• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Çərşənbə axşamı, 26 Yanvar 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Gündəm

Dünya Bankı: Azərbaycan hökumətinin borclanmaya ehtiyacı yoxdur

2018-08-07
in Gündəm
0
Dünya Bankı: Azərbaycan hökumətinin borclanmaya ehtiyacı yoxdur
0
Paylaşılıb
15
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvinin Finans.az üçün verdiyi eksklüziv müsahibəsini diqqətinizə çatdırırıq.

Azərbaycanda makroiqtisadi göstəricilər üzrə Dünya Bankının proqnozu nədir?

Bənzər Yazılar

“Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı – Açıqlama

Məhkəmə proseslərinin keçirilməsi ilə bağlı məhdudiyyət aradan qalxır

Bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olundu

Bildiyiniz kimi, keçən il iqtisadi artım 0,5%-dən də az idi. Bu il ötən ilə nisbətən daha yaxşı olacaq. Lakin yenə də 2018-ci il üçün 1,5-2% arasında artım gözləsək də, bu günə qədər 1,3% artım qeydə alınıb ki, bu da bizim gözləntilərimizdən bir qədər aşağıdır.

İqtisadiyyatın bəzi sahələri, o cümlədən kənd təsərrüfatı davamlı artım göstərir, tikinti isə ilin əvvəlində gözlədiyimiz artım templərini nümayiş etdirmir. İqtisadiyyata ümumi sərmayələr də proqnozlaşdırılan səviyyədən bir qədər aşağıdır. Neft qitymətlərinin yüksək olmasını və TANAP vasitəsilə artıq ilk qazın çatdırıldığını nəzərə alsaq, onda neft sektorunun iqtisadiyyatın aparıcı qüvvəsi kimi fəaliyyəti yaxşıdır. Ancaq yenə də bəzi sahələr istisna olmaqla, qeyri-neft iqtisadiyyatı hələ ki tam qüvvədə iqtisadi artıma töhvəsini verə bilmir.

Son zamanlar Azərbaycan xarici borclanmanın səviyyəsinin aşağı salınması üçün addımlar atır. Hökumətin borclanmaya getməməsini nə ilə əlaqələndirirsiniz və bunun Dünya Bankının Azərbaycandakı texniki dəstək layihələrinə təsiri olacaqmı?

Ümumilikdə, bütün ölkələr və müəyyən dərəcədə Azərbaycan yeni yollar, körpülər, infrastrukturun qurulması kimi parlaq işləri xoşlayırlar və bütün bunların arxasında da təbii ki, investisiyalar dayanır.

Lakin bir çox inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda insanlara sərmayə qoyuluşu çox aşağı səviyyədədir. Əslində isə insanlara sərmayə ölkənin inkişaf strategiyasının vacib istiqamətləri olmalıdır. Azərbaycan insanlarının potensiallarının yalnız 60%-i iqtisadi inkişafın təmin olunmasına yönəldilib.

Dünya Bankının bu yaxınlarda dərc olunan yeni “Millətlərin sərvəti” hesabatında ölkələrin bütün sərvətləri, o cümlədən insan kapitalı nəzərə alınarsa, həmin ölkələrin nəyə nail ola biləcəyi təhlil olunub. Həmin araşdırmaların nəticəsində, Dünya Bankı dünya üçün insan kapitalının inkişafı layihəsi adlı yeni bir təşəbbüs irəli sürür. Bu təşəbbüs çərçivəsində biz bütün dünya üzrə əsas boşluqları müəyyənləşdirib, sonra hökümətlərlə birlikdə həmin boşluqların həlli üçün layihələri müəyyənləşdirəcəyik. Təbii ki, Azərbaycan da lazım olan məlumatları bölüşməklə, bu layihədə iştirak edə bilər.

