Elmar Məmmədyarovun oğlu evləndi: gəlin əcnəbidir (FOTOLAR)

19 Avqust 2019 - 21:08
3038 oxunma
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu olub.
Reportyor.info qafqazinfo-ya istinadən xəbər verir ki, Riyad Məmmədyarov Aleks Zapalla adlı xanımla ailə həyatı qurub.
Cütlüyün toyu ABŞ-da baş tutub. Nyu-York şəhərində keçirilən mərasim sadəliyi ilə diqqət çəkib.
Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər.
Qeyd edək ki, Riyad Məmmədyarovla Aleks Zapallanın münasibəti 4 il öncə başlayıb. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Cütlük rəsmi nikaha ötən ilin yayında daxil olub, ötən gün isə toy ediblər.
Onu da qeyd edək ki, Elmar Məmmədyarovun digər oğlu Emin Məmmədyarov da ABŞ-da yaşayır.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"