”Dövlət Gömrük Komitəsi yenə ənənəsinə sadiq qalıb”

20 İyul 2019 - 17:48
127 oxunma

Dövlət Gömrük Komitəsi iş adamından 32 min dollarlıq telefonlarına görə 14 min dollar “rüsum” tələb olunması ilə bağlı ötən gün mediada yayılan məlumatlarla bağlı açıqlama yayıb.

“Reportyor.info” xəbər verir ki, komitə ənənvi olaraq bu dəfə də gömrükdə baş verən problemlə bağlı xəbəri həqiqətə uyğun olmayan məlumat kimi dəyərləndirib.

Yayılan xəbərlərdə Azərbaycan Respublikası vətəndaşı Sənan Nağıyevin ölkə ərazisinə gətirdiyi mobil telefonların “Qırmızı Körpü” gömrük postunda saxlanıldığı və onlardan mallara aid sənədlərdə nəzərdə tutulduğundan artıq gömrük ödənişlərinin tələb olunduğu iddia edilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, Sənan Nağıyev cari ilin may ayının 22-də ölkə ərazisinə 200 ədəd müxtəlif markalı mobil telefonlar gətirib və həmin malların dəyərinin 32 100 ABŞ dolları olduğunu bəyan edib. Müvəqqəti saxlanca götürülən malların gömrük rəsmiləşdirilməsi prosesində aparılan araşdırma zamanı onların dəyərinin aşağı göstərildiyi, real dəyərin 46 080 ABŞ dolları təşkil etdiyi müəyyən edilib və bu barədə Sənan Nağıyevə məlumat verilib.

Buna etiraz edən Sənan Nağıyev şikayət ərizəsi ilə Dövlət Gömrük Komitəsinə müraciət edib. Müraciətin araşdırılması prosesində Sənan Nağıyev dəfələrlə Dövlət Gömrük Komitəsinə dəvət edilsə də, o edilən müraciətə məhəl qoymayaraq Komitəyə gəlməkdən boyun qaçırıb.

Cari ilin iyun ayının 18-də isə həmin şəxs könüllü olaraq gətirdiyi telefonları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirib və 28 514 manat 80 qəpik məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Aparılan araşdırma zamanı Sənan Nağıyev və onun idxal etdiyi mallara münasibətdə gömrük orqanları və onun əməkdaşlarının qanun pozuntusuna, kobud və ya qeyri-etik davranışa yol vermədiyi müəyyən edilib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"