04-03-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatdan hökumətə yeni təkliflər:”Xeyli vətəndaşımız və biznes strukturları kreditlərin girovuna çevrilib…”

27 Yanvar 2019, 14:32
Cəmiyyət
A A
Deputatdan hökumətə yeni təkliflər:”Xeyli vətəndaşımız və biznes strukturları kreditlərin girovuna çevrilib…”

Azərbaycanda kredit borcları ciddi problem olaraq qalır. Milli Məclisdə bəzi deputatlar dəfələrlə bu problemin həlli ilə bağlı təkliflərini səsləndirsələr də, hələ ki müsbət irəliləyiş yoxdur.

Reportyor.info xəbər verir ki, Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli “Reytinq” qəzetinə müsahibəsində bu və digər məsələlərdən danışıb.

– Əli bəy, 2018-ci ilin iqtisadi yekunları 2019-cu ilə optimist baxmağa əsas verirmi?

– 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 2015-ci ilin devalvasiyalarından sonra başlanan resessiya və durğunluq mərhələsindən artım trayektoriyasına çıxmağa başladı. Azərbaycanda 2016-cı ildə ümumi daxili məhsulun (ÜDM) 3,8 faiz azalması, 2017-ci ildə 0,1 faiz artımı fonunda 2018-ci ildə ÜDM 1,4 faiz artıb. Ötən il manatın məzənnəsi 1 dollar – 1,7 manat ətrafında olmaqla sabit qaldı.

Digər şərtlərlə yanaşı, 2018-ci ildə manatın məzənnəsinin sabit qalması inflyasiyanın 2017-ci ildəki ikirəqəmli səviyyədən, yəni 15 faizdən birrəqəmli səviyyəyə – 2,3 faizə enməsində mühüm rol oynayıb. 2017-ci ildə əhali gəlirlərinin artımı inflyasiya tempindən 2 dəfə geri qaldığından, əhalinin güzəranını xarakterizə edən real gəlirlər aşağı düşmüşdür. 2018-ci ildə inflyasiyanın orta hesabla 2,3 faiz artımı fonunda əhalinin nominal gəlirləri 9 faiz yüksəlib. 2018-ci ildə sadalanan istiqamətlərə müsbət meyllərin yaranması bu il iqtisadi artım templərinin bir qədər də artırılmasına müəyyən əsaslar yaradır. Amma proqnozlaşdırlan 3,6 faiz artımdan daha yaxşı nəticələrə nail olunması həm qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması dərəcəsindən, həm də makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və ölkədə yığılıb qalmış problemlərin həll sürətindən asılı olacaq.

Problemlərin həllini sürətləndirməkdən ötrü isə həyata keçirilən islahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır. Ona görə də Azərbaycan üçün çox şey xeyli dərəcədə dünya bazarında neftin qiymətinin büdcə proqnzlaşdırılması zamanı bir barrel üçün götürülmüş 60 dollardan nə dərəcədə kənarlaşmasından və ortalama hansı səviyyədə olmasından və bir də həyata keçirilməyə başlanan islahatların daha da genişləndirilməsi, dərinləşdirilməsi və səmərəlilik dərəcəsindən asılı olacaq.

– Hansı sahələrdə islahatların davam etdirilməsini daha vacib hesab edirsiniz?

– Fikrimcə, Azərbaycanın hazırkı yavaşımış artım templərindən yenidən öz potensialına layiq templərlə artım trayektoriyasına çıxmasından ötrü cəmiyyət həyatının bütün sahələrində sistemli islahatlara, idarəetmənin fəlsəfəsini əsaslı surətdə dəyişdirib, müasir mərhələdə rəqabətə davamlı səviyyədə səmərəli fəaliyyət göstərə bilən iqtisadi sistemin formalaşmasına yönəltməyə böyük ehtiyac var. Ona görə də hazırda iqtisadi artım templərinin yenidən yüksəlməsinə mane olan amillər içərisində idarəetmənin təşkilatı strukturnun müasir tələblərə cavab verməməsi xüsusi yer tutur.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində xüsusi vurğulayıb: “… İdarəetmədə struktur köhnəlib. Daha çevik, daha yığcam, daha məqsədyönlü yeni idarəetmə strukturu olmalıdır. İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.

İdaretmə aparatı həqiqətən də çox şişirdilib və vəziyyətin getdikcə mürəkkəbləşdiyi hazırkı mərhələdə səmərəli fəaliyyət göstərmək imkanları tükənib.

