14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “DOST mərkəzləri uğurlu sosial siyasətin vacib atributudur”

22 May 2020, 13:39
Sosial
A A
Deputat: “DOST mərkəzləri uğurlu sosial siyasətin vacib atributudur”

DOST mərkəzləri vətəndaşların daha qısa zamanda sosial xidmətlərdən istifadəsi, daha əlçatımlı şəkildə yararlanması üçