07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının Moskvada keçirilmiş sammitində təmsil olunub

19 May 2018, 09:34
Cəmiyyət
A A
Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının Moskvada keçirilmiş sammitində təmsil olunub

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Qlobal Tədqiqat Şurasının (GRC – Global Research Council) 15-16 may 2018-ci il tarixlərində Moskva şəhərində keçirilmiş Ümumdünya 7-ci İllik Baş Toplantısında (sammitində) iştirak edib. Elmin İnkişafı Fondu GRC-nin Kanadada 2017-ci ildə keçirilmiş 6-cı İllik Baş Toplantısında Qlobal Tədqiqat Şurasının beynəlxalq üzvü kimi tanınıb. Fond tərəfindən bu istiqamətdə işlərə 2015-ci ildə başlanılıb, Fond həmin ildən GRC-nin Avropa Bölməsinin üzvü olub. Bu dəfəki təşkilatçıları Rusiya Fundamental Tədqiqatlar Fondu (RFFİ) və Koreya Milli Tədqiqat Fondu (NRC) olan 7-ci İllik Baş Toplantıda elmi ekspertiza meyarları və elm diplomatiyası kimi məsələlər müzakirə olunub.

Tədbirdə 86 ölkənin 160 təmsilçisi iştirak edib. Baş Toplantıda GRC-nin 2019-cu ildə Braziliyanın Sao Paulo şəhərində keçiriləcək 8-ci İllik Baş Toplantısının gündəliyi müzakirə olunub, GRC-nin yeni prezidenti və müavinləri seçilib. GRC-nin 7-ci İllik Baş Toplantısı çərçivəsində mayın 14-də Avropa Regional İclası da keçirilib. Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının Avropa Regional Bölməsinin fəal üzvüdür. Bu iclasda növbəti GRC Avropa Regional toplantısının Avstriyada keçirilməsi barədə qərar qəbul edilib. İşçi qrupların iclaslarında iştirakçı ölkələrin təcrübəsini əks etdirən çıxışlar dinlənilib, Elmin İnkişafı Fondu tərəfindən bir sıra təkliflər irəli sürülüb və Azərbaycanın təcrübəsi haqqında qısa məlumat verilib. Fond “Elm diplomatiyası” üzrə müzakirələrdə təmsil olunub.

Səfər çərçivəsində E. Babayev tərəfindən bir sıra fond və şura rəhbərləri (İsrail, Avstriya, Belarus, İran, Türkiyə və b.) ilə qısamüddətli görüşlər də keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub. Mayın 14-də “Tədqiqatlar üzrə qonşular” (Neighbours in Research) dəyirmi masası keçirilib. Bu tədbirdə keçmiş sovet ölkələri, həmçinin bir sıra qonşu ölkələr (Monqolustan, İran, Koreya, Türkiyə) arasında əməkdaşlıq məsələləri, mövcud potensial, meqaelm üzrə tədqiqatlar kimi məsələlər müzakirə olunub. Səfər çərçivəsində 14 may tarixində məşhur Milli Tədqiqat Mərkəzi “Kurçatov İnstitutu”nun işi ilə tanışlıq baş tutub. Mayın 16-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Şternberq adına Dövlət Astronomiya İnstitutunda Avrasiya Astronomiya Cəmiyyətinin (EAAS) İdarə heyətinin iclasında E. Babayev tərəfindən Azərbaycanda elmi tədqiqatların vəziyyəti, qrant maliyyələşdirilməsi, astronomiya sahəsində araşdırmalar haqqında məruzə edilib, birgə planlar müzakirə olunub.

 

Əvvəlki yazı

Natiq Əliyevin oğlundan villanın sökülməsi xəbərinə reaksiya

Sonrakı yazı

İki rayona yeni polis rəisi təyin edilib

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.