16-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat Qüdrət Həsənquliyev:”Hüquq müdafiəçilərinin əfvlə bağlı müraciətinə qoşuluram”

19 Fevral 2019, 23:40
Seçmə
A A
Deputat Qüdrət Həsənquliyev:”Hüquq müdafiəçilərinin əfvlə bağlı müraciətinə qoşuluram”

“Biz Cinayət Məcəlləsinə yeni maddə – 233.4-cü maddəni əlavə edirik. Bu da telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunkasiya xidmətlərinin təşkili adlanır. Cinayət Məcəlləsində qanunsuz sahibkarlıqla bağlı 192-ci maddə var. Orada da qeyd olunur ki, xüsusi razılıq, yəni lisenziya tələb olunduğu halda belə razılıq olmadan fəaliyyət göstərmək qanunsuz sahibkarlıq kimi qiymətləndirilir, cinayət hüquqi qaydada təqib olunur və cəzalandırılır. Ona görə də burada telekommunikasiya xidmətinin göstərilməsi üçün lisenziya alınmalıdır”. 

Strateq.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin Plenar iclasında Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Telekommunkasiya haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsində çıxışı zamanı səsləndirib.

Onun fikrincə, əgər lisenziya alınmadan belə bir fəaliyyət göstərilirsə bu qanunsuz sahibkarlıqdır:

“Ona görə də, mən Cinayət Məcəlləsinə ayrıca, yeni bir maddə əlavə edilməsinə və məcəllənin həcminin şişirdilməsinə ehtiyac olduğunu düşünmürəm. Bundan əlavə, həm də bu məsələ ilə bağlı olduğu bir məqama da toxunmaq istəyirəm: Mətbuatda oxudum ki, bir qrup hüquq müdafiəçisi – Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı Daxili işlər naziri Ramil Usubovla görüşüblər. Və müraciət ediblər ki, vaxtilə bir qrup cinayət törətmiş şəxslər əfv olunsun. Artıq Əfv Komissiyasının iclasları keçirilir və ümid var ki, cənab prezident mart ayında əfv sərəncamı imzalayacaq.

Mən də onların müraciətlərinə qoşuluram. Onlar cənab Prezidentə də müraciət ediblər. Onlar öz obyektiv fəaliyyətləri, sağlam mövqeləri ilə cəmiyyətin rəğbətini qazanmış insanlardır. Həm də bəzi beynəlxalq təşkilatlar haqlı olub olmamalarından asılı olmayaraq bir qrup insanların həbsdən azad olunması təşəbbüsü ilə çıxış ediblər.

Mən düşünürəm ki, həm yerli hüquq müdafiəçilərinin, həm beynəlxalq hüquq müdafiə təşkilatlarının təkliflərini nəzərə alaq, biz də onların təşəbbüsünə qoşulaq və arzu edək ki, dövlət və vətəndaş əleyhinə, yəni şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla, hüquq müdafiəçilərinin təqdim etdiyi siyahıda olan digər şəxslər əfv oluna bilərlər. Hansı ki onların da böyük bir qismi təyin olunmuş cəzanın əhəmiyyətli hissəsini çəkiblər. Cənab Prezidentdən xahiş edək ki, onları əfv eləsin”.

Millət vəkili “Ümumi təhsil haqqında” qanun layuhəsinin müzakirəsi zamanı da fikirlərini bölüşüb:

“Münasibət bildirmək istədiyim məsələ 4.0.22-ci maddə ilə bağlıdır. Amma bundan öncə həm İsa müəllimə (İsa Həbibbəyli), həm də bu layihənin hazırlanmasında iştirakı olanlara, birinci oxunuşda təkcə yazılı yox, həm də şifahi təklif verən şəxslərə öz təşəkkürümü bildirirəm. 4.0.22-ci maddədə dövlət ümumitəhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydalarını müəyyənləşdirmək və tibbi xidməti həyata keçirmək qeyd olunur.

