“Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatı” (DAQAH) təşkilat komitəsinin növbəti iclası keçirilib

14 Aprel 2019 - 14:17
185 oxunma

Bu gün “Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatı” (DAQAH)  təşkilat komitəsinin növbəti iclası keçirilib. Bu barədə “Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatı” (DAQAH)  mətbuat katibi Aqil Mahmudov məlumat yayıb.

Məlumatda bildirilir ki:  “Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatı” (DAQAH)  təşkilat komitəsinin növbəti iclası keçirilib. İclasda təşkilatın növbəli sədr səlahiyyətləri, nizamnamə və digər məsələlər müzakirə edilib. Qeyd edək ki, müzakirələrdə təşkilat komitəsinin beş üzvü; Limunət Əmrahlı, Gülbəniz Arifqızı, Əhməd Cəlaloğlu, Avtandil Məmmədov, Əli Oğuz və Aqil Mahmudov iştirak edirdi. İlk məsələ Təşkilat Komitəsinin növbəli sədr səlahiyyəti müzakirəyə çıxarıldı.

Təşkilatın  növbəli sədr vəzifəsini icra edən Avtandil Məmmədov sədrlik dövründə gördüyü işlərlə bağlı qısa məlumat verdi və bildirdi ki, növbəti iclasda sədrlik  fəaliyyəti ilə bağlı geniş hesabat verəcəkdir. Avtandil Məmmədov sədrlik səlaiyyətinin başa çatdığı üçün növbəli sədr vəzifəsinə Limunət Əmrahlını təklif etdi. Təşkilat komitəsinin bütün üzvüləri yekdilliklə Limunət Əmrahlını növbəli sədr vəzifəsinə təyin etdilər. 

DAQAH təşkilat komitəsinin növbəli sədri seçilən Limunət Əmrahlı ilk öncə ona etimad etdiklərinə görə təşkilat komitəsinin üzvülərinə təşəkkürünü bildirməklə yanaşı , sədrlik dövründə təşkilatın görəcəyi işlərlə bağlı məlumat verdi. Onun sözlərinə görə,  təşkilatın əsas məqsədi bütün  dünya Azərbaycanlılarının siyasi, intellektual potensialından istifadə etməklə işğal altında olan Qarabağ və ətraf rayonların azad edilməsi, Azərbaycanda demokratiyanın    inkişafı, insan haqlarının qorunması, ümumbəşər dəyərlərin təbliği,  Avropaya   inteqrasiya, vətəndaş cəmiyyətinin formalaşması və qanunun aliliyinin təmin edilməsi  yolunda fəaliyyəti gücləndrməkdən ibarətdir.

İclasda, “Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatı”nın (DAQAH) qeydiyyat məsələsi və nizamnaməsi müzakirə olundu. Bu məsələ barədə təşkilat komitəsinin üzvü Əhməd Cəlaloğlu hesabat verdi. hesabat ətrafında qızğın müzakirələrdən sonra, təşkilat komitəsinin üzvülərinin təklifi ilə bu məsələ qarşıdan gələn iclasda ətraflı müzakirə olunması məqsədəuyğun sayıldı.

Hefteaz.info

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"