Elçin Şıxlı: “Lavrov dedi, biz də elədik”

18 Noyabr 2019 - 10:49
71 oxunma

Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gəlməli idi. Eyni zamanda, noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı. Onun çıxışından sonra jurnalistlərin səfərlərinin başlanmasını “xalq diplomatiyası”nın yenidən başladılması kimi qiymətləndirmək olarmı?

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı “Yeni Müsavat”a bildirdi ki, jurnalistlərin qarşılıqlı səfərlərinin “xalq diplomatiyası”na təsiri yoxdur. Onun sözlərinə görə, bu cür səfərlər ilk dəfə təşkil olunmur: “Son 25-30 ildə bir neçə dəfə belə səfərlər baş tutub.

Mən bu səfərləri o vaxt səmərəli sayaram ki, sülh razılaşmasına doğru plan var və jurnalistlərin gediş-gəlişi də onun tərkib hissəsidir. Heç bir sülh planı yoxdur, Ermənistanın mövqeyi dəyişməyib, ”Qarabağ bizimdir” bəyanatı verirlərsə, bu səfərlərin hansısa fayda verəcəyini düşünmürəm”.

E.Şıxlı hesab edir ki, bu səfərlər baş aldatmaqdır və mənasızdır: “Qarabağ münaqişəsi ilə bağlı ”yol xəritəsi” varsa, o zaman jurnalistlərin qarşılıqlı səfərləri təşkil olunsun. Sadəcə, Lavrov Yerevanda dedi ki, bir-birinizə səfərlər edəcəksiniz, tərəflər də bundan sonra başladı. Əgər Azərbaycan və Ermənistan rəhbərliyi arasında jurnalistlərin səfərləri barədə razılıq əldə olunsaydı, başa düşmək olardı. Burada isə Lavrov dedi, biz də elədik”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"