10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elmira Axundova səfir getməsi üçün 1 milyon pul verib? — ŞOK AÇIQLAMA

12 İyul 2020, 14:21
Manşet, Banner
A A
Elmira Axundova səfir getməsi üçün 1 milyon pul verib? — ŞOK AÇIQLAMA

ADP sədri Sərdar Cəlaloğlunun Laf.tv-yə verdiyi müsahibə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Partiya sədri son günlərin aktual mövzularına toxunub, sensasiyalı iddialar irəli sürüb.

 

S.Cəlaloğlu Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın hazırkı prezidenti R.Mehdiyevin ona ünvanlanan ittihamlara verdiyi cavabı tənqid edib.
Partiya sədri deyib ki, R.Mehdiyev öz fəaliyyətilə Azərbaycanın demokratik, inkişaf etmiş ölkəyə çevrilməməsi üçün əlindən gələni edib:

“Azərbaycanda 20 ildən artıq müddətdə seçkilərin saxtalaşdırılmasının başında Ramiz Mehdiyev durur. Son parlament seçkilərində də Akademiyaya yığışdılar. Və yenə seçkiyə müdaxilə etdi, yenə demokratik, istiqlalçı qüvvələr kənarda qaldı, yenə ayrı-ayrı klanların və Rusiyanın kəşfiyyat orqanlarının əməkdaşları parlamentə buraxıldı”.
Daha sonra S.Cəlaloğlu R.Mehdiyevin kadr təyinatındakı roluna toxunub:

“Ramiz Mehdiyev Azərbaycanda kadrların təyin edilməsində bir nömrəli şəxs olub. İcra hakimlərini, nazirləri, komitə sədrlərini Ramiz Mehdiyev təyin edib. Bu gün icra başçıları korrupsionerdi, cinayətkardı, bütün nazirliklərdə korrupsiya, vətənə xəyanət baş alıb gedir və s. Deməli, Rusiya kəşfiyyatına xidmət edənləri, vətənə xəyanət edənləri, Azərbaycan xalqını içindən qurd kimi gəmirənlərin hamısını Ramiz Mehdiyev seçib gətirib Azərbaycan dövlətinə yerləşdirib”.
S.Cəlaloğlu bildirib ki, R.Mehdiyev yalandan Heydər Əliyevə və İlham Əliyevə sədaqət andı içsə də, böyük cinayətlər törədib:

“Ramiz Mehdiyevin sayəsində ölkədəki bütün demokratik institutlar sıradan çıxarılıb, qeyri-hökumət təşkilatları, azad mətbuat, həmkarlar təşkilatları məhv edilib. Heydər Əliyevə, İlham Əliyevə sədaqət adı altında Azərbaycanın demokratik institutları məhv edilib. O, Azərbaycanda cinayətkar formada özəlləşdirmə aparıb. Dəyəri 60 milyard olan dövlət və ictimai əmlak cəmi 4 milyard hesablanıb…”.
S.Cəlaloğlu məhz R.Mehdiyevin Azərbaycandakı “5-ci kolon”a rəhbərlik etdiyini də söyləyib:

“30 ildə nə bir dəfə Türkiyəyə, nə də Avropaya səfər etməyib. Amma ildə 1-2 dəfə Rusiyaya səfər edib. Bu, onu göstərir ki, R.Mehdiyev Azərbaycandakı “5-ci kolon”un rəhbəridir. R.Mehdiyev Rusiyanın verdiyi tapşırıqları hərfinə qədər icra edib.”
ADP sədri R.Mehdiyevin ailə üzvlərindən də danışıb:

“Mənə bir məlumat daxil olub və onu olduğu kimi çatdırmaq istəyirəm. R.Mehdiyevin bir nəvəsi özünə 2-3 hektar ərazidə bir bağ evi tikdirir. Villanın “oblisovkası” italiyadan bir kv.metri 5 min dollara gətirilən mərmərlə hörülüb. Haradandır bu pullar?”
S.Cəlaloğlu deyib ki, DTX R.Mehdiyevin fəaliyyətini yoxlamalıdır:

“Ramiz Mehdiyevin “Heydər Əliyevə, İlham Əliyevə sədaqətliyəm” deməyinə baxmayın. Bunu deyənlərin heç biri səmimi deyil. Onlar hamısı millətə, dövlətə xəyanətlərini bu ad altında gizlədirlər. DTX Ramiz Mehdiyevin fəaliyyətini yoxlamalıdır. Parlament seçkilərindəki korrupsiyasını, özəlləşdirmədəki, kadr təyinatındakı korrupsiyanı yoxlamalıdır. Biz bilirik ki, PA-dan tutmuş icra hakimiyyətlərinə qədər Rusiya kəşfiyyatına xidmət edən insanlar yerləşdirilib”.
Daha sonra S.Cəlaloğlu XİN-də keçirilən əməliyyata və diplomatik korpusun fəaliyyətinə toxunaraq, nazir Elmar Məmmədyarovu Rusiya kəşfiyyatına işləməkdə ittiham edib:

 

“Səfirlərimizin 90 faizi Rusiya kəşfiyyatı ilə əməkdaşlığa cəlb olunub. Elmar Məmmədyarov ABŞ-da bizim səfirliyin katibi işləyəndə, səfirliyimizin Eldar Quliyev adlı nümayəndəsi tərəfindən Rusiya kəşfiyyatı ilə əməkdaşlığa cəlb olunub. Və onun diplomatiyada irəliləməyində, nazir təyin olunmasında Rusiyanın bilavasitə rolu olub. Özü də Rusiya deyəndə, təkcə Rusiya yox, həm də Ermənistan başa düşülməlidir. Rusiyaya xidmət edən bütün Azərbaycan məmurları həm də Ermənistana, düşmənə xidmət edirlər. Ona görə də Elmar Məmmədyarovu korrupsiyaya görə yox, dövlətə xəyanətə görə tutmaq lazımdır”.
Ardınca, S.Cəlaloğlu sensasiya sayılacaq dagha bir iddiayla çıxış edib:

“Elmar Məmmədyarovun təyin etdiyi kadrlar aşkarlanmalıdır. Özü agentdirsə, onlar da agentdirlər. Məsələn, Elmira Axundova (keçmiş deputat, hazırda Azərbaycanın Ukraynadakı yeni səfiri-red.) 1 milyon verərək, səfir gedib. Azərbaycanda hamı bilir ki, E.Axundova Rusiyanın adamıdır, bunu hamımız bilirik. Görün Azərbaycanın səfirləri kimlərdir – rüşvət verənlər, Rusiya kəşfiyyatına işləyənlər və saxta yolla cəmiyyətdə yer tutanlar. Belə diplomatik korpusla Azərbaycan hansı problemi dinc yolla həll edə bilər?…”.(Azpolitika.info)

Əvvəlki yazı

Koronavirusa yoluxan məşhur həkimin vəziyyəti ağırlaşdı — ECMO cihazına qoşuldu (VİDEO)

Sonrakı yazı

İranda son sutkada COVID-19-a yoluxan 194 nəfər vəfat edib

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.