06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Döyülən, maşını aşırılan keçmiş bələdiyyə sədri gəlininı necə “varis” etdi

26 Noyabr 2018, 14:15
Uncategorized
A A
Döyülən, maşını aşırılan keçmiş bələdiyyə sədri gəlininı necə “varis” etdi

Masallıda bir kənd var ki, zaman-zaman qalmaqallarla gündəmə gəlir.

Daha dəqiq desək kənd özü yox, onun keçmiş və faktiki olaraq indi də bələdiyyə sədri olan, 72 yaşlı Bəybəla Əsədov.
Azerinfo.tv bildirir ki, 2013-cü ildən kəndin bələdiyyə sədri seçilən Bəybəla Əsədovun bütün fəaliyyət dövrü mütəmadi olaraq müxtəlif qalmaqallarla müşayiət olunub. Həm də bu qalmaqallar əksər hallarda sadəcə ictimai müzakirələrlə sona çatmayıb. Bələdiyyə sədrinin torpaq maxinasiyaları bir çox hallarda daha arzuolunmaz insidentlərə, o cümlədən əlbəyaxa davalara və döyülmələrə də gətirib-çıxarıb. Məhz 2014- cü ildə baş vermiş belə olaylardan birinin nəticəsində bələdiyyə sədri əslən Masallı rayonundan olan iş adamı, Rusiya vətəndaşı İlham Abışov tərəfindən ağır xəsarətlər yetirməklə döyülmüşdür. Açıqlamalara görə, sahibkarın bələdiyyə sədrini döyməsinin səbəbi də gizli torpaq satışı ilə bağlı aralarında yaranmış mübahisə olub (həqiqətən, başqa səbəb göstərilsəydi, çox təəccüblənərdik). Qeys edək ki, o zaman bu torpaq spekulyasiyasının daha bir iştirakçısı, Masallı Rayon İcra Hakimiyyəti başçısının Gəyəçöl kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi də işdən azad edilmişdi.
B.Əsədovu döyən İlham Abışov həm də Gəyəçöl kəndində şadlıq evinin sahibi idi.
Elə bundan az sonra, həmin ilin oktyabrinda Bəybəla Əsədovla bağlı ölkə mediasında yeni məlumat yayıldı.
Xəbər verilirdi ki, B.Əsədov Gəyəçöldə 27 sakinə torpaq sataraq pullarını alıb. Torpaq alverində onun sağ əli isə kəndin poçt məntəqəsənin müdiri Cavidan Şükürov olub. Ancaq çox çəkməyib ki, torpaqların qanunsuz satışına görə kənd sakinləri C.Şükürovdan və B.Əsədovdan pullarını geri tələb ediblər. Onlardan biri Gəyəçöl sakini Əzizağa İbadovdur. Hətta onunla Şükürov arasında mübahisə də yaranıb. Belə ki, bu yaxınlarda Ə.İbadov C.Şükürovun maşınını vuraraq kanala salıb. O, pulunun qaytarılmamasına etiraz olaraq bu addımı atıb. C.Şükürov isə bu hərəkətinə görə onu həbslə hədələyib.
2016-cı ildə qalmaqallı bələdiyyə sədrindən Əliyeva Şəhla Haşım qızı şikayət etdi ki, bəs kənddəki dədə-baba mülkünü Bəybəla Əsadov hansısa kənar şəxsə satıb.
Qeyd edək ki, Bəybala Əsədov isə, xatırlatdığımız döyülmə olayı səbəbilə, bir müddət Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra, törətdiyi maxinasiyaların taktikasında bir dəyişiklik etmək qərarına gəlmişdi. Belə ki, bir tərəfdən özünü sığortalamaq üçün, digər tərəfdən də artıq adının təkcə Masallıda deyil, həmçinin bütün ölkədə həddindən çox tanındığını və deməli lazımsız diqqət cəlb etdiyini nəzərə alaraq, Bəybala Əsədov tutduğu vəzifəni öz gəlini Xəyalə Əsədovaya təhvil verir. Təbii ki, bu zaman bütün faktiki idarəçilik yenə də keçmiş sədrin nəzarətində qalır.
Azerinfo.tv-yə verilən məlumata görə Xəyalə Əsədova əksər hallarda Bakı şəhərində olur. Bu xanımın idarəetmədən qətiyyən xəbəri yoxdur.
Rayondakı iclaslara isə əvəzindən 72 yaşlı qayınatası gedir.
Bu məsələ ilə bağlı Bəybəla Əsadovla əlaqə saxladıq. Bəybala Əsadov dedi ki, belə hal olub. Xəyalə çoxuşaqlı anadı deyə, icra başçısı onun əvəzinə qaynatasının tədbirlərdə iştirakına icazə verib.
Hər bir halda bu qanun pozuntusudur. Masallı İcra Hakimiyyəti rəsmi qaydada buna çətin ki icazə versin, lakin Gəyəçöldə olanlardan yerli İH-nin xəbərinin olmaması da inandırıcı deyil.
Hər bir halda qarşı tərəf mövqeyini bildirə bilər.

Əvvəlki yazı

BMT Təhlükəsizlik Şurası bu gün toplanır –Ukraynadakı vəziyyətlə bağlı

Sonrakı yazı

DİN polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.