Donbassda Luqansk separatçılarının bu gün səhər saatlarından başlayan hücumu nəticəsində Ukrayna ordusu Zolotoy yaşayış məntəqəsinin yaxınlığında tutduğu mövqeni itirib və geri çəkilib. TSN kanalı xəbər verir ki, separatçıların bu günkü həmləsi son bir neçə il ərzində ilk belə irimiqyaslı hücumdur. Hücum nəticəsində 72-ci briqadanın məsuliyyət zonasında olan döyüş mövqelərindən biri itirilib, bir neçə döyüşçü yaralanıb. Hərbçilər bildirir ki, atəşin başlaması 2015-ci ili xatırladırdı, separatçılar Ukrayna ordusunun mövqelərinə yox, kvadratlar üzrə atəş açırdı. Hazırda ağır döyüşlərin davam etdiyi bildirilir.
***
Ukraynanın şərqində vəziyyət gərginləşib və irimiqyaslı toqquşmalar başlayıb.
Virtualaz.org xəbər verir ki, bu gün səhərə yaxın qondarma “Luqansk xalq respublikası”nın qüvvələri Novotoşkovsk, Orexovo, Krımskoe və Xutor Volnıy yaşayış məntəqələri istiqamətində Ukrayna ordusunun mövqelərinə hücuma keçib.
Donbassdakı Ukrayna qüvvələrinin qərargahı bildirir ki, separatçıların qüvvələri təmas xəttini yarmağa çalışır. Ukrayna Silahlı Qüvvələri itkilər verir.