12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat mənzil qalmaqalından danışdı

14 Yanvar 2020, 15:00
Cəmiyyət
A A
Deputat mənzil qalmaqalından danışdı

Beşinci çağırış Milli Məclisin deputatı olmuş, general Əliağa Hüseynovun adı son bir neçə gündə Bakıda mənzil qalmaqalında hallanır.

Məsələ Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədəki binada Əliağa Hüseynovun həyat yoldaşının 4, qızının 8 mənzilə dair müqavilələrə istinadən məhkəməyə üz tutmalarından sonra yenidən diqqət mərkəzinə qayıdıb.

Binadakı 12 mənzilə aid müqavilələr Əliağa Hüseynovun həyat yoldaşının və qızının əllərində olsa da, faktiki həmin mənzillərdə və alqı-satqı müqavilələri ilə digər vətəndaşlar yaşayır. Həmin vətəndaşlar Əliağa Hüseynovun onlara məxsus 12 mənzilə göz dikdiyini iddia edirlər.

Modern.az məsələ ilə bağlı sabiq deputat Əliağa Hüseynovla əlaqə saxlayıb.

O, bildirib ki, mənzil məsələsində ailəsi mənzil satan şəxs tərəfindən aldadılıb:

“12 il bundan qabaq oğlum, qızım kürəkənim bir yerdə ev almışıq. Sənədlərim də əlimdədir. O gündən indiyə kimi evimizi bizə vermirlər. Çünki bizim evi 4-5 adama satıblar. Məsələn, biz evin kvadratını 1000 manata almışıq, onlar 500 manata. İndi də evi 500 manata alanlara verirlər. Bütün binanı satıblar. İndi biz səsimizi çıxarmayaq, haqqımızı istəməyək?!  Bizim əlimizdə sənəd var, onların əlində isə yoxdur”.

Əliağa Hüseynov adının mənzil qalmaqalında hallanmasına bu cür reaksiya verib:

“Haqqımda çox şeylər yazırlar. Əslində, hamı haqqında yazırlar. Təkcə mənim haqqımda yazmırlar ki! Yaxşı işləri görmürlər, elə ki, hardasa  kiçik nöqsan oldu, dərhal onu yazırlar. Belə olmaz axı! Dünyaya da baxmaq lazımdır. Təbii fəlakətlərdən kimsə sığortalanmayıb. O boyda Avstraliyada heyvanlar məhv oldu. Yaxud da İran təyyarəni səhvən vurdu. Biz nə edə bilərik?! İnsanların zəhmətini yeri vurmaq doğru deyil. İşləmişik, zəhmət çəkmişik, evsiz yaşamayacağıq ki!”.

General onu da əlavə edib ki, yaxşı yaşamaq istəyən özü üçün yaxşı şərait qurmalıdır:

“Hamı komalardan çıxıb, yaxşı evlərdə yaşayır. Sevinməliyik ki, hamımız komalardan çıxmışıq. Heydər Əliyevin hesabına  əlimiz çörəyə çatıb, dövlətimiz güclü dövlətdir. Xarici ölkələrin vətəndaşlarından da yaxşı yaşayırıq. Allah cənab Prezidentimizə can sağlığı versin. Yaxşı yaşamaq istəyən özü üçün yaxşı şərait qurmaq istəyir. Ölkəmizdə hamı firavan yaşayır. Bizim də yaxşı yaşamağa haqqımız var”.

Qeyd edək ki, hazırda Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyeva Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər. Apelyasiya şikayətinə yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Əvvəlki yazı

Tanınmış jurnalistin oğlu Azərbaycanın adını qaldırdı

Sonrakı yazı

Salyandan Fəzail Ağamalıya etirazlar…

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.