15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatların janqlyorluğu: kimlər iqtidar-xalq körpüsünü yandırır?

13 May 2019, 08:29
Manşet
A A
Deputatların janqlyorluğu: kimlər iqtidar-xalq körpüsünü yandırır?

“Rusiyaya gedən azərbaycanlıların əksəriyyəti “otxod”durlar”, “Müəllim işdən sonra gedib daş atsın”, “Az yeyin”, “Soğan əkin”, “Qarabağ əlili niyə avtobus pulu verməməlidir?”, “Bu maaşla dolana bilmirik, artmalıdır”, “Popkorn adamı zəhərləyir”, “Ayağınız yorğanınıza görə uzadın” və daha nələr, nələr…

Reportyor.info xəbər verir ki, bu sözləri yadelli düşmənlər deməyiblər, Milli Məclisdə üzümüzü “ağ” edən deputatların açıqlamalarıdır.

2015-ci ildən bəri 4 ildir xalqı aşağılayan, hər çıxışında “quş” buraxan millətin vəkilləri sübut edirlər ki, azərbaycanlıların deputat sarıdan bəxti gətirməyib.

Millətin vəkili statusu daşıyan əksər mandat sahibləri millətin əleyhinə nə varsa onun yanında dayanırlar, o təşəbbüsü irəli sürürlər.

Ən sonuncu qalmaqal Rasim Musabəyovla onu müdafiə edən həmkarı Rüfət Quliyevin çıxışları göstərdi ki, parlamentin buraxılmasında gecikmişik, təcili növbədənkənar seçkilərə zərurət var.

İş o yerə çatıb ki, şou adamı “Tolik” belə bu deputatları yıxıb-sürüdü. Çünki R.Musabəyovun popkorn macərasına qoşulan R.Quliyev deyir ki, o popkorndan insanlar zəhərlənə bilərdi.

Bunu o adam söyləyir ki, lənkəranlıların deputatı yox, siqaret alverçisidir, “EUROPEAN TOBACCO Baku”-nun rəhbəridir, tütün istehsal edir.

Deputatın xəbəri yoxdur ki, qarğıdalı yox, tütün insanı zəhərləyir. Gündə yüz minlərlə insanı zəhərləyən R.Quliyev həmyerlisi Hadı Rəcəblini da ötüb keçib.

Hələ bu ayrı mövzudur ki, gəlir deklorasiyası təqdim etməlidir.Ümumiyyətlə, onun bizneslə məşğul olması qadağandır.

Deputat adı arxasında xalqı ikitərəfli zəhərləməsi az deyil, popkorn satan yoxsul ailənin uşağını günahlandırır.

Bu mənada Yaqut Misirxanlının R.Quliyev barəsində yazdığı şərh analoqsuzdur:

“Mən Vergilər Nazirliyinin mətbuat xidmətində işləyəndə (2001), rəhbərin tapşırığıyla Rüfət Quliyevdən müsahibə götürməyə getmişdim.

“European Tobacco Baku”da1 saat yanımda xarici ölkəylətelefonla danışdı, sonra da işçisini çağırıb dedi ki, jurnalistə müsahibə ver.

Adam mənə müsahibə verdi, amma qəzetdə Rüfət Quliyevlə müsahibə adıyla dərc olundu”.

Əslində, “dirijor çubuğu” ilə idarə olunan deputatların janqlyorluğu, cəmiyyətin əsəblərini tarıma çəkməsi məhz ölkənin aktual problemlərindən diqqəti yayındırmaq, gündəmi mənasız polemikalarla qarışdırmaq, ictimai rəyi qıcıqlandırmaq məqsədi daşıyır.

Bu, hansısa mərkəzlərin ssenarisidir yoxsa ağzının danışığını bilməyən deputatların spontan çıxışlarıdır, şərh vermək çətindir.

Amma birbaşa hakimiyyətə, prezidentə qarşı bir siyasət olduğu, xalqla iqtidar arasında yeni bərkişən körpüləri yandırmaq cəhdləridir.

