09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

DİM bu gəncləri intihara sürükləyir – Ekspert

11 Avqust 2020, 14:09
Uncategorized
A A
DİM bu gəncləri intihara sürükləyir – Ekspert
“Bütün hallarda birmənalı şəkildə ayrıseçkilik salmadan koronavirusa yoluxan uşaqların təkrar imtahanda iştirakı təmin edilməlidir”. 
Bu fikirləri Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov “koronavirusa yoluxan uşaqların imtahanda iştirakı necə təşkil edilməlidir” sualına aydınlıq gətirərkən səsləndirib.
“Azərbaycanda bu il üçün qəbul imtahanları bir dəfə keçiriləcək. Bu imtahanlarda iştirak etməyənlərə təkrar iştirak etmək şansının yaradılması nəzərdə tutulmur. Bu, onların birmənalı şəkildə təhsil hüququnun məhdudlaşdırılmasıdır. Yəni bütün hallarda şagirdlərin təkrar imtahanda iştirakı təmin edilməlidir”.
Kamran Əsədov bildirib ki, imtahan təkrar olmayacağı üçün bu şagirdlər gələn ilə qalır:
“Amma bu doğrudurmu? Xeyr, birmənalı şəkildə doğru deyil. Ən azından ona görə doğru deyil ki, kifayət qədər imtahan binası var, həmin şəxs özünü imtahana hazır hiss edirsə, onlar əlavə otaqlarda imtahanda iştirak edə bilərlər. Nəzər alaq ki, ilk imtahan avqustun 13-14-ü keçiriləcək, ikinci imtahan isə 21-22 avqustda keçiriləcək. Nəticələrin isə çıxma vaxtı bilinmədiyi üçün proses sentyabrın əvvəlinə qədər davam edəcək. Düşünürəm ki, bu prosesdən sonra sentyabrın əvvəlində o şagirdlər üçün imtahan təşkil edilə bilər”.
Ekspert qeyd edib ki, burda insan taleyindən söhbət gedir. Bir il fasiləsiz olaraq oxuyan gənclərin ümidini qırmaq olmaz. Fors-major haldır, heç kim kefindən bu prosedən kənar qalmaq istəməyib:
“Bu il pandemiya olduğu üçün həmin şagirdlərə imkan vermək lazımdır. İnsan taleyi ilə oynamaq olmaz, şərait yaratmaq lazımdı. Cavabların beş gün gec çıxması problem deyil. Bu xəstələr 14 gündən sonra sağalırlar. Bu uşaqları bir il ümidsiz qoyub, vaxt və pul itkisinə yol vermək doğru deyil”.
Xatırladaq ki, gənc yazar Nicat Həşimzadə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə yaxın qohumunun düşdüyü belə fors-major halla bağlı müraciət edib. Müraciətdə deyilir:
“Hörmətli Məleykə xanım, bir neçə dəqiqə öncə Dövlət İmtahan Mərkəzinə zəng etdim, mənə bildirdilər ki, virusa yoluxan abituriyentlər üçün təkrar imtahan keçirilməyəcək. Axı bu qərar virusa yoluxan gənci daha da ölümə sürükləməkdir. Axı siz özünüz də mətbuat konfransında dəfələrlə demisiniz ki, Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir. Ancaq indi belə məlum olur ki, siz belə ədalətsiz qərarla virusa yoluxan gəncləri daha da ağır depressiv hallara salaraq ölümə sürükləyirsiz. Budurmu, Azərbaycan gəncliyinə göstərilən qayğı? Mənim yaxın qohumumun bütün ailəsi xəstəliyə yoluxub. Atası 40 gün ərzində Rusiyada iki dəfə ağır ürək əməliyyatı keçirib. Anasının bir gözü görmür, əlildir. Siz axı niyə belə ədalətsiz qərar verərək onsuz da bu cür ağır vəziyyətdə olan ailələrə daha da böyük zərbələr vurursunuz? Onu da nəzərinizə çatdırım ki, təkrar imtahan olmayacağını eşidən qohumum intihar etmək istəyir.
Siz məndən də yaxşı bilirsiniz ki, belə məqamlarda virusa yoluxan adamlara psixoloji dəstək olmaq lazımdır.
Yaxın qohumum dəfələrlə tarix və coğrafiya fənləri üzrə keçirilən məktəblər arası olimpiadalarda yüksək yerlər tutub. İndi bu uşaq virusa yoluxub deyə imtahanda iştirak edə bilmir və siz də təkrar qəbul imtahanı təşkil etmək istəmirsiniz.
İnanıram ki, bu müraciətimə gözlənilən uğurlu cavabı verəcəksiniz…”
Əvvəlki yazı

Kafe və restoranlar necə işləyəcək? – Yeni qaydalar

Sonrakı yazı

Dərslər sentyabrın 1-də açılır – Rəsmi

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.