Diktatorun oğurladığı uşaqlar: 80 illik qorxunc sirlər açılır

12 İyul 2019 - 21:58
309 oxunma

1939-cu ildə İspaniyada vətəndaş müharibəsinin başa çatmasından sonra iqtidarı ələ keçirən faşist Fransisko Franko rejimi respublika tərəfdarı olan solçu ailələrinin uşaqlarını zorla faşist və hökumətə yaxın kəndlilərə vermişdi.

”Reportyor.info” Teleqraf.com istinadən xəbər verir ki, 1950-ci ildə isə bu siyasətin davamı olaraq, bütün yoxsul ailələrdən uşaqlar zorla alınmağa başlanılmışdı.

Oğurlanmış uşaqlar barədə araşdırma aparan bir sıra QHT-lər həmin dönəmdə İspaniyada 300 mindən çox uşaq oğurlama faktının olduğunu açıqlayıb.

Məhkəməyə müraciət edən 50 yaşlı İnes Madriqal əmisi oğlunu DNT analizi ilə ABŞ-da tapdığını açıqlayıb, əmisi oğlu sayəsində öz bacılarını da tapıb.

O, eyni zamanda öz anasının 2013-cü ildə 73 yaşında vəfat etdiyini öyrəndiyini deyib.

Keçən il İspaniya məhkəməsi 86 yaşlı ginekoloqu 1969-cu ildə İnes Madriqalı oğurlayaraq, başqa bir qadına verdiyi üçün mühakimə etmişdi. Lakin Madriqal gec şikayət etdiyinə görə ginekoloq sərbəst buraxılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"