15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Eldar Mahmudov liseyin tikintisinə “haram qatıb” – Fakt

04 Noyabr 2019, 12:52
Seçmə
A A
Eldar Mahmudov liseyin tikintisinə “haram qatıb” – Fakt

2015-ci ildə vəzifəsindən azad edilən sabiq MTN naziri Eldar Mahmudovun törətdiyi haqsızlıqların, qansızlıqların səs-sədası hələ də kəsilmir.

Bakı şəhəri İ.Qutqaşenli küçəsi ev 62 ünvanında yaşayan iş adamı Hicran Kamil oğlu Seyidovun ölkə başçısına ünvanladığı və bir nüsxəsi də “AzPolitika.info”ya daxil olan müraciətindən belə aydın olur ki, sabiq MTN şefi öz atasının adını daşıyan Şərur Türk Liseyinin tikintisində belə qanunsuzluğa, haqsızlığa və fırıldağa yol verib.

Şikayətçi bildirir ki, 2007-ci ildə E.Mahmudov şəxsən tanıdığı üçün ona və qardaşı Elşad Seyidova Şərur Türk Liseyinin tikintisini həvalə edib: “Biz Eldar Mahmudovu əvvəlcədən tanıdığımıza, onun ölkənin milli təhlükəsizliyini qoruyan şəxs olduğuna və ən əsası da tikilən məktəbin atasının adını daşıdığına görə ona etibar edərək, heç nə tələb etmədən işə başladıq.

Tikinti işləri gedən dövrdə toplam 430 min manat olmaqla, ara-sıra bizə pul verdilər. Lakin tikinti qurtarana yaxın gördük ki, tikintiyə çəkdiyimiz xərclərlə əlaqədar kənar şəxslərə xeyli miqdarda borcumuz yığılıb. Lakin bizə pul verilmir.”

H.Seyidovun bildirdiyinə görə, artıq işin yekunlaşmasına az qalanda Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov, Zeynalabdin Mahmudov və Nizaməddin adlı adamları onlardan işi dayandırmağı və ərazini tərk etmələrini tələb edib: “Bizə dedilər ki, sizdən şikayət var. İnşaatı tərk edin və nə qədər xərc çəkildiyini bizə deyin. Biz 2 milyon manat xərc çəkildiyini deyəndə bildirdilər ki, onların mütəxəssisləri çəkilən xərci 1 milyon 200 min manat hesablayıblar”.

Şikayətçi deyir ki, E.Mahmudovun adamları onların çəkdikləri xərci kiçiltmələri bir tərəfə, heç özlərinin hesabladıqları məbləği də onlara ödəməyiblər: “Bundan sonra özlərinin hesabladıqları pulu da bizə vermədilər. Bizi canımızla, uşaqlarımızla təhdid etdilər. Məcbur qalıb olan mülklərimizi sataraq, borclarımızı ödəməyə başladıq. Amma borc bu günə qədər qurtarmayıb. Bu olanlara indiki DTX rəisi Əli Nağıyev də Allah şahididir.”

H.Seyidov 2015-ci ildə E.Mahmudov işindən azad olunandan sonra Baş Prokurorluğa müraciət etdiklərini yazır: “İstintaq aparılandan sonra qardaşım Elşad Seyidovun zərərçəkmiş kimi tanınmasına dair qərar verildi. E.Mahmudov özü də istintaqa ifadəsində bizə borclu olduğunu etiraf edib, lakin heç bir qərarı saymır.”

İş adamı bildirir ki, qanuni tələblərinə baxmayaraq, sabiq nazir heç bir qərarla hesablaşmır və onlara vurduğu ziyanı ödəmək fikrində deyil. Buna görə də ölkə başçısına üz tutan H.Seyidov Prezidentdən özünün qanunla nəzərdə tutulan hüquqlarının bərpasına və onlara vurulan ziyanın ödənilməsinə yardım etməsini xahiş edir.

Əvvəlki yazı

Deputatla başçı müavini borc qalmaqalında

Sonrakı yazı

SOCAR-da yeni təyinatlar

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.