Borclanma barədə suala gəldikdə isə qeyd etmək lazımdır ki, neft qiymətləri kifayət qədər yüksəkdir, uzağı gələn il TANAP-ın işə düşməsi ilə qaz gəlirlərinin də artması gözlənilir. Hökümətin sərəncamında olan vəsaitlər son 2-3 il ilə müqayisədə çox yuxarıdır və belə olan halda borc almaq üçün hökümətin ehtiyacı yoxdur. Azərbaycan prezidentinin dediyi kimi, xüsusən yolların tikintisi kimi işlər üçün borc almağa elə bir zərurət yoxdur. Bununla yanaşı ölkə başçısı onu da bildirmişdi ki, texnoloji cəhətdən mürəkkəb, müəyyən institusional islahatları nəzərdə tutan sahələrdə xarici borclar almaq mümkündür. Biz də Dünya Bankı olaraq hökümətin istəyi olacağı təqdirdə bu sahələri müəyyənləşdirməyə və o istiqamətdə müəyyən layihələr həyata keçirməyə hazırıq.

Bakı-Şamaxı yolunun maliyyələşdirilməsi ilə bağlı vəziyyət nə yerdədir?

Bakı-Şamaxı yolu bizim “Magistiral yol 3” layihəmizin bir hissəsidir. Həmin layihəyə həm Bakı-Şamaxı yolu, həm də cənub istiqamətində yolun bir hissəsi daxil idi. Konkret olaraq Bakı-Şamaxı yolu ilə bağlı işlər 4 müqavilədən ibarət idi. Bu müqavilələrdən 3-ü demək olar ki, başa çatmaqdadır, dördüncü müqavilənin (Şamaxıya yaxın olan 90-cı kilometrindən sonrakı hissə) icrasına artıq başlanmışdır və ümid edirik ki, bu sonuncu müqavilə də 2019-cu ilin sonuna qədər başa çatacaq.

Kənd icmaları layihəsi ilə bağlı işlər nə yerdədir?

Azərbaycan kənd investisiya layihəsinin ikinci mərhələsi 1-2 ay ərzində yekunlaşacaq. Bir neçə texnoloji təkminləşmələri özündə əks etdirən layihənin 3-cü mərhələsi hökumətin müraciəti əsasında hazırlanmışdır. Bütün o layihələrin həyata keçirildiyi yerləri əhatə edən GİS xəritəsi hazırlanıb ki, onun köməyi ilə hər bir icmada həyata keçən layihənin gedişini real vaxt rejimində izləmək mümkündür.

Eyni zamanda 3-cü layihə üçün yeni ideyalardan biri ondan ibarət idi ki, NASA, Avropa və Yaponiya kosmik agentliklərinin peyk məlumatlarından istifadə etməklə, ölkə ərazisində daha çox diqqətə ehtiyacı olan yoxsul icmaları müəyyən edilsin.

Agentliklər tərəfindən açıq şəkildə bölüşülən həmin məlumatlar vasitəsilə icmada kənd yolunun vəziyyətinə, evlərin dam örtüyünə görə iqtisadi duruma qiymət verməklə, kəndin bazarlardan, təhsil, səhiyyə müəsisələrindən nə dərəcədə uzaqda yerləşməsini müəyyən etməklə və s. bu kimi məlumatları emal etməklə həmin icma layihələrini daha ünvanlı etmək mümkündür.

Lakin hökumət yeni borclanma siyasətinə uyğun olaraq, AzRip layihəsinin 3-cü mərhələsi üçün kredit götürmək niyyətində olmadığını bildirdi. Yenə də ümid edirik ki, hökümət Dünya Bankının krediti hesabına olmasa belə, öz daxili ehtiyatları hesabına 3-cü mərhələnin hazırlanması zamanı əldə edilmiş bilikləri, məlumatları və layihə dizaynını istifadə etməklə bu fəaliyyəti öz hesabına davam etdirəcək.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Dünya Bankı təkcə pul paylamaqla məşğul olan bir bank deyil, o, ilk növbədə bilik bankıdır. Biz hesab edirik ki, əgər hökümət bu və ya digər layihələri öz hesabına davam etdirmək niyyətində olarsa, biz öz təcrübəmiz, texniki yardımımız ilə dövlətə istənilən məsələdə məsləhət verməyə hazırıq. Biz 25 ildir ki, Azərbaycanla tərəfdaşlıq edirik və bu əməkdaşlığımızı yeni istiqamətdə davam etdirməyə hazırıq.

