Dövlət başçısı Tanrını “axmaq” adlandırdı, ölkə ayağa qalxdı…

27 İyun 2018 - 08:31
65 oxunma
Filippin dövlətinin başçısı Rodriqo Duterte tanrının “səfeh” olduğunu deyib. Dutertenin sözləri əhalinin 86 faizindən çoxunun Katolik olduğu ölkədə qəzəb yaradıb.
Moderator.az xəbər verir ki, prezident televiziya ilə yayımlanan çıxışında Allaha “axmaq” dedikdən sonra İncildə Adəm və Həvvanın Tanrının gözündən düşməsi hekayəsini və xristianlıqdakı ilk günah anlayışını da tənqid edib.
Kilsə və çox sayda filippinli Dutertenin açıqlamalarını tənqid edərkən Dutartenin ofisindən dövlət başçısının şəxsi fikirlərini dilə gətirdiyi bildirilib.
Qeyd edək ki, Rodriqo Duterte daha əvvəl də Roma Papasını sərt bir dillə tənqid etmiş və onu “təcavüzkar, zalım və qadın düşməni” kimi dəyərləndirilmişdi.
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"