2019-cu ilin büdcə xərclərində ümumi dövlət xidmətləri üzrə xərclər 3,9 milyard manata çatıb ki, bu da müdafiə xərclərindən 13 faiz, təhsil xərclərindən 70 faiz, sosial müdafiə, sosial təminat xərclərindən 48 faiz, səhiyyə xərclərindən 3,7 dəfə çoxdur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması, dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə həyata keçirdiyi islahat xarakterli addımları müsbət qiymətləndirir və davamlı olmasını arzulayırıq.

– Sizcə, həyata keçirilən tədbirlərdə nələr çatışmır?

– Ötən il keçirilən prezident seçkilərindən sonra başlanan islahatların, xüsusən də struktur islahatlarının bu il daha intensiv templərlə davam etdirilməsini təqdir edirik. Dövlət idarəetmə sistemindəki lüzumsuz strukturların ləğvi, eyni funksiyanı yerinə yetirən qurumlarda paralelçiliyin aradan qaldırılması, bir-birinə yaxın olan qurumların birləşdirilməsi istiqamətində atılan addımlar genişləndikcə, dövlət büdcəsi vəsaitinə bu yöndə edilən qənaətin də məbləği artacaq və nəticədə struktur islahatları daha çox büdcə vəsaitinə qənaət etməyə imkan verəcək. Bunu dolğun şəkildə reallaşdırmaqdan ötrü obyektiv araşdırmalar aparıb, optimal variantda həlli vacib olan xeyli ciddi problemlərin həllində nəzərəçarpan irəliləyişlərə nail olmaq lazımdır.

Belə ki, həyata keçirilən struktur islahatlarının səmərəlilik dərəcəsini artırmaqdan ötrü, obyektiv tələbata çevrilən şərtlər içərisində bayaq qeyd etdiyimiz kimi, islahatların cəmiyyət həyatının bütün tərəflərini əhatə etməsi, kompleks xarakter daşıması, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsinə yönəlik islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrində korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalıqlarına və bunlardan doğan talançılığa son qoymağa yönəlmiş köklü islahatlarla əlaqəli şəkildə həyata keçirilməsi və həmin addımların gözləntiləri daha dolğun və səmərəli olsun deyə, həyata keçirilən islahatlar neft amilinin aparıcı roluna əsaslanan modeldən yeni iqtisadi modelə – insan amilinin aparıcı roluna əsaslanan innovasiyalı inkişaf modelinə transformasiya üçün şərait yaratmalıdır. Bundan ötrü, Azərbaycanın yeni iqtisadi modelinə uyğun vahid strategiyanın həyata keçirilməsi çox vacibdir.

– Hansı məsələlərin həllini daha vacib sayırsınız?

– Konkret məsələlərə gəldikdə, üç problemin həllini daha vacib hesab edirik:

Birinci qəbildən olan problemlər iqtisadi artım templəri ilə bağlıdır. Azərbaycanda əhali hər il orta hesabla 1,3 faiz artır və orta perspektivdə həmin tempin davam edəcəyi gözlənilir. Əhali artımının bu səviyyədə müsbət dinamikası şəraitində iqtisadi artım templərimiz 2018-ci ildəki kimi 1,4 faiz yox, 6-7 faiz olmalıdır ki, əhalinin güzəranının yaxşılaşdırılmasının iqtisadi bazası yaransın.

İkinci qəbildən olan problemlər əhalinin sosial vəziyyəti, xüsusən də aztəminatlı təbəqənin güzəranı ilə bağlıdır. İqtisadi artım templərimizin yavaşıması, ölkədə sosial göstəricilərə də mənfi təsir göstərir və inkişaf etməkdə olan ölkələr, MDB məkanı və region ölkələri ilə müqayisdə pisləşir. Bu il ölkə üzrə orta əmək haqqının 642 manata çatdırılması proqnozlaşdırılıb. Bununla belə, büdcə təşkilatlarında çalışanların xeyli hissəsi orta əmək haqqından aşağı – 200-300 manat arasında maaş alır. Bu il orta pensiyanın 240 manata çatdırılması proqnozlaşdırılıb. Bu, kiçik rəqəm olmaqla yanaşı, həm də xeyli insan orta pensiyadan da aşağı səviyyədə pensiya alır. Müavinətlər də çox aşağı olmaqla, simvolok səviyyədədir.

