşmasını, çalışıb münasibətlər düzəlməyənədək üz-üzə gəlməmələrini, soyuqluq aradan qalxandan sonra onları stol arxasında bir tikə çörək kəsdirib, barışdıracağını dedim. Eminə birlikdə Həsənlə görüşməyi təklif etdim. Emin isə Həsənlə tək görüşmək istədiyini dedi”.
Geniş ifadəsində Z.Yusifov onların arasını düzəltmək üçün əlindən gələni etdiyi vurğulayır, lakin heç bir vəchlə Emini razı sala, sakitləşdirə bilmir. Nəhayət, dünya çempionu hadisə gününü təsvir edir:
“Həsənlə birlikdə atamın evinin qarşısına yaxınlaşdım, Həsənə “mən girirəm atamgilə, bu gün atamın ad günüdür, sən də get evinizə” dedim.
Təxminən yarım saat ərzində qapı zəngi oldu, atam qan içində qışqıraraq həyətə daxil olub “məni vurdular, ölürəm, onlar orada bir-birini qırırlar” dedi.
Mən həyəcanla bayıra çıxdım, qardaşım isə atamın yanında qaldı. Çölə çıxdıqda gördüm ki, Eminin avtomobili səkinin üzərində əyri şəkildə qalıb.
Maşına yaxınlaşanda gördüm ki, Həsən ayaqüstə Emini bıçaqla vurur, Emin əl-qol atıb, özünü müdafiə edir.
Mən Həsəni ayağının diz nahiyyəsindən vurub uzaqlaşdırmaq istədim, bu zaman hiss etdim ki, sol ayağına nəsə dəydi.
Həmin vaxt Həsən qışqıraraq mənə “Həci, məni burax, bu məni canımdan bezdirib, məndən əl çəkmir” dedi.
Mən Həsəni Eminin üzərindən kənarlaşdırdım. Həmin vaxt Həsənə hirsli şəkildə “Allah bəlanı versin, niyə belə etdin” dedim.
Ətrafda olanlara təcili tibbi yardım çağırmalarını, Emini xəstəxanaya aparmalarını yalvararaq qışqırdım.
Bununla yanaşı, hadisə barədə polisə məlumat vermələrini də xahiş etdim. Daha sonra atamla birlikdə 7-ci PB-nə gedib hadisə barədə məlumat verdik”.
İdman ustası bildirib ki, Emin Səfərova xəsarət yetirməyib, ümumiyyətlə, hadisə vaxtı orada olmayıb:
“Eminlə aramda olan mübahisə zamanı üzərimdə odlu silah olmayıb, ümumiyyətlə, hər zaman gənclərə də bir əməkdar məşqçi kimi bıçaqdan, silahdan kənar durmağı tövsiyə etmişəm. Emin Səfərov hər zaman qanunsuz hərəkətlər edərək Həsəni bu həddə çatdırıb.
Mən hər zaman Eminin qanunsuz hərəkətlərindən yayınmağa, daha çox sülh yolu tutmağa çalışmışam, hətta qardaşı Elçinə və şəxsən özünə dost-qardaş kimi yaşamağı məsləhət görmüşəm. Emin Həsəni açıq şəkildə bezdirib”.
Zaur Yusifov onun barəsində səsləndirlən sələmçi iddiasına da münasibət bildirib: “Sələmçilik söhbəti Eminin ailəsi tərəfindən istintaqı çaşdırmaq üçün ortaya atılıb, məqsəd Eminin özbaşına, qanunsuz, cinayətkar əməlinin istiqamətini dəyişdirməkdir.
Mən Emindən fərqli olaraq, hər zaman imkansızlara kömək etmişəm, dini inancla davamlı məşğul olduğumdan tam bəllidir ki, sələm müsəlmanın ən böyük günahıdır. Mən həyatımda bir manat belə sələmə pul verməmişəm, gəlir əldə etməmişəm”.


Qeyd edək ki, məlum qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Haşımov küçəsində baş verib.
1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.
Həsən Tağıyev saxlanılıb, 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulub.

REPORTYOR.info

Gülay

Əvvəlki yazı

“Bəlkə də İtaliyadakı vəziyyəti keçmişik” – qorxunc proqnoz

Sonrakı yazı

Bu gün Moskvada paraddır

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.