Ötən dəfə də “Gənclər siyasəti haqqında qanun” birinci oxunuşda müzakirə edilərkən söyləmişdim ki, əslində Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə, dövlət mülkiyyətin heç bir növünə üstünlük vermir. Burada da dövlət, bələdiyyə və özəl ümumtəhsil müəssisələrindən söhbət gedir. Onda niyə dövlət ümumtəhsil müəssiələrində ödənişsiz xidmət dövlət tərəfindən təşkil olunduğu halda, tutaq ki, bələdiyyə və özəl ümumtəhsil müəssisələrində təşkil olunmur.

Bundan başqa biz bilirik ki, bir çox tələbələr dövlət qayğısı ilə əhatə olunub və onlar hətta özəl məktəblərdə təhsil alsalar da onların müəyyən xərclərinin çəkilməsini dövlət öz üzərinə götürüb. Ona görə də düşünürəm, daha yaxşı olardı ki, burada fərrq qoymayaq. Yəni bütün ümumtəhsil məktəbləri üçün dövlət ödənişsiz tibbi xidməti təşkil eləsin.

Bundan başqa 4.0.23-cü maddədə də ümumi təhsil sahəsində yerli və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasının təmin edilməsi qeyd olunub. Birinci oxunuşda da mən bunu söyləmişdim. Bu əlverişli investisiya mühiti çox yayğın ifadədir və deklorativ xarakter daşıyır. Yəni burada hansı mühitdən söhbət gedir? Onun izahı nədir? Bunu kim necə qavrayır?

Biz bilirik ki hər kəsin özünün hüquqi düşüncəsi, dünyagörüşü var. Əlverişli mühit dedikdə burada vergidən tam, yaxud qismən azad olunmadan, pulsuz torpaq sahəsinin ayırlmasından, yaxud dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsindən söhbət gedə bilər.

Hesab edirəm ki, bunların hamısı qanunvericiliyə daxil olsa daha yaxşı olar. Əlavə olaraq 13.27-ci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş beynəlxalq fənn olimpiadalarının qaliblərinin müsabiqədən kənar qəbul olunması ilə bağlı qeyd olunur. Hesab edirəm ki, bu müddəa çox doğrudur. Son vaxtlar Təhsil Nazirliyi tərəfindən aparılan təhsilin stimullaşdırılması istiqamətində görülən işlər təqdirəlayiqdir və bu müddəanın bura daxil olunmasını da alqışlayıram.

Münasibət bildirmək istədiyim başqa bir məsələ isə 26.3-cü maddə ilə bağlıdır. Bu, ümumi təhsil sahəsində təhsil verənlərin sosial müdafiəsi əlaqədardır. Əlbəttə, burada qeyd olunur ki, vəzifə maaşı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyən edilir. Amma mən, əvvəllər də bu məsələni qaldırmışam ki, müəllimlərin minimum əmək haqqının aşağı həddini biz qanunvericilik qaydasında göstərə bilərik. Necə ki, bir çox sahələrdə çalışan insanların əmək haqlarını biz qanunla müəyyən edirik. O cümlədən müəllimlərlə bağlı da biz bunu edə bilərik.

Bilirsiniz ki, ölkəmizdə repetitorluq çox geniş yayılıb. Mən hər dəfə bu məsələni qaldırıram. Bunun üçün ilk növbədə müəllimlərin əmək haqqı artırılmaldır və onların minimum əmək haqqı ölkə üzrə orta aylıq əmək haqqından az olmamalıdır. Düşünürəm ki, bunu da biz qanunvericiliyə bu qaydada daxil edə bilərik”

Əvvəlki yazı

İran prezidentinin qardaşı məhkəmə qarşısında –Hüseyn Firidun korrupsiyada ittiham olunur

Sonrakı yazı

Dəniz” kafesində başlayan dəhşətli qətilin səbəbləri-Qərardan narazı qalan tərəflər

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.