06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatdan Qərbin gizli Azərbaycan planı haqda sensasion açıqlamalar

24 Aprel 2019, 08:47
Gündəm
A A
Deputatdan Qərbin gizli Azərbaycan planı haqda sensasion açıqlamalar

Qüdrət  Həsənquliyev: “Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək”

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev azpolitika.info-ya müsahibəsində Qərbin Azərbaycanda islahatların dərinləşməsində heç də maraqlı olmadığını bildirib. Onun sözlərinə görə, inkişaf etmiş Qərb-xristian dünyasının yaradacağı təhlükələrə əhəmiyyət vermədən, prezident islahatları dərinləşdirir.

“Qərbin Azərbaycandan istəyi nədir” sualına cavabında isə Q.Həsənquliyev deyib ki, Qərb Azərbaycandan Türkmənistan kimi bir dövlət qurmaq, torpaqlarımızı işğaldan azad etmək üçün müharibə etmək barədə düşünməməyi istəyir. Deputat fikrini belə əsaslandırıb: “Vaxtilə ABŞ səfiri Ramiz Mehdiyevə deyirdi ki, ”insanları küçələrdən yığışdırın”. Müxalifətə isə həmin vaxt başqa sözlər deyirdi, başqa bəyanatlar verirdi. Bu yetərli deyilmi?! Qərbin ölkəmizdə demokratik dövlət quruculuğu prosesinə kömək etmək üçün çox böyük imkanları olduğu halda heç vaxt bunu etməyib. Etdikləri isə qarşılığında nələrisə öyrənmək və bu yolla proseslərə mane olmaq məqsədi daşıyıb.

İlham Əliyev fərqindədir ki, islahatlar sürətləndirilsə, Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək. Onlar bacardıqları qədər xristian ölkəsi ilə müharibə vəziyyətində olan müsəlman Azərbaycanın siyasi və iqtisadi baxımdan inkişaf etmiş, müasir, böyük beynəlxalq nüfuza malik güclü bir dövlətə çevrilməsinə imkan verməməyə çalışacaqlar. Bu məqsədlərinə çatmaq üçün çalışacaqlar ki, daxildə hakimiyyət uğrunda 1993-cü ildəkindən də qanlı savaşlar törətsinlər. Radikal müxalifət düşərgəsində, ortada heç nə olmaya-olmaya öncüllük üçün bir-birinə “qardaş” deyib, amma bir-birinə qarşı hər cür mənəviyyatsızlığa əl atanlar, görün xaricdən real hakimiyyət vədi alarlarsa nələr edərlər… Qardaş qırğınına belə gedərlər.

Xristian dünyası bilir ki, güclü, demokratik, inkişaf etmiş Azərbaycan, hansı ki, bu yalnız islahatlar yolu ilə mümkündür, təkcə sözdə yox, əməldə də işğalla barışmayacaq. Onlara isə müharibə lazım deyil. Torpaqlarımızın xristian ermənilər tərəfindən məskunlaşdırılması, təbii sərvətlərimizdən və nəqliyyat infrastrukturumuzdan istifadə lazımdır”.

Q.Həsənquliyev bununla belə, bildirib ki, Qərbin istəklərinin nəzərə alınması və islahatların gecikdirilməsi sosial partlayışların baş verməsi ehtimalına görə daha təhlükəlidir: “Ona görə də, prezident mövcud durumu nəzərə alıb, tədrici və ardıcıl addımlarla cəmiyyəti inkişaf etdirmək, müasir təfəkkürlü Azərbaycan insanı formalaşdırıb bu reallığı xarici dairələrə qəbul etdirmək istəyir. Vaxtilə söyləmişdim ki, islahatlar dərinləşdikcə təxribatların miqyası genişlənəcək. Amma biz xalqımızla bizi gözləyən təhlükələr barədə açıq danışmalı, təxribatlardan qorxmamalıyıq”.

Akif Nağı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a şərhində Q.Həsənquliyevin çox ciddi və həqiqət yükü olan məsələləri dilə gətirdiyini bildirib: “Maraqlı və çoxlarının başa düşmədiyi, yaxud bilərəkdən görməməzliyə vurduğu məqamdır. Bir çoxları hesab edirlər ki, Qərblə yaxınlaşma, onların dediklərini gözüyumulu həyata keçirməklə hər şeyə nail ola bilərik. Qərb dəyərlərini birmənalı şəkildə ideallaşdırmağa çalışırlar. Əlbəttə, Qərbdən də nəsə götürməliyik, amma kortəbii təqlidçilik çıxış yolu deyil. Bir anlığa sovet işğalı dövrünü xatırlatmaq istəyirəm, o vaxt Moskvadan gələn hər şeyin sözsüz qəbul olunması tələb olunurdu, qəbul etməyənlərə, yüngül desək, pis baxırdılar. İndi Qərbdən gələn hər şeyə də elə bir yanaşma ilə üz-üzəyik. Qərb öz maraqlarını güdür, Moskva kommunizm ideyaları adı ilə öz istəklərini bizə necə qəbul etdirirdisə, Qərb də liberal dəyərlər adı altında Azərbaycanda öz hegemonluğunu bərqərar etməyə çalışır. Ona görə də Azərbaycan rəhbərliyi və cəmiyyəti diqqətli olmalı, öz maraqlarımıza cavab verən milli dəyərlərimizə uyğun münasibətlər sistemini qurmalı, ağıllı və sərfəli islahatlar aparmalıdır. Biz özümüzun siyasi, iqtisadi, mənəvi sistemimizi qurmalıyıq. Qurduğumuz model bütün müsəlman və türk dünyası üçün nümunə ola bilər. Artıq bunun əlamətləri hiss olunur. İslam və türk dünyasında Azərbaycan modelinə maraq  müşahidə olunur”. A.Nağı vurğuladı ki, Qərb ölkələrini təqlid edib, onlara uyğun model qurmaq yanlış yoldu: “Bizim Qərbi təqlidlə quracağımız model bir çox cəhətlərinə görə əlverişli olmayacaq. Həmçinin Qarabağın işğaldan azad edilməsi işinə uyğun gəlməyəcək, bu yöndə səmərəli olmayacaq”.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Qərb islahatları dəstəklədiyini bəyan etsə də, islahatların bir həddə qədər aparılmasında maraqlıdır, həmin xəttin keçilməsində isə maraqlı deyil: “Azərbaycan bir neçə on ildir ki, müstəqil və manevr siyasət yürüdür. Regionda maraqlı ölkələrin siyasətini tarazlaşdıra bilir. Qərblə və Rusiya arasında uzun illərdi ki, toqquşma hazırda yeni mərhələyə keçib. Belə bir situasiyada ölkəmizdə siyasi təhlükəsizliyi və stabilliyi qorumaq üçün mütləq şəkildə islahatlar labüddür. Qərb Azərbaycanda islahatları dəstəkləyib. Bununla paralel Qərbin Azərbaycana diktə etdiyi şərtlər olub, amma iqtidar bu şərtlərlə razılaşmayıb və razılaşmır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Əvvəlki yazı

Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib- Fotolar

Sonrakı yazı

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub –Müdafiə Nazirliyi

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.