14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“EGE” hospitaldan növbəti qandonduran – Faktlar/Foto

29 Aprel 2020, 14:37
Araşdırma, Banner
A A
“EGE” hospitaldan növbəti qandonduran – Faktlar/Foto

“EGE” hospitalın həkimi Qarabağ qazisindən 2900 manat aldı, özünə “Get kimə istəyirsən şikayət et” dedi. Reportyor.info xəbər verir ki, bu məlumatı jurnalist Rey Kərimoğlu yazıb.

Onun sözlərinə görə, bir ayağını müharibədə, böyrəkləri isə funksiyasını itirmiş I qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlu əməliyyat olunması üçün həmin klinikaya müraciət edib.

Hospitalın Ruslan adlı həkimi qazidən 2900 manat alıb, ayağını amputasiya etmədən problemini həllinə söz versə də, işini sona qədər görməyib.

Jurnalist əlavə edib ki, hazırda Qarabağ qazisinin ayağında qaralma gedir və hələ də heç bir köməklik edilməyib.

Pulunu tələb edən qaziyə “Kimə istəyirsən şikayət et” deyə cavab verilib və ondan sonra adıçəkilən həkim onun zənglərini cavablandırmayıb. Amma bu, sözügedən klinikanın vətəndaşlara qarşı ilk belə səhlənkarlığı, məsuliyyətsizliyi deyil.

Əvvəlki adı “Grand” olan, müxtəlif qalmaqallar, ölüm hallarından sonra adını dəyişən, rəhbərliyi və personalı yenilənən “EGE” yenə də  pasientlərinə münasibətdə bazar qaydalarına üstünlük verir.

Bundan qabaqq hospitalda müalicə alan Sabirabad sakini, 20 yaşlı Şamxal Məmmədov vəfat edib. Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko da hospitalda dünyasını dəyişmişdi.

Müğənni Əbdül Xalidin xalası oğlu 37 yaşlı Ramin Ələsgərovun, 20 yaşlı Ayşən Mirzəyevanın, 56 yaşlı Nurağa Qasımovun və saysız-hesabsız “həkim qurbanı” olan ölülərin siyahısı ilə rekord qıran “Grand” ləkələnmiş imicini ad dəyişməklə – yəni “rebrendinq”lə ört-basdır etməyə çalışdı.

 

Bu tibb ocağının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olduğu söylənirdi. MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.

Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı.

Telejurnalist Elmar Əbilov da klinikanı qəssabxana adlandırmışdı: “EGE hospital şəfa ocağından çox, bir qrup qəssabın yığışdığı cəlladxanaya oxşayır. Bir biopsinin götürülməsi üçün bizdən 450 manat istədilər.

Biz də o qədər düşünməmişdik. Dedik 200 manatını indi veririk, siz işə başlayın, qalanını da yarım saata ödəyəcəyik. Qəbul etmədilər, dedilər ödəniş tam olmalıdır. Yoxsa heç bir iş görmürük. Ödənişi tam etdikdən sonra isə bizi min bir bəhanə ilə 2 saat gözlətdilər”.

Jurnalist qeyd edib ki, ödənişdən sonra kassadan qəbzi tələb edib: “Kassir qız qeyri-adi söz eşidirmiş kimi sifətimə baxdı. Dedi bizdə belə şey yoxdur. Dirəşdim deyə, sonunda bezib verdi. Amma fikir verdim, məndən başqa heç kimə kassada qəbz vermirdilər. Hörmətli, Vergilər Nazirliyi mütləq orda yoxlamağa başlamanız lazımdır”.

 

Əvvəlki yazı

İranda virusdan daha 80 nəfər ölüb

Sonrakı yazı

“Mənim 5-10 manatım var, bəs kasıb nə etsin?” – Rəqsanə

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.