Mövzunun davamı olaraq bilmək istərdik ki, birinci və ikinci mərhələdə hansı istiqamətlərdə və nə qədər ideya dəstəkləndi?

Tibb məntəqələrinin, uşaq baxçalarının, kənd yollarının təmirindən, suvarma sistemlərinin qurulmasına qədər, bütün ölkə ərazisini əhatə edən 2 mindən çox mini layihələr həyata keçirilib. Biz eyni zamanda bir sıra kiçik icma bizneslərinin qurulmasına da yardım göstərmişik. Bir çox hallar olub ki, kənd icmaları layihəsi çərçivəsində başlanılan işlər icmaların potensialını gücləndirib və bundan sonra bir çox icmalar yerli icra qurumları ilə birlikdə və öz hesablarına bir sıra əlavə işlər də görüblər. Hökümət faydalı hesab edəcəyi təqdirdə bu təşəbbüsləri də genişləndirə bilər.

Azərbaycanda tütün və tütün məhsullarının satışına əlavə vergi tətbiq edilməsi ilə bağlı təklifiniz nədən ibarətdir?

Son bir il ərzində Dünya Bankının bu sahə üzrə işləyən heyətləri dəfələrlə Azərbaycana səfər edib və digər ölkələrin tütün məmulatlarına vergi qoyulması ilə bağlı təcrübəsini bölüşüblər. Biz bu məsələni səhiyyə, maliyyə, iqtisadiyyat nazirliklərində müzakirə etmişik və müsbət istiqamətdə müəyyən irəliləyişin olduğunu görürük. Bu yaxınlarda siqaret üçün aksiz vergisi 1000 ədəd üçün 4 manatdan 12 manata artırıldı. Hesab edirəm ki, bu kiçik artımdır və Rusiya və Türkiyə ilə müqayisədə irəli getmək üçün hələ də imkanlar var.

Azərbaycanda tütün istifadəsinə görə regionda və dünyada ən yüksək göstəricilərdən biridir. Təcrübə göstərir ki, qiymətlərin artırılması ilə istifadədə müəyyən azalma baş verir, istifadə etməyə davam edənlər isə daha yüksək qiymət ödəməli olurlar. Beləliklə, yüksək vergilərdən gələn gəlir isə elə səhiyyə sektorunun inkişafına yönəldilə bilər.

Niyə məhz səhiyyə?

Azərbaycanda səhiyyə sektorunda yenidənqurma işlərinə zərurət var. Mən özüm şahid olmuşam ki, Azərbaycanda ən müasir avadanlıqlar var, lakin onları yaxşı istifadə edən mütəxəssislərin yoxluğuna görə həmin avadanlıq optimal şəkildə istifadə olunmur. Digər tərəfdən isə ölkənin bir qismində ixtisaslaşmış tibb müəssisələrinin sayı zərurətdən xeyli çoxdur, başqa bir hissəsində isə kənd xəstəxanaları səviyyəsində tibb müəssisələri mövcud deyil. Yəni tütünə tətbiq olunan vergilərin artırılmasından əldə olunan əlavə gəlirlər bu kimi məsələlərin həllinə yönəldilə bilər.

Yüksək rüsumların təsiri ilə qaçaqmalçılıq hallarının artacağını ehtimal etsək bununla bağlı nə kimi təklifləriniz ola bilər?

