05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ekologiya Nazirliyindən ulu öndər Heydər Əliyevə qarşı hörmətsizlik-Foto

06 Aprel 2018, 10:53
Seçmə
A A
Ekologiya Nazirliyindən ulu öndər Heydər Əliyevə qarşı hörmətsizlik-Foto

1993-cü ildə Heydər Əliyev ölkəyə rəhbərlik edən gündən indiyədək Azərbaycanda bütün şəhər və rayonlarda Heydər Əliyev prospektləri və küçələri salındı. Bu prospektlər, şəhərin, rayon mərkəzlərinin ən “qaymaq” hissəsi hesab edilir. Allah xatirinə bu prospektlərdə yerləşən parklarda şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər şey yüksək səviyyədə hazırlanıb. Prezident İlham Əliyev butun səfərləri zamanı getdiyi şəhər və rayonlarda mütləq prezident Heydər Əliyevin adını daşıyan prospekt və küçələrdən keçir. Təkcə Bakıya ən yaxın məsafədə yerləşən Xırdalandan başqa…
Xırdalan şəhəri yeganə yerdir ki, prezident İlham Əliyev buraya gələndə Heydər Əliyev prospektindən keçə bilmir. Yəni, sözgedən prospektdən keçməsinə imkan vermirlər. Səbəb? Səbəb çox bəsitdir; əgər prezident həmin prospektdən keçərsə, Xırdalanda və Abşeronda bütün vəzifəli şəxsləri tutduqları postdan qovar.
Maraqlıdır ki, tədbirlərdə yeri gəldi-gəlmədi “Ulu Öndər” deyib az qala özlərini lezvalayanlar Ulu Öndərin layiq olduğu hörməti ona və xatirəsinə göstərmirlər. Baxmayaraq ki, oğlu İlham Əliyev ölkənin 1-ci şəxsi, prezidentidir. Xırdalanda mühüm post tutanlar kabinetlərində başları üzərində asdıqları ata-oğul Əliyevlərin portretlərinin altında dövlətin ayırdığı vəsaitləri təyinatı üzrə xərcləyib, heç olmazsa küçələrə asfalt da döşəmirlər.Əvəzində ətək-ətək pul qazanırlar. Sakinlər demiş, ən azından onsuzda şəhərin ən bərbad hissəsində Ulu Öndərin adını daşıyan prospektə asfalt örtüyü də çəkmirlər.
Reportyor.info xəbər verir ki, Azərbaycanda ən bərbad Heydər Əliyev prospekti də, məhz elə Xırdalanşəhərindədir.
Son illər Xırdalanda nəinki quruculuq işləri aparılmır, əksinə illər uzunu tikilib yaradılanları da söküb məhv edirlər. Belə ki, Heydər Əliyevin adını daşıyan obyektlər belə rahatlıqla sökülərək dağıdılır, talan edilir. Heydər Əliyevin adını daşıyan parkda ağaclar kəsilərək yerində müxtəlif əyləncə və iaşə obyektlri inşa edilir. Vaxtında mətbuat məsələni içtimailəşdirməsəydi parkdakı yaşıllıqdan əsər-əlamət qalmayacaqdı.

