16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Onların qarşısında ən böyük maneələrdən biri Vilayət Eyvazovdur”

11 İyul 2020, 12:52
Siyasət, Manşet
A A
Deputat: “Onların qarşısında ən böyük maneələrdən biri Vilayət Eyvazovdur”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinə açıqlamasında son vaxtlar, xüsusilə də Sürət Hüseynovun fəallaşmasından sonra guya Rusiyanın Azərbaycanda hansısa qüvvələri fəallaşdırdığı,Vilayət Eyvazovun çevriliş edəcəyi barədə yayılan şaiyələrin səbəbləri barədə danışıb. 

Bu kimi şaiyələri yayanların əsasən ermənilər və onların xarici ölkələrdəki havadarları olduğunu deyən BAXCP sədri qeyd edib ki, onlar Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirəcəyindən qorxurlar və bunun qarşısını almaq üçün cəmiyyətdə çaşqınlıq yaradıb başımızı özümüzə qatmaq istəyirlər:

“Bu informasiya müharibəsidir. Təəssüf ki, daxildə bu işdə onlara bilərəkdən və ya bilməyərəkdən kömək edən hakimiyyətə susamış, arzularına çatmaq üçün hər cür xəyanətə və şeytanla əməkdaşlığa belə hazır olan, nifrətin kor edib sağlam düşüncədən məhrum etdiyi insanlar da var.

Onlar düşünürlər ki, bu üsulla ölkədə siyasi böhran yaradıb arzularına çata bilərlər. Gözəl anlayırlar ki, onların bu istəklərinin qarşısında ən böyük maneələrdən biri Vilayət Eyvazovdur və ona görə də mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər ki, bu yolla ona qarşı etimadsızlıq yaradıb yolları üzərindən götürə bilərlər”.

Qüdrət Həsənquliyev Azərbaycanın 1993-cü ildəki kimi 2 yaşlı, ilk müstəqil addımlarını atan kövrək bir dövlət deyil, 29 yaşlı gənc bir dövlət olduğunu xatırladıb:

“Bu dövlətin başında isə böyük idarəetmə təcrübəsi olan Prezident dayanır. Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti institutları artıq oturuşub və onlar ölkəni istənilən xəyanətdən qorumaq gücündədir.

Ölkədə təhlükəsizliyə, ictimai asayişin qorunmasına, qanunun aliliyinin təmin edilməsinə cavabdeh olan dövlət orqanları hər hansı təxribatların qarşısını istənilən şəraitdə və şərtlər altında qətiyyətlə almaq gücündədirlər.

Bundan başqa 1993-cü il dövlət çevrilişinin acılarını yaşamış xalqımız belə fikrə düşənləri heç zaman əfv etməz. Bunu Azərbaycanda marağı olan dövlətlər də yaxşı başa düşürlər.

Rusiyadakı bəzi dairələr 2013-cü ilin Prezident seçkiləri zamanı ziyalı cildində ən “nüfuzlu” əlaltılarından olan Rüstəm İbrahimbəyovdan və onun yaratdığı “Milli Şura”dan Azərbaycana təzyiq məqsədilə siyasi təxribatlar törətmək üçün istifadə etmək fikrinə düşdü.

Amma çox tezliklə anladılar ki, heç nə alınan deyil və dövlətlərinin marağını təmin etməyin ən yaxşı yolu Azərbaycanın rəsmi hakimiyyəti ilə qarşılıqlı hörmətə söykənən əməkdaşlıqdır. Bundan sonra artıq istifadə olunmuş Rüstəm İbrahimbəyov və onun kimi bəziləri kənara tullanıldı.

Tarixdə prezidentinə və dövlətinə xəyanət etmiş qiyamçı qara polkovnik kimi qalan Sürət isə Rüstəm İbrahimbəyovdan 20 il əvvəl istifadə olunub və kənara atılıb. Ona görə də narahat olmamalı, amma ayıq-sayıq olmalıyıq. Dövlətimizin əbədi olması üçün tariximizi yaxşı öyrənməli, ondan dərs götürməliyik”.

Əvvəlki yazı

“Qurbanda kəsim yerlərində toplaşmaq olmaz” – QMİ

Sonrakı yazı

“Eurohome”dakı obyektləri sökməyə başladılar – Foto

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.