16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Rus dili bölməsini bağlamaq yox, başqa dilləri də…”

18 Sentyabr 2020, 10:51
Gündəm
A A
Deputat: “Rus dili bölməsini bağlamaq yox, başqa dilləri də…”

Sosial medianın Azərbaycan seqmentində məktəblərdə rus dili bölmələrinin olub-olmaması davasının getdiyi vaxtda ibrətamiz bir statistika ilə qarşılaşmalı olduq. Məlum oldu ki, Azərbaycanda rus sektoruna tələbat artmasına baxmayaraq, onların dilində təhsil almağa üstünlük verən azərbaycanlılara heç də qonşu ölkədə münasibət yaxşı deyilmiş. Bu göstəricini Rusiyanın Levada Mərkəzi üzə çıxarıb. “Levada Center” təşkilatının sosioloqları tərəfindən bu ilin avqustunda keçirilmiş sorğunun nəticələrinə əsasən, Rusiya vətəndaşlarının cəmi 13 faizi Azərbaycanı ən yaxın dost və müttəfiq hesab edir.

Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında Azərbaycan məktəblərində hansısa bölmələrin bağlanmasının yox, genişləndirilməsinin tərəfdarı olduğunu bildirdi. Onun fikrincə, 3-4 dildə təhsil verilməsi imkanlarını yaratmalıyıq: “Rus dili ilə yanaşı təhsildə başqa dillər də olmalıdır. Biz müzakirə etməliyik ki, hansı dillərdə təhsil açmaq, mütəxəssisləri cəlb etmək lazımdır. Fikrimcə, fransız, alman, ingilis, koreya dillərində məktəblər olmalıdır. Bu, hər bir azərbaycanlının dünyada tanınmasını, inkişafını təmin edə bilər”.

A.Mollazadə ölkədə rus dilində mükəmməl danışan insanlar olduğunu qeyd etdi: “Mən buna müsbət yanaşıram. Çünki xarici dildir. Eyni zamanda Avropa və Asiya dillərini öyrənməyi təmin etməliyik. Yəni mövcud olanı sındırmaq yox, genişləndirmək lazımdır. Eyni zamanda Azərbaycanda minlərlə rus yaşayır. Onların öz dilində oxuması nəzərə alınmalıdır. Bundan əlavə, ölkəmizdə rus icmasına həmişə hörmət olub. Azrbaycanın Qarabağ uğrunda üç rus şəhidi var və biz ölkədə yaşayan etnik qruplara hörmətlə yanaşmalıyıq”.

Deputat hesab edir ki, tədrisdə nəyisə bağlamaq yox, açmaq lazımdır: “Nə qədər dil bilsələr yaxşıdır. İngilis və fransız dili dünyaya çıxmaq üçün daha böyük ”fortuçka” ola bilər. Ona görə məktəblərdə rus dili bölməsini bağlamaq yox, başqa dilləri də açmaq üzərində fikirləşməliyik”.

A.Mollazadə Levada Mərkəzinin keçirdiyi sorğunun nəticələrini təbii qarşılayır: “Rusların digər qonşularla daha pis münasibəti var. Gürcüstana düşmən kimi baxırlar, eyni dildə danışan Ukraynaya münasibət mənfidir. Bu, Rusiya cəmiyyətində olan mənzərədir”.

Əvvəlki yazı

Vilayət Eyvazovdan rəis təyinatı…

Sonrakı yazı

Deputatları qarışdıran jurnalistlərə xəbərdarlıq

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.