05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elmar Vəliyevin Gəncə təhsilində iki bəlalı adamı: saçyoldu, qoçuluq, saxta attestat, rüşvət…

11 Fevral 2019, 01:12
Seçmə, Banner
A A
Elmar Vəliyevin Gəncə təhsilində iki bəlalı adamı: saçyoldu, qoçuluq, saxta attestat, rüşvət…

Gəncədəki 10 saylı orta məktəbdə direktorla valideynin saçyoldusu ölkənin ikinci şəhərində təhsil səviyyəsini çılpaqlığı ilə ortaya qoydu. Tam bir rəzalət gördük!

Reportyor.info-nun verdiyi məlumata görə, Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun 2012-ci ildən bəri idarəçiliyi nəticəsində acınacaqlı vəziyyətə düşən şəhər təhsili bu əlbəyaxa dava ilə möhrünü vurmuş oldu. Tam bir biabırçılığa şahid olduq!

Z.Hüseynov Gəncənin orta məktəblərində elə anarxiya, özbaşınalıq, qanunsuzluq “demokratiyası” yaradıb, dərəbəyliyi o dərəcəyə çatdırıb ki, direktor gah katibəsini döyməkdə ittiham olunur, gah valideynlə saçyoldusunun görüntüləri üzə çıxır.

10 saylı məktəbin direktoru Arzu Əliyevanın əlbəyaxa davasının videosu əslində, təəccüb doğurmadı. Çünki onun adı əvvəldən mediada müxtəlif pisliklərdə hallanırdı.

A.Əliyeva Gəncənin sui-qəsd edilmiş sabiq icra başçısı Elmar Vəliyevin kadrı kimi tanınır. Onun həyat yoldaşı Qəzənfər Əliyev Samux rayon icra başçısının müavinidir.

Elə Gəncənin təhsil idarəsi müdiri Z.Hüseynovun da E.Vəliyevin adamı olduğu haqda iddialar səslənirdi. Şəhərin meri dəyişsə də, Gəncə təhsilində E.Vəliyevdən qalan kadrların təsiri və bərbad idarəçiliyi davam etməkdədir. Bu da narazılıq doğurur.

Zakir Hüseynovun adı saxta attestat qalmaqalından tutmuş, direktorlardan kütləvi şəkildə pul yığılmasına qədər müxtəlif məsələlərdə adı hallanıb.Nazir xəbərsizdirmi?

Bir müddət əvvəl Zakir Hüseynovun direktorları yanına çağıraraq hər ay ona 1000-2000 manat arasında rüşvət verməyi tələb etdiyi iddia olunurdu.

Saytlar yazmışdı ki, Təhsil İdarəsinin rəisinin qanunsuz tələbinə etiraz edən direktorlara “İcra başçısı Niyazi Bayramovun qərarıdır, kim icra etməsə cəzalandırılacaq” deyilibmiş.

Belə çıxır ki, Z.Hüseynov Gəncə hakimlərinə biət etməkdə peşəkardır. Əvəvlcə Elmar Vəliyev, sonra Niyazi Bayramovun tələblərinə boyun əyib, özünə də sərvət toplayıb, təhsil şefindən daha çox oliqarxa, biznesmenə çevrilib. Onun torpaqları, obyektləri olduğu deyilir.

Reportyor.info-nun verdiyi məlumata görə,Zakir Hüseynovun icra başçısına bu “sadiqliyi” əslində qarşılıqlı maraqların təmin olunmasından yaranır.

İstər Gəncə təhsilinə ayrılan küllü miqdarda vəsaitin “yeyilməsində”, istərsə təhsil ocaqlarından yığılan məbləğin bölüşdürülməsində icra başçısı ilə Zakir Hüseynov birgə hərəkət edir. Bu isə onların hər ikisinə kifayət qədər böyük kapital qazandırır.

Amma 10 saylı məktəbdəki saçyoldu, dava-qırğın Gəncə təhsilinin nə günə düşdüyünü tamamilə ortaya qoydu və Z.Hüseynovun vəzifədən gedişini qaçılmaz elədi.

Müşahidəçilərin fikrincə, nazir Ceyhun Bayramov məlum faktlardan sonra tədbir görəcək, Gəncə təhsilinə reputasiyası təmiz kadr təyin edəcək.

Məlumdur ki, C.Bayramovun Gəncədə böyük təsirləri var, şəhərdəki dövlət universiteti rektoru da ona yaxın adamdır. O baxımdan tezliklə Gəncə təhsil idarəsi şefi Zakir Hüseynov barəsində ölçü götürüləcəyi, o cümlədən 10 saylı məktəbin direktoru Arzu Əliyevanın cəzalandırılacağı, direktorluqdan qovulacağı gözləniləndir.

Bir müddət əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Arzu Əliyeva öz müavini Rəna İsmayılovanı xəstəxanalıq edib. Yəni, adam döymək onun xasiyyətidir.

Direktor Arzu Əliyeva özünü təhsil nazirinin müavini Mətin Eynullayevin yaxın adamı kimi təqdim edir. Mətin Eynullayevin onlarla ailəvi yaxın tez-tez deməkdən ləzzət alır.

Həmçinin, Arzu Əliyeva müəllimlər otağında məktəbin fəal müəllimlərindən olan Nuridə müəlliməni təhqir etmiş ,nəticədə onunla əlbəyəxa olmuşdur.

“Sən məni tanımırsan ,mənə dəli ceyran deyərlər” deyə öyünmüşdür.Bundan sonra telefonla öz həyat yoldaşına zəng edib məktəbə çağırmış və məktəb direktoruna yaraşmayan biabırçı hərəkətlərə imza atmışdır. Direktor təyin olunan bir gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı.

Direktor xanım olmağına baxmayaraq, dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır,ədəbsiz sözlər işlədir.Belə hərəkət heç bir pedaqoji etikaya sığmır. Məktəbdə isə rüşvət ayaq tutub yeriyir.

Bütün bu faktlar davamlı olaraq mediada yazılıb, məktəbdən çıxarılan müəllimlərin şikayət məktublarında öz əksini tapıb, medianın özündən uydurmadığı təsdiqlənib.

Sonuncu video – direktorun valideynlə əlbəyaxa olması qırmızı xətti keçməklə nəticələndi. İndi nəzərlər nazirdədir. Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Gülay

REPORTYOR.info

Əvvəlki yazı

Ayətullah Hatəmi Qərbi həyəcanlandırdı:”İran atom bombasını yaratma formuluna sahibdir”

Sonrakı yazı

“Brexit” Avstriyaya ildə 250-300 milyon avroya başa gələcək

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.