04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatlar bölgələrdəki vəziyyətdən danışdılar

31 Mart 2020, 13:46
Uncategorized
A A
Deputatlar bölgələrdəki vəziyyətdən danışdılar

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədi ilə paytaxtla yanaşı, regionlarda da qabaqlayıcı tədbirlər, maarifləndirmə işi aparılır.

Bu tədbirlər ölkənin bütün şəhər və rayon və şəhərlərini əhatə edir və koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.

“Report” məsələnin aktuallığını nəzərə alaraq regionlardakı vəziyyətlə tanış olmaq üçün Milli Məclisin deputatlarına müraciət edib.

47 saylı Mingəçevir seçki dairəsinin deputatı Aydın Mirzəzadə “Report”a bildirib ki, təmsil etdiyi bölgənin rəhbərləri, ziyalıları və sakinləri ilə mütəmadi olaraq əlaqə saxlayır:

“Mingəçevirdə xüsusi karantin rejiminin qaydalarına yüksək səviyyədə əməl edilməsinə çalışılır. Şəhər ərazisində polis patrulu xidməti fəaliyyət göstərir. Onlar 65 yaşdan yuxarı insanlar arasında maarifləndirmə işləri aparır və evdə qalmalarını tövsiyə edirlər. Eyni zamanda insanların bir yerə toplaşması, ehtiyac olmadan çölə çıxmasına qarşı Mingəçevir Şəhər İcra Hakimiyyəti, müvafiq təşkilatlar tərəfindən xüsusi təbliğat işi aparılır.

Ərzaq, səhiyyə və apteklərdən başqa digər obyektlərin fəaliyyəti dayandırılıb və bunu ciddi şəkildə nəzarət olunur. Bundan əlavə, icra başçısı şəhəri gəzərək xüsusi karantin rejiminə əməl olunmasını yerində araşdırır. Şəhər ərazisində tək yaşayan və qayğıya ehtiyacı olan insanların siyahısı tutulub.

Onlara ərzaq və tibbi ləvazimatların alınması təşkil edilir. Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının gəncləri könüllü surətdə tənha yaşayan insanlara ərzaq və dərman vasitələrinin alınıb verilməsi prosesində yaxından iştirak edirlər. Ümumən götürdükdə Mingəçevirdə xüsusi karantin rejiminə əməl edilməsinə çalışılır”.

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatı Naqif Həmzəyev isə “Report”a deyib ki, Gəncə Şəhər İcra Hakimiyyətində koronavirusla mübarizə çərçivəsində operativ qərargah və “Qaynar xətt” yaradılıb:

“Həmin qərargah şəhər ərazisindəki qurumlar arasında xüsusi karantin rejiminə əməl olunmasına nəzarət edir. Hətta mütəmadi olaraq icra başçısı Niyazi Bayramov sakinlərlə görüşür, onları narahat edən məsələlərə aydınlıq gətirir, sakinlər arasındakı maarifləndirmə işlərinə şəxsən rəhbərlik edir. Bundan əlavə, YAP-ın Gəncə şəhər təşkilatının gəncləri, könüllüləri tərəfindən 65 yaşdan yuxarı insanlar, ahıllara soail xidmətlərin göstərilməsi istiqamətində fəallıq göstərirlər. Həmin kateqoriyadan olan insanlara sovqatlar aparırlar, tibbi ləvazimatlar və ərzaq məhsulları çatdırırlar”.

Deputat təəssüf hissi ilə qeyd edib ki, hələ də bəzi insanlar prosesin ciddiliyini tam anlamırlar:

“Təəssüflər olsun ki, hələ də küçədə çoxlu sayda gəzən insanlar var. Ancaq buna baxmayaraq Gəncə şəhərində xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində icra hakimiyyətinin, operativ qərargahın, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri keçirirlər. Polis əməkdaşları onlarla profilaktik söhbət apararaq, karantin rejiminə əməl etməyin vacibliyini qeyd edirlər. Artıq bu tədbirlər öz nəticəsini verməkdədir. Bundan başqa, Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri mütəmadi davam etdirilir. Polis maşınları şəhərin küçə və prospektlərində hərəkət edərək səsgücləndirici ilə əhaliyə müraciətlər edirlər. Hesab edirəm ki, koronavirusla mübarizə çərçivəsində dövlətimiz tərəfindən bütün lazımı addımlar atılır Bu məsələdə insanlarımız da dövlətimizə öz dəstəyini göstərməlidir. Onlar həkimlərin, hökumətin verdiyi qərar və tövsiyələrə sözsüz əməl etməlidir”.

Əvvəlki yazı

Çin yalan danışıb: Uhanda 42 min adam ölübmüş

Sonrakı yazı

Almaniyanın azərbaycanlı tibb elmləri doktorundan POLİSLƏRƏ TƏŞƏKKÜR

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.