Bu gün Yazartv.az saytının baş redaktoru Cəfərov Elşən Oktay oğlu həbslə təhdid olunması haqda xəbər yaymışdıq. Jurnalist Cəlilabadın icra başçısı və təhsil şöbəsinin təzyiqi ilə üzləşdiyini, rayon polisinə çağırıldığını bildirmişdi.
E.Cəfərovun Daxili İşlər Naziri Vilayət Eyvazova müraciətini saytımıza yerləşdirməyimizdən sonra müsbət xəbər aldıq. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Reportyor.info-ya məlumat verdi ki, jurnalistin məsələsi nəzarətdədir, şəxsən cənab nazirin diqqətinə çatdırılıb, hər hansı problem yoxdur və onun öz peşə fəaliyyətini müstəqil şəkilə davam etdirməkdə heç bir əngəl ola bilməz.
Jurnalist bu cür operativ reaksiyaya, həssas münasibətə görə DİN rəhbərliyinə, cənab nazir Vilayət Eyvazova, məsələyə diqqət göstərən Ehsan Zahidova minnətdarlıq edib.