14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elmar Vəliyevin müalicə aldığı iddia olunan klinikadan son məlumatlar – FOTOLAR, VİDEOLAR

10 İyul 2018, 19:19
Cəmiyyət
A A
Elmar Vəliyevin müalicə aldığı iddia olunan klinikadan son məlumatlar – FOTOLAR, VİDEOLAR

İsrailin Hayfa şəhərindəki Rambam klinikası ilə bağlı ilginc detallar – bir əməliyyat 22.000 dollar, MRT 730 dollar…

Gəncənin sui-qəsdə məruz qalan icra başçısı Elmar Vəliyevin hazırda İsraildə müalicə alması ilə bağlı məlumatlar geniş yayılıb. İlkin əməliyyatı Bakıda keçirilən icra başçısı müalicə-müayinənin növbəti mərhələsi üçün İsrailə yollanıb. Bununla bağlı məlumatı millət vəkili Fazil Mustafa da “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım verilişində çıxışı zamanı bildirib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə qeyd olunur ki, E.Vəliyev hazırda İsraildə, Hayfa şəhərindəki Rambam xəstəxanasındadır. Onun vəziyyəti haqda iki məlumat var. Yaxınları və tərəfdarları deyir ki, durumu çox yaxşıdır, yaxın zamanlarda işinə dönəcək. Lakin başqa iddialar da var. Bu iddialar isə yaxınlarının açıqladığı məlumatların tam əksinədir. “Yeni Müsavat” bildirir ki, Elmar Vəliyevin səhhəti ilə bağlı hər iki iddia heç bir sübuta dayanmır. Üstəlik, harada müalicə alması barədə hər hansı xəstəxananın müvafiq açıqlaması da yoxdur.

Buna görə də musavat.com başçının müalicə aldığı iddia olunan xəstəxana ilə saxlayıb. Oradan müxbirimizə bildiriblər ki, xəstələrə dair məlumatları media ilə  paylaşmırlar.

Amma biz bu məlumatın təkzib olunmadığını nəzərə alıb, sözügedən klinika ilə bağlı internetdə apardığımız axtarışların nəticəsini oxuculara təqdim edirik.

095fc3fb-ad95-4ac3-8e05-5e356fcdddb9.jpg (27 KB)

Məlumatlara keçmədən öncə xatırladaq ki, 2017-ci ilin aprel ayında da Azərbaycanın eks – baş nazirinin müavini Abid Şərifovun təcili ürək əməliyyatından keçmək üçün İsrailin Haifa şəhərində yerləşən Rambam Tibbi Mərkəzinə aparılmışdı. Bunu həmin vaxt İsrail mətbuatı yazmışdı.

Times of İsrael qəzeti yazırdı ki, baş nazirin müavini Bakıda ürək ağrıları səbəbindən xəstəxanaya getdikdən sonra həyatı üçün təhlükə yaradan problem aşkar edilib. Bu səbəbdən təcili olaraq Rambad Tibbi Mərkəzinə gətirilən cənab Şərifovun ürəyinə kardiostimulyator və defribrillator aparatı yerləşdirilib, məlumatda deyilir.

Əməliyyat zamanı ürək damarlarından birinin daraldığını aşkar edən cərrahlar angipolasty əməliyyatı (şar şunt və stent istifadə edərək) apararaq damarı genişləndiriblər, qəzet yazıb.

Yəni, bu klinikanın adı daha öncədən də Azərbaycan cəmiyyətinə məlum idi.  Bəs nədir bu klinikanın özəlliyi, qiymətləri, şərtləri nələrdir?

