13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Operativ Qərargahın qərarları doğrudur”

06 Avqust 2020, 15:04
Siyasət
A A
Deputat: “Operativ Qərargahın qərarları doğrudur”

Bu gün biz hibrid müharibəsi ilə üz üzəyik. Bu, müxtəlif müstəvilərdə davam edir. Onlardan biri də  COVID-19 infeksiyasına qarşı apardığımız müharibədir. Bir məsələnin fərqində olmalıyıq ki, bu gün büdcə müzakirələrini zəruri edən və şərtləndirən də məhz pandemiyanın yaratdığı iqtisadi, sosial və maliyyə  gerçəklikləridir. Ona görə də, düşünürəm ki, bu məsələləri nəzərə almadan biz nə büdcəyə təklif edilən yeni dəyişikləri düzgün qiymətləndirə, nə də öz fikirlərimizi səsləndirərkən daha obyektiv ola bilmərik”.

Reportyor.info xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Hikmət Babaoğlu bildirib ki, bu gün karantin rejiminin yumşaldılmasını istəyənlər, sabah karantin rejimi yumşaldılanda hökuməti bu qərarın verilməsinə görə ittiham edəcəklər:

“Çünki virusun yayılması yenə artacaq. Eləcə də, bu gün iqtisadi fəallığın məhdudlaşdırılmasının əleyhinə olan vətəndaşlarımız sabah bu məhdudiyyətlər götürüləndə yenə də tənqidi mövqedən çıxış edəcəklər. Əsas məsələlələrdən biri  odur ki, pandemiya şəraitində kiçik və orta sahibkarlara dövlət tərəfindən dəstək göstərilir. Bu dəstəyi korrupsiya mənbəyi kimi təqdim edənlər, sabah bu yardım dayandırılanda yenə hökuməti sahibkarlara sahib çıxmamaqda ittiham edəcək”

Millət vəkili qeyd edib ki, pandemiyaya qarşı mübarizədə dünya təcrübəsi, o cümlədən Azərbaycan təcrübəsi var. Onun sözlərinə görə, biz artıq müəyyən yol keçmişik:

“May ayında yumşalmalara getdik. Amma bundan sonra  150-180 civarında olan yoluxma sayı 700-ə yaxınlaşdı. Ona görə də, mən düşünürəm ki, müqayisəli təhlil aparıb obyektiv gerçəkliyi qiymətləndirmək lazımdır. Əks təqdirdə, bu cür mövqelər spekulyativ mövqelər kimi qəbul oluna bilər.

Bəzən biz eşidirik ki, koronavirusla yaşamağı öyrənməliyik. Amma nəzərə almalıyıq ki, bu birgəyaşayış şərtlərini diqtə edən tərəf biz deyilik. Doğurdan da, birgəyaşayış kontekstində iqtisadi fəallığı artırmaq istəyiriksə, nümunə gətirilən ölkələrdəki sosial davranışları da nümunə göstərməliyik. Skandinaviya ölkələrində, şimali Avropanın bəzi ölkələrində doğurdan da birgəyaşayış qaydaları əks tərəfin, yəni virusun diqtə etdiyi formada təmin olunub.

Bunun üç forması var: Tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara riayət olunması. Amma biz özümüz bu qaydalara nə dərəcədə riayət edə bilirik? Birgəyaşayışa hazırıqmı? Həyat tərzimizi dəyişə bilirikmi?  Əvvəlcə bu məsələləri təhlil edib sonra fikirlərimizi söyləsək yaxşı olar.

Necə olur ki, ÜST baş direktoru deyəndə ki, virusa qarşı peyvəndin tapılıb tapılmayacağını bilmirəm, bu heç kimdə qorxu yaratmır. Amma Azərbaycanda bu cür fikirləri səsləndirəndə xəyali personaj kimi insanlara qorxu gəlir?  Bu, xəyalı personaj məhsulu deyil. COVID-19 real bir pandemiyadır və insanların həyatına son qoyur”.

2020-ci ilin dövlət  büdcəsinə nəzərdə tutulan  dəyişiklərin yerində olduğunu soyləyən deputat deyib ki, hökumətin, Operativ Qərargahın aldığı qərarlar doğrudur.

Əvvəlki yazı

QMİ: Məhərrəmlik 21-də başlayır

Sonrakı yazı

Baş Nazir: “Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə hazırlıq görür”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.