İqtisadi artım templərini yüksəltməklə və sadalayacağımız istiqamətlərdə köklü dəyişikliklərə nail olmaqla Azərbaycanda əmək haqqı, pensiya, müavinət və sair ödənişlər potensial imkanlarımız səviyyəsinə çatdırılmalıdır. Bundan ötrü hökumət islahatlar yolu ilə müasir mərhələdə qarşıda duran problemlərin köklü və sürətli həlli yolunda alternativi olmayan insan kapitalının üstün inkişafına dayanan innovasiyalı inkişaf modelinin reallaşdırılmasına çalışılmalıdır. Yeni yaradılan dəyərin bölgüsündə ədalətın təmin edilməsi, kölgə iqtisadiyyatının dairəsinin məhdudlaşdırılması, korrupsiyaya, məmur özbşınalıqlarına və bundan irəli gələn talançılıq hallarına, büdcə vəsaitlərinin xeyli hissəsinin gəlirli olmayan sahələrə, səmərəsiz və az səmərəli layihələrə və eyni infrastruktura dəfələrlə pul xərclənməsi praktikasına son qoyulmalıdır. Bu cür üsullarla iqtisadi artım templərimizi və buna uyğun olaraq əhalinin gəlirlərini, əmək haqqı, pensiya və sairi də potensialımıza uyğun səviyyədə əhəmiyyətli dərəcədə artırmaq olar.

Üçüncü qəbildən olan problemlər əhalinin güzəranının yaxşılaşdırılması qarşısında duran ciddi problemlərlə bağlıdır. Bununla bağlı zəruri olan amilləri sadalayanda, korrupsiya, məmur özbaşınalıqları və bundan irəli gələn talançılıq hallarına son qoyulması məsələsini artıq dedik… Bu sahədə həlli vacib olan ən ciddi məsələlərdən biri də problemli kreditlər məsələsidir. Artıq beşinci ildir ki, vətəndaşların xeyli hissəsinin borc tələsinə düşməsi Azərbaycanda əhalinin müəyyən hissəsnin güzəranının yaxşılaşması qarşısında ciddi maneəyə çevrilib.

Ölkə əhalisinin hər 4 nəfərindən birinin banka borcu var. 2015-ci ilin iki şok devalvasiyasından sonra əhalinin xeyli hissəsi və banklar həmin şoku hələ də hiss edir. Banklara borcu olanlarla yanaşı, 1 milyon nəfərdən artıq vətəndaşımız borclara zamin olmaqdan əziyyət çəkir. Xeyli vətəndaşımız və biznes strukturları bank kreditlərinin girovuna çevrilib. Bu problemi, xüsusən də xarici valyutada olan kreditlər problemini çözmək lazımdır ki, həm bankların sağlamlaşdırılmasına, həm də əhalinin güzəranının yaxşılaşmasına geniş yol açılsın.

Xarici valyutada olan kreditlərlə bağlı problemə differensiallaşdırılmış şəkildə baxmaq lazımdır: qanunun bütün sərtliyini 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında, səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi, eləcə də devalvasiya nəticəsində artan kreditləri qaytarmaq iqtidarında olmayan yoxsul təbəqəyə yox, banklarla əlbir olub kreditləri əslində qaytarmaq yox, qaytarmamaq üçün alanlara tətbiq etmək lazımdır.

2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə güzəştlər edilməlidir. Borcu olan insanların əksəriyyəti aldığı borcun 2-3 qatını banka çoxdan ödəyib. Bəzi banklar həmin insanlardan artıq aldığından əlavə faiz, cərimə və sair formalı manipulyasiyalarla, əslində, almadığı kreditə görə pul tələb edirlər. Devalvasiyadan əvvəl 2 min manat kredit alıb, son 3 ildə 7 min manat qaytarmasına baxmayaraq, bəzi bankların hələ də belə insanların yaxasından əl çəkməməsi faktları obyektiv araşdırılmalı, müflisləşmə mexanizmi tətbiq edilməli və əhalinin aztəminatlı təbəqəsinin kredit borcları silinməlidir.

Əvvəlki yazı

Tanınmış aktrisanın paylaşımı olay yaratdı – Foto

Sonrakı yazı

Zahid Oruc: “Oliqarxiyanın kriminal pulları ölkədəki sabitliyə ən böyük təhlükədir”

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.