06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat “Türk Dünyası Mədəniyyətinə Xidmət” mükafatı aldı

12 Noyabr 2018, 15:14
Uncategorized
A A
Deputat “Türk Dünyası Mədəniyyətinə Xidmət” mükafatı aldı

Millət vəkili Qənirə Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülünə” layiq görülüb.

Reportyor.info xəbər verir ki, millət vəkili Q.Paşayeva 9-cu Türkiyənin paytaxtı Ankarada keçirilən Beynəlxalq Buhara Medya Ödül mərasimində Türk dünyasının birliyi istiqamətində fəaliyyətinə görə “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülünə” layiq görülüb. Mükafatı millət vəkili Q.Paşayevaya Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu təqdim edib və millət vəkili Q.Paşayevanın Azərbaycan-Türkiyə münasibətləri, Türk Dünyası istiqamətində fəaliyyətini xüsusi qiymətləndirərək onu təbrik edib, uğurlar diləyib. Siyasət, iş dünyası, QHT və KİV sahəsində tanınmış şəxslərin, tanınmış sənət adamlarının, onlarla tanınmış insanların iştirak etdiyi mərasimdə ödül alarkən millət vəkili Q.Paşayeva mükafata görə təşəkkürünü bildirib və “bu ödülü Vətənimiz üçün canını fəda edən qəhrəman şəhidlərimiz və özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alıram” deyib. Millət vəkili müsəlman şərqində ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümündə, Azərbaycan Parlamentinin 100-cü ildönümü və nəinki şərq, hətta bir çox qərb ölkələrində qadınların seçib-seçilmək hüququna malik olmadığı bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətində qadınlara seçib-seçilmək hüququnun verilməsinin 100-cü ildönümündə bu mükafatı bir qadın millət vəkili olaraq almaqdan qürur duyduğunu deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Türkiyədə “STAR” neft emalı zavodunun açılışında söylədiyi “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva birlik gücünü artırmaq üçün “Azərbaycan və Türkiyənin ziyalıları, bir millətin övladları daha çox çalışmalıyıq” deyib. Bu mükafatı bir etimad və məsuliyyət olaraq dəyərləndirdiyini deyən millət vəkili buna layiq olmaq üçün bundan sonra da var-gücü ilə çalışacağını bildirib. İşğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından danışaraq “Qarabağ məsələsi bütün türk dünyasının ortaq məsələsidir” deyən millət vəkili Q.Paşayeva “İnşallah gələn tədbirləri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirək”, deyib. “Türkiyə sizin qədər bizim vətənimiz, Azərbaycan da bizim qədər sizin Vətəninizdir” deyən millət vəkili ödül mərasimində iştirak edən siyasət, iş dünyası, QHT və KİV sahəsində tanınmış şəxslərə, tanınmış sənət adamlarına müraciət edərək onları Azərbaycana dəvət edib, birliyimizin güclənməsi istiqamətində daha fəal olmağa çağırıb.

Əvvəlki yazı

Səbail RİH şəhidin evini yıxdı – Video

Sonrakı yazı

Mübariz İbrahimovun anasının ölüm xəbəri yalan çıxdı

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.