Haqlısınız ki, qiymət səviyyəsinin artması qaçaqmalçılığın artması ilə müşayiət olunur. Lakin bu halda siqaret qaçaqmalçılığı onun ucuz olduğu yerdən baha olduğu yerə keçir. Azərbaycanın sərhədlərinə baxsaq isə Rusiya və Türkiyədə daha yüksək qiymətlər olduğundan qaçaqmalçılıqla gətirilməsinin mənası olmayacaq, Ermənistandan gətirilmə ehtimalı isə sıfıra bərabərdir. Qalır Gürcüstan və İran, burada da sadəcə qanunun hüquqi tətbiqi, sərhədlərin gücləndirilməsi lazımdır ki, bu məqsədlə də rüsumlardan gələn gəlirlərin bir qismi istifadə oluna bilər.

Azərbaycan startap bazarı ilə bağlı hesabat nə yerdədir və ümumiyyətlə bu sahədəki vəziyyəti necə qiymətləndirirsiniz?

Azərbaycanda startap mövzusu çox geri qalıb. Hətta belə deyərdim sizinlə həmsərhəd olan istənilən ölkə bu sahədə daha yaxşı vəziyyətdədir. Azərbaycanda gənc insanların ali təhsil sistemindən çıxış edərək, ona əsaslanaraq, yeni biznes yaratması lazımı səviyyədə deyil.

Əgər siz ali təhsil sisteminin ölkə üçün yeni iş yerlərinin yaratmasını, vacib sahələrdə tətqiqatlar aparmaq qabiliyyətinə malik olmasını, həmin tədqiqatların hansısa bir hazır məhsula çevrilməsini istəyirsinizsə, ölkənin ali təhsil sahəsində bir neçə vacib dəyişiklik etmək lazımdı. Biz bununla bağlı bir hesabat hazırlayırıq və onun layihəsi Təhsil Nazirliyində baxılmaqdadır. Ondan başlayım ki, Azərbaycana miras qalan sovet sistemində elmlər akademiyası tədqiqatla, universitetlər isə təhsil ilə məşğuldur. Əslində isə ona nail olmaq lazımdır ki, bu tədqiqatlar universitetlərin özlərində baş versin. Lakin görünən odur ki, tədqiqatlara ayrılan vəsaitlərin böyük bir hissəsi fundamental elmə yönəlir. Bu ölçüdə və inkişaf səviyyəsində olan ölkə üçün isə tədqiqatların fokusu fundamental elmdən tətbiqi elmə keçməlidir. Bu cür araşdırmalar yalnız bir universitetdə baş verməməlidir, bunun üçün rəqabət mühiti yaranmalıdır və müsabiqə əsasında maliyyələşməni təmin edən bir fond olmalıdır.Bu cür müsabiqə fonduna universitetlər, sahibkarlar, bizneslər birgə olaraq da müraciət edə bilərlər. Onun nəzdindəki komissiya və ya komitə bu ideyalara baxmalı, onların arasından ən layiqlilərini maliyyələşdirmək üçün seçməlidir. Qazaxıstanda, Özbəkistanda, Monteneqroda və bir çox digər yerlərdə bunu tətbiq etməyə başlamışıq. Mən demirəm ki, Azərbaycan bir gündə Sinqapur kimi olacaq, ancaq ölkənin təbii sərvətlərini nəzərə alaraq daha yaxşı səviyyədə olmalıdır. Bir məsələ ilə sözümü yekunlaşdırmaq istəyirəm, bunu həmişə deyirəm ki, Azərbaycanın sərvəti onun insanlarıdır. Onların təhsilinə, sağlamlığına, sosial müdafiə sisteminə sərmayə qoyun və bu, neftin qiymətindən asılı olmayaraq ölkənin davamlı artımına, inkişafına gətirib çıxaracaq.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Nazilidən 32 nəfərlik nümayəndə heyəti ön cəbhə rayonu Tovuzu ziyarət edib, görüşlər keçirib

