DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi

22 Oktyabr 2018 - 14:38
55 oxunma

Dövlət Təhlükəsizliyi Xidməti (DTX)sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin xəbərdarlığında deyilir:

“Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır!
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “facebook”, “twitter” və “youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar”.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"