İyunun 1-də restoranların və ticarət mərkəzlərinin açılacağı gözlənilir.
Deputat Nəsib Məhəməliyev sonxeber.az-a vurğulayıb ki, indidən dəqiq fikir söyləmək doğru olmaz:
“Bu bilavasitə koronovirusun yayılma dinamikasından asılıdır. Əgər o vaxta qədər pandemiyanın fəsadları əsasən aradan qaldırılsa, bu addımı atmaq olar. Ancaq düşünürəm ki, post-pandemiya dövrü üçün hər bir kütləvi xidmət obyekti, bir növ daxili davranış qaydalarını özündə əks etdirən təlimat hazırlamalıdır.
Təkcə koronovirusla bağlı yox, istənilən digər infeksion xəstəliklərin yayılmasının qarşısını almaq üçün müştərilər və xidmət personalı arasında sosial məsafə qoyulmalıdır ki, xəstəliklərin yayılma ehtimalı aşağı olsun. Servis zamanı şəxsi ünsiyətlərdən daha çox, elektron cihazlar vasitəsilə sifariş qəbuluna üstünlük verilməsi doğru olardı.
Təbiidir ki, karantin rejiminin yaratdığı məhdudiyyətlərdən sonra insanlar tezliklə normal həyata qayıtmaq istəyirlər. Ancaq bir az da səbr etmək, koronovirusun qarşısını tam almaq lazımdır ki, təkrar yoluxmalar baş verməsin. Ümid edirəm ki, biz birlikdə millət olaraq, may ayı ərzində pandemiyaya qalib gələcəyik”.