Bəlkə də ümumən milyonlarla vəsit hesabına ərsə gətirilmiş H.Əliyev prospektində vəziyyət daha da acınacaqlıdır. Prospektdə drenaj sistemləri quraşdırılmadığına görə hər yağıntıdan sonra asfalt örtüyü dağılaraq bərbad vəziyyətə düşür. Yaşıllıqlar məhv edilərək, əvəzində heç bir estetik görüntüsü olmayan domino tipli çoxmərtəbəli binalar tikilir.
Bu işbazlar cəzasızlıqdan arxayınlaşıb Heydər Əliyevin Xırdalandakı yeganə posterini belə gecəylə uçurdub, ərazisi tikinti şirkətlərinə satılır. Təxminən bir il əvvəl sakinlərin müraciəti əsasında bundan xəbər tutub ictimailəşdirdik. Lakin həmin vaxt mətbuata açıqlama verən icra hakimiyyəti rəsmiləri bildirdilər ki, guya “poster avtomobil qəzası zamanı yararsız hala düşüb və bir-neçə günə bərpa edilərək yerinə qoyulacaq”.
Verilən vədin üstündən bir ildən də artıq vaxt keçsə də nəinki heç bir iş görülmədi. Əksinə, posterin yerləşdiyi ərazi onun yaxınlığında mənzil tikintisiylə məşğul olan “BİRLİK-7” MTK-ya satıldı.
Bir il ərzində posterin yerində çoxmərtəbəli bina ucaldıldı. “BİRLİK-7” şirkəti isə qanunsuz olaraq H.Əliyev prospektindəki yaşıllıq zolağını da hasara alaraq məhv etdi. Bu barədə yerli sakinlərin müxtəlif instansiyalara müraciəti də cavabsız qaldı. Halbuki deyilənləri sübut edən kifayət qədər foto və video materiallar mətbuatda işıqlandırıldı. “Birlik-7” şırkəti isə sanki H.Əliyev adına düşmən kəsilib. Xırdalanda inşa elədiyi bütün binaları prospektə bitişik ərazilərdə və yaşıllıq zolaqlarını məhv etməklə həyata keçirir. Kabinetlərində başı üzərinə ulu öndərin portretini vuran məmurlarsa susur və məlum olan səbəblərə görə göz yumur. Sıradan bir heç kəsin tanımadığı MTK isə istədiyini edir. Özü də heç kimdən qorxmadan və çəkinmədən.
Qeyd edək ki, “Birlik-7” MTK bundan əvvəl də H.Əliyev prospektində 200 metrlik ərazidə yaşıllıqları məhv edərək, yerində göydələn tikərək, altında FRESH market açıblar (fotolar əlavə edilib).
Baş verən özbaşınalıqlarla bağlı şirkətin İlham adlı rəhbəri isə telefon əlaqəsi zamanı tikintiyə aidiyyatı olmadığını, bunun ona aidiyyatı olmadığnı bildirib, tələsik dəstəyi asdı: “Mənəm İlham müəllimdir. Mən Korporasdiya Universitetində dərs deyirəm, müəlliməm, həmin ərazidə gedən tikintiyə aidiyyatım yoxdur. Tikintiylə də məşğul olmuram”.
Qeyd edim ki, sözügedən şəxsin telefon nömrəsini sahibi oldugu tikintidə çalışanlar vermişdi.
Xatırladaq ki, bir zamanlar bu cür qoçuların qarşısını almaq üçün mərhum prezidentimiz Heydər Əliyev “Kim bir ağac kəsirsə, elə bil mənim bir qolumu kəsir”-, deyərək bu məsələyə özünün prinsipial, barışmaz mövqeyini bildirmişdi. Yeni-yeni yaşıllıqların salınması, mövcud meşələrin, parkların, hətta hər bir ağacın qorunmasına Prezident İlham Əliyevin münasibəti də hamıya yaxşı bəllidir.
Elə Bakının onilliklər boyu neftlə, mazutla çirklənmiş ərazilərinin təmizlənərək orada cərgə-cərgə ağacların əkilməsi buna aydın misaldır.
Lakin çox təəssüf ki, bəzən yaşıllıqlara qarşı qəddarlıq göstərənlər də tapılır. Ayrı-ayrı şəxslər, yaxud şirkətlər ağacları kəsir, yerində öz mənafelərinə xidmət edən “yenilik” yaratmaq istəyirlər.
Sakinlər isə hara şikayət edəcəklərini bilmirlər: “Sözümüzü kimə deyək, bilmirik. Möhtərəm prezidentimiz, Ulu Öndərimiz Heydər Əliyevə qarşı edilən hörmətsizliklərin cəzası verilməlidir. Sag olsaydı, ona deyərdim ki, cənab prezident, sizin nəinki bir qolunuzu, iki qolunuzu da dibindən kəsir çörəyinizi yeyənlər. Harayımızıisə eşidən də yoxdur”.
Qeyd edək ki, dəfələrlə əlaqədar təşkilatlara, icra hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilsə də, bu haqda ölçü götürülməyib. Ona görə də bütün bunları nəzərə alaraq, redaksiyamız yaxın günlərdə Xırdalan şəhəri ərazisində H. Əliyevin adıyla bağlı olan bütün obyeklərdə baş verənlərin öz əksini tapdığı videolent, foto və digər məlumatları, eləcə də toplanan materialları Heydər Əliyev Fonduna və Respublikanın Baş Prokuroruna təqdim edəcəyik.
Gülnaz Qənbərli
Reportyor.info

Əvvəlki yazı

Ankara sammitində yeni regional ittifaqın yaranması ilğımdır –Üçtərəfli görüşdə Suriyaya dair siyasi həll tapılmayıb – TƏHLİL

Sonrakı yazı

ARTUR RASİ-ZADƏNİN BƏZİ SƏLAHİYYƏTLƏRİ ƏLİNDƏN ALINDI – Dəyişiklik

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.