“Elçibəy – 80” müsabiqəsinin qalibləri mükafatlandırıldı – FOTOLAR (Yenilənib)

22 İyun 2018 - 19:26
317 oxunma

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Əbülfəz Elçibəy – 80” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Modern.az-ın məlumatına görə, müsabiqədə tanınmış jurnalistlər Ləman Ələşrəfqızı (1-ci yer), Jalə Mütəllimova (2-ci yer), Səbuhi Məmmədli (3-cü yer) Kəramət Böyükçöl, Cəlil Cavanşir, Azad Qaradərəli, Hikmət Orhun (həvəsləndirici) və başqaları qalib olublar.
Müsabiqə üçün nəzərdə tutulmuş mükafat fondu 1-ci yer üçün 1500 manat, 2-ci yer üçün 1000 manat, 3-cü yer üçün 500 manat, qalan 10 həvəsləndirici yer üçünsə 100 manatdır.

***
764719e58a2dBeynəlxalq Mətbuat Mərkəzində “Əbülfəz Elçibəy 80″ İctimai Təşkilat Komitəsi tərəfindən Elçibəyin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilir. Musavat.com xəbər verir ki, tədbirdə müxalifət nümayəndələri, Elçibəyin yaxın silahdaşları, deputatlar, türkçülər və digər ictimai şəxslər iştirak edirlər.
Tədbirdə Elçibəyin əsərlərindən ibarət yeni çap olunmuş 1000 səhifəlik kitabın da təqdimatı olacaq. Eyni zamanda “Elçibəy-80″ yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar. Bildirilib ki, müsabiqəyə 44 yazı təqdim olunub. Yazılar münsiflər heyəti tərəfindən yoxlanılıb. Əsas müəlliflər Azərbaycandandır, amma Türkiyədən də yazanlar var.

Tədbir davam edir.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"