İsrailin Rambam tibb  mərkəzinin əsasən 1938-ci ildə qoyulub və indiyə qədər də İsrailin çoxsaylı profil üzrə müalicə-diaqnostik mərkəzi sayılır. Tibb mərkəzi orta əsrlərin avropalı filosof, həkim və elm adamı Rabbi Moşe ben Maymonanın şərəfinə bu cür adlandırılıb. Rambam dövlət tibb mərkəzidir, özündə 36 stasionar şöbəni əhatə edir ki, burda da 1000 xəstənin müalicəsi üçün imkanı var. Mərkəzdə 45 müalicə diaqnostik şöbə, 10 institut, 6 laboratoriya və 30 administrativ və təsərrüfat obyekti var.

İl ərzində burda mütəmadi olaraq 75 min xəstə müalicə keçir. Daha 500 min xəstə isə bu mərkəzin müxtəlif klinika və institutlarında ambulator müayinə altındadır.

rambam-1.JPG (63 KB)

Hər il klinikanın doğum şöbəsində 4400 doğuş həyata keçirilir. İl ərzində bu klinikada keçirilən əməliyyatların orta statistik sayı 22.000-dir. Rambam tibb mərkəzində 4000 əməkdaş, 715 həkim və 1407 nəfər tibb bacısı, tibb qardaşı fəaliyyət göstərir.

Ümumilikdə Rambam İsraildə xərçəngin müalicəsi üzrə lider klinika sayılır. Xəstəxananın neyrocərrahiyyə şöbəsi isə cərrahi müdaxilə tələb edən və əsəb sistemini məhv edən xəstəliklərin müalicəsi ilə məşğul olur. Beyin cərrahiyyəsi üzrə Rambam lider klinikalar siyahısındadır.

Məhz bu klinikada ilk dəfə beyin travması zamanı yaşanan qanaxmanın dayandırılması üzrə yeni texnologiyalar və metodlardan istifadə olunur.

Xəstəxananın neyrocərrahiyyə şöbəsində (Elmar Vəliyevin burada müalicə aldığı iddia olunur – musavat.com) bu sahə üzrə ixtisaslaşmış 8 mütəxəssis, eləcə də 6 təcrübə qazanmaqda olan həkim çalışır. İl ərzində xəstəxananın bu bölməsinə 6000 xəstə müraciət edir və 1300-ə yaxın əməliyyat keçirilir.

Rambam xəstəxanası ümumən 80 illik təcrübə, 1200-dən artıq həkim heyəti, 36 şöbə, il ərzində 50.000 əməliyyat, 9 laboratoriya, 600.000-dən artıq xəstə deməkdir.

rambam-2.jpg (42 KB)

Xəstəxananın rəsmi saytında göstərilən xidmətlərin qiymətləri ilə bağlı məlumatlar da yer alıb. Musavat.com onları da sizin nəzərinizə çatdırır:

Mütəxəssisin ilkin müayinəsi – 400 dollar;

Növbəti konsultasiya – 250 dollar;

Nevropotoloq konsultasiyası – 550 dollar.

Prosedurlar:

Qan analizləri  – 20-100 dollar

MRT  – 730 dollar

Xəstəxanadakı beyin əməliyyatları isə 22.000 dollardan başlayan qiymətlərlə aparılır.

Musavat.com sonda bir daha xatırladır ki, E.Vəliyevin hazırda harda müalicə olunması ilə bağlı nə rəsmi, nə də ailə yaxınları tərəfindən hər hansı açıqlama verilir. Bu baxımdan daha çox mediada yayılan xəbərlərə istinadən belə bir dosye hazırladıq. Ailəsinin, yaxınlarının, eləcə də müvafiq dövlət qurumlarının E.Vəliyevin sağlıq durumu ilə bağlı verəcəyi məlumatları işıqlandırmağa hazırıq.

Sevinc Telmanqızı, musavat.com

Əvvəlki yazı

Yunis Səfərovun anası Leyla Səfərova ilə bağlı maraqlı məlumatlar… – EKSKLÜZİV, FOTO

Sonrakı yazı

“Onu divana uzatdım…” – Bakıda qayınananın kürəkəninə intim təklifinin ŞOK TƏFƏRRÜATI

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.