Sonrakı yazı

Tovuz rayonunda minaya düşən iki nəfərdən birinin ayağı amputasiya olunub

Sonrakı yazı
Tovuz rayonunda minaya düşən iki nəfərdən birinin ayağı amputasiya olunub

Tovuz rayonunda minaya düşən iki nəfərdən birinin ayağı amputasiya olunub

Məhkəmə saytı blokladı

Məhkəmə saytı blokladı

Prezident Ordubada 13,5 milyon manat ayırdı

Prezident Ordubada 13,5 milyon manat ayırdı

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

2021-01-26
Xırdalandakı partlayışdan – Fotolar

Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı

2021-01-26
Bayden transgenderlərin orduda xidmətinə icazə verdi

Bayden transgenderlərin orduda xidmətinə icazə verdi

2021-01-26
Əfqan Sadıqovun vəziyyəti necədir? – Ombudsman aparatından açıqlama

Əfqan Sadıqovun vəziyyəti necədir? – Ombudsman aparatından açıqlama

2021-01-26
Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri

Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri

2021-01-26
“Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı – Açıqlama

“Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı – Açıqlama

2021-01-25
Xırdalandakı partlayışdan – Fotolar

Xırdalandakı partlayışdan – Fotolar

2021-01-25
Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.

Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.

2021-01-25
Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri – HESABAT

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri – HESABAT

2021-01-25
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi

2021-01-25
Azərbaycana qarşı hərbi cinayətlər törədənlər İnterpola verildi (RƏSMİ)

Azərbaycana qarşı hərbi cinayətlər törədənlər İnterpola verildi (RƏSMİ)

2021-01-25
Masallı xəstəxanasının direktoru belə həbs edilib – Video

Masallı xəstəxanasının direktoru belə həbs edilib – Video

2021-01-25
Şəhid ailələri və qazilərlə bağlı sərəncam – Evlə təmin olunacaqlar

Şəhid ailələri və qazilərlə bağlı sərəncam – Evlə təmin olunacaqlar

2021-01-25
Vüqar Səfərlinin məhkəməsi təxirə düşdü

Vüqar Səfərlinin məhkəməsi təxirə düşdü

2021-01-25
Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi – VİDEO

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi – VİDEO

2021-01-25
Daha iki erməni hərbçisinin meyiti tapıldı

Daha iki erməni hərbçisinin meyiti tapıldı

2021-01-25
Hüquq müdafiəçi Oqtay Gülalıyevdən xəbər var

Hüquq müdafiəçi Oqtay Gülalıyevdən xəbər var

2021-01-25

Xırdalandakı partlayışdan – Fotolalar

2021-01-25
Azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları: Gəmidə nə baş verib?

Azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları: Gəmidə nə baş verib?

2021-01-25
Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçirlər

Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçirlər

2021-01-25

Seçmə

  • Bütün
  • SEÇMƏ
Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.
SEÇMƏ

Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.

2021-01-25
Masallı xəstəxanasının direktoru belə həbs edilib – Video
Rəsmi

Masallı xəstəxanasının direktoru belə həbs edilib – Video

2021-01-25
Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt
SEÇMƏ

Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt

2021-01-25
Şirin Cəfəridən Əhməd İsmayılovun çağırışına dəstək gəldi
SEÇMƏ

Şirin Cəfəridən Əhməd İsmayılovun çağırışına dəstək gəldi

2021-01-23
Bu hərbçilərimizə vaxtından əvvəl hərbi rütbələr verildi (VİDEO
SEÇMƏ

Bu hərbçilərimizə vaxtından əvvəl hərbi rütbələr verildi (VİDEO

2021-01-23
Vüqar Səfərli apellyasiya şikayəti verib
SEÇMƏ

Vüqar Səfərli apellyasiya şikayəti verib

2021-01-23
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

2021-01-26
Xırdalandakı partlayışdan – Fotolar

Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı

2021-01-26
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.