06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elnur Allahverdiyev qanuna qarşı – Foto/Video

27 Yanvar 2020, 13:33
Siyasət, Banner
A A
Elnur Allahverdiyev qanuna qarşı – Foto/Video
17 saylı üçüncü seçki dairəsindən namizədliyini irəli sürmüş vəkil Cavad Cavadov Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd Elnur Allahverdiyevin namizədliyinin ləğv edilməsi ilə bağlı sənədlər paylaşıb.
Reportyor.info xəbər verir ki, bu barədə vəkil sosial şəbəkədə videomüraciət yayıb.
O deyir ki, Elnur Allahverdiyev Sloveniyanın Azərbaycanda fəxri konsuludur və xarici ölkə qarşısında öhdəliyi var: “Bildiyiniz kimi, mən Milli Məclisə 9 fevral 2020 tarixli növbədənkənar seçkilərdə 17 saylı üçüncü seçki dairəsindən nmizədliyimi irəli sürmüşəm. Həmin dairədən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd Elnur Marat oğlu Allahverdiyevdir.
Elnur müəllim Sloveniyanın Azərbaycanda fəxri konsuludur və onun iki dövlət arasında istər iqtisadi, istər mədəni və digər əlaqələrini inkişafında xidmətləri müstəsnadır və nəzərə alınsa ki, Sloveniya həmçinin Avropa Birliyinin üzvüdür onun bu sahədə fəaliyyətini yalnız təqdir edirik. Eyni zamanda o uğurlu biznesmendir. Lakin Elnur müəllim xarici dövlət qarşısında öhdəliyi olan şəxsdir. Bu əsasla, onun seçilməsi Konstitusiyaya ziddir və onun namizədliyi ləğv olunmalıdır.
2007-ci ildəSloveniya Respublikasının hökuməti özünün fəxri konsulları üzərinə müxtəlif öhdəliklər qoyan bir Təlimat təsdiq edib. Bu təlimat, Sloveniya dövlətinin rəsmi normativ aktıdır və hökümətin saytında dərc edilib.

Təlimatın 52-ci maddəsind deyilir: “Vəzifəyə təyin olunandan sonra və konsulluq sənədi veriləndən əvvəl, Fəxri konsulbu Təlimata olan 1 saylı Əlavəni imzalayır”.
Həmin 1 saylı Əlavənin mətninə baxırıq: “Təntənəli surətdə bəyan edirəm ki, Sloveniya Respublikasının Hökumətinin təyinat qərarı ilə mənə verilən vəzifələri yerinə yetirəcəyəm… Səlahiyyətlərim daxilində Sloveniya Respublikasının vətəndaşlarının maraqlarını müdafiə edəcəyəm və onlara mümkün yardımları gəstərəcəyəm. Bu Təlimata uyğun davranmaq, Sloveniya Respublikasının yuxarı nəzarət orqanıvə/ya da Sloveniya Respublikasının Xarici işlər nazirliyi ilə məsləhətləşmək öhdəliyini öz üzərimə götürürəm”.
Təlimatın 49-cu maddəsi daha da maraqlıdır. Orada deyilir ki, Fəxri konsul vəzifəsinə təyin olunandan əvvəl, hər bir namizəd Təlimata 2 saylı Əlavəni imzalayır.
Həmin 2 saylı Əlavənin mətninə baxırıq. Namizəd özü haqda təqdim etdiyi bütün məlumatların Sloveniya Republikasının təhlükəsizlik orqanları tərəfindən yoxlanılmasına razılığını ifadə edir və bəyan edir: “Anlayıram ki, tərcümeyi-halımda aidiyyatı halları gizlətməyim və ya yanlış məlumatlar təqdim etməyim təhlükəsizlik əngəli anlamına gələ bilər və, bu əsasla, təyinat proseduruna xitam verilə bilər”.
İndi isə keçək Təlimatın VII hissəsinə. Onun təkcə başlığı belədir: “Fəxri konsulların öhdəlikləri və haqları”…Bu qədər kifayət edər. Halbuki daha da dərinə getmək olardı.
Azərbaycan Respublikası Konsitusiyasının 85-ci maddəsində deyilir: “Başqa dövlətlər qarşısında öhdəliyi olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər”.
Beləliklə, Milli Məclisə 9 fevral 2020 tarixli növbədənkənar seçkilərdə 17 saylı Yasamal seçki dairəsindən YAP-ın irəli sürdüyü namizəd Elnur Allahverdiyev xarici dövlət qarşısında öhdəliyi olan şəxsdir. Bu əsasla, onun seçilməsi Konstitusiyaya ziddir və onun namizədliyi ləğv olunmalıdır.
Onu da vurğulayım ki, Elnur Allahverdiyevə Sloveniyanın Fəxri konsulu vəzifəsində hər cür uğurlar arzulayıram, çünki bu vəzifə həqiqətən hörmətli vəzifədir və ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Lakin Elnur Allahverdiyevin Milli Məclisə seçilmək hüququ yoxdur və onun namizədliyi ləğv edilməlidir.
Şəkillərdə: Sloveniya Respublikasının Azərbaycandakı Fəxri konsulu Sloveniya idmançılarını Bakıda keçirilən yarışda salamlayır.

 

 

 

 

Əvvəlki yazı

7 tələbəmiz koronavirus bölgəsindədir – Nazir

Sonrakı yazı

Ağciyər Xəstəlikləri İnstitutunda növbəti ÖLÜM

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.