Dünyanın ən bahalı rəsmi Səudiyyə şahzadəsinin yaxtasındadır

11 İyun 2019 - 09:02
93 oxunma

Məşhur rəssam Leonardo da Vinçinin qiyməti yarım milyard dollar olan “Dünyanın xilaskarı” (“Salvator Mundi”) rəsmi Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Əl Səudun yaxtasında saxlanılır.

“Report”un məlumatına görə, bu barədə “The Guardan” bildirib.

Qeyd edilir ki, ölkə hakimiyyəti Əl-Uledə mədəniyyət mərkəzini inşa etdirənə qədər dünyaca məşhur incəsənət əsəri şahzadənin gəmisində saxlanılacaq. Məlumata görə, da Vinçinin əsərinin ora yerləşdirilməsi planlaşdırılır. Yaxta özü isə Misirin kurort ərazisi Şarm-əş-Şeyxdədir.

Xatırladaq ki, “Dünyanın xilaskarı” rəsmi 2017-ci ildə Nyu-Yorkun “Christie’s” hərracında satılıb. Həmin vaxt rəsm üçün 450 milyon dollar ödənilib. “Dünyanın xilaskarı” əsərində göy paltarda İsa peyğəmbər (ə) təsvir edilib. O, sol əlində kürə şəklində şüşə şar tutub, digər əlini isə xeyir-dua üçün qaldırıb. Sənət əsəri təqribən 1500-cü ildə çəkilib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"