O baxımdan hər ay bir deputatın “quş” buraxması parlamentin yeni seçkiyə getməsini zəruri edir. Eyni zamanda növbəti Milli Məclisin tərkibində “Müəllim işdən sonra gedib daş atsın”, “Az yeyin”, “Soğan əkin” söyləyən deputatlara, başı biznesə qarışan, lal mandat sahiblərinə ehtiyac yoxdur.

Milli Məclis qanunverici orqandır, dövlətin işlək orqanizmidir, onun iflic olması həm hakimiyyətin, həm cəmiyyətin maraqlarına ziddir. Çünki iqtidar da, xalq da bu deputatlardan təngə gəlib.

Gürcüstanda və Ermənistanda baş verən hadisələr, demokratik dəyişikliklər Azərbaycana təsirsiz ötüşmür. Odur ki, hakimiyyətin içində Qərbmeyilli məmurlar erkən seçkiyə gedərək parlamentin tərkibinin yenilənməsi, daha fərqli, Qərb dünyasının qəbul edəcəyi MM formalaşdırılmasının tərəfindədir.

İkincisi, Milli Məclisdə bir xeyli deputat oturub ki, onları parlament maraqlandırmır və spiker hər dəfə irad tutur, vaxtında gəlməyi, vaxtında getməyi tələb edir. Yəni, uşaq bağçasına çevrilməkdədir.

Yerdə qalan aktiv millət vəkillərinin bir çoxunun çıxışları isə ya gülüş, ya qıcıq doğurur, yaxud sosial şəbəkələrdə məsxərəyə qoyulur.

Məsələn, sonuncu dəfə Hadı Rəcəblinin 143 manatla yaşamağın mümkün olduğunu söyləməsi və ardınca təkzib eləməsini götürək.

Müstəqillik tarixində sonuncu parlamentin bir çox üzvləri qədər “quş” buraxan, seçicilərin əsəblərini tarıma çəkən, vətəndaşları təhqir edən, qatığa qara deyəni olmamışdı.

Onların verdiyi hikkəli, qəzəb doğuran, ağ yalanlarla dolu açıqlamaların əhaliyə təsir edən ən əhəmiyyətli hissəsi həmin deputatların əksəriyyətinin biznesə sahib olmasıdır.

Amma kimisi dükana borclu olduğu söyləyir, kimisi müharibə şəraitində yaşadığımız üçün kredit borclarının silinməsini məqbul saymır, (Gürcüstan da müharibə şəraitindədir) kimisi 143 manatla yaşamağı doğru sayır və ötən 3 il ərzində xalqa “otxod” deyən deputatdan tutmuş müəllimi bənna işləməyə çağıran millət vəkilinin olduğunu nəzərə alsaq, iqtidar da xalq kimi artıq bu deputatlardan cana doyub.

Milli Məclis refreşolunmağa məhkumdur.Hakimiyyəti dəparlament inindiki tərkibi qane etmir.Misal üçün, Mehman Əliyev, Qubad İbadoğlu kimi kadrlar parlamentdə təsmil olunmağı haqq edirlər.

Bütün bu sadalananların fonunda mütləq şəkildə növbədən kənar parlament seçkilərinin keçirilməsi gəlir.Üstəlik, biznesi olan milyonçu mandat sahibləri kreslo zəbtetməklə hakimiyyətin daxili və xarici siyasətində müdafiə işində iştirak etmədilər,  xaricdə olan şəxslərin kampaniyaların əksər deputatların lazımi cavab verə, iqtidarı müdafiə edə bilmədilər, çoxunun başı şəxsi biznesinə qarışdı.

Ona görə də növbəti seçkidən sonra biz daha siyasiləşmiş, aktiv deputatlardan formalaşan Milli Məclis görə bilərik.

Nihad

REPORTYOR.info

Əvvəlki yazı

“Welcome Azerbaijan”: AZAL, Avtovağzal və “Binə” milyonları büdcədən necə yayındırır? – Korrupsiya…

Sonrakı yazı

ABŞ DÖVLƏT KATİBİ MOSKVAYA YOLA DÜŞÜB –Pompeonu Putinlə gərgin müzakirə gözləyir

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.