15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatın 15 milyonluq qalmaqalı böyüyür

30 İyul 2020, 10:20
Seçmə
A A
Deputatın 15 milyonluq qalmaqalı böyüyür

“Bu birbaşa korrupsiyadır, burada birbaşa cinayət tərkibi var”.

Bu sözləri deputat Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq 3 sifarişi öz şirkəti olan “AZ. İNŞAAT –M.V.” MMC-yə verməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Bu hal ciddi şəkildə araşdırılmalıdır. Bu, hüquq-mühafizə orqanları, məhkəmələr tərəfindən korrupsiya faktlarının sübut olunması üçün əsaslar yaradır. Azərbaycanın Tender və Satınalmalar Haqqında Qanununa görə maraq toqquşması baş verəndə bu cinayət tərkibli fakt kimi qeydə alınır”.

Həmsöhbətimiz qeyd etdi ki, belə halların olması aparılan araşdırmalar nəticəsində öz təsdiqini taparsa iş məhkəməyə getməlidir:

“Bu olmasa bir daha ölkədə ədalətin zədələndiyinin şahidi ola bilərik. Məhkəmə yolu ilə bu halın sübut olunması həmin şəxsə və onun ətrafında olanlara qarşı ciddi tədbirlərin görülməsinə gətirib çıxarmalı, Cinayət Məcəlləsi və hüququn diqtə etdiyi bütün formalarda onlara qarşı addımlar atılmalıdır ki, digərlərinə də dərs olsun. Bu yolla ayrılan vəsaitlərin qeyri-rasional xərclənməsi nəticəsində dəymiş ziyan ödənilməlidir”.

N. Cəfərlinin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəbi cəzasızlıq mühitidir: “Cəza olmayanda insanlar bu tip qanunsuz əməllərə gedir. Ona görə də həmin addımı atanlar ciddi şəkildə cəzalanmalıdır ki, digərləri üçün də dərs olsun”.

Hüquqşünas Ələsgər Əhmədoğluna görə də bu əməldə korrupsiya ehtimalı var: “Korrupsiyaya qarşı mübarizə haqqında qanun var. Bir qurumun rəhbəri öz yaratdığı quruma 15 milyon manatlıq tender veribsə, burada artıq mənafelərin toqquşması məsələsi var. Çünki həm verən, həm də alan tərəf eynidir. Bu da korrupsiya ehtimalı yaradır. Əlbəttə ki, korrupsiya qanunvericiliyinə görə bu hal yolverilməzdir.Belə tenderlərdə yaxın adamların, qohumların iştirakı qadağan olunur”.

Hüquqşünas düşünür ki, burada səlahiyyətdən sui-istifadə halına yol verilib və nəzarətin olmaması həmin neqativ proseslərin baş verməsinə gətirib çıxarır:

“Bu baş veribsə, deməli burada hansısa şəkildə bilavasitə səlahiyyətlərdən sui-istifadə halına yol verilib. Problem ondadır ki, belə proseslərə nəzarət yoxdur. Ona iki istiqamətdə, hüquqi və ictimai müstəvidə nəzarət olmalıdır. Amma ölkədə qeyri-hökumət təşkilatları və medianın nəzarət imkanları məhdudlaşdırılıb. Hüquqi nəzarətə gələndə isə istər Hesablama Palatası və istərsə də hüquq-mühafizə orqanları bu faktları mediada yayılan andan etibarən araşdırmalıdır.

Çünki, Cinayət Prosesual Məcəlləsinə görə cinayət ehtimalı olan informasiya mətbuatda yayılırsa, bu artıq prosesi araşdırmaq və cinayət işinə başlamaq üçün əsaslardan biridir. Amma bu nəzarət olmadığından vəzifəli şəxslər özlərini daha rahat hiss edir. Nəticə etibarı ilə yaranmış vəziyyət belə korrupsiya ehtimallarının baş verməsinə şərait yaradır”.

Əvvəlki yazı

Qısa ətək geyinənlər cərimə olunacaq

Sonrakı yazı

Vilayət Eyvazov onu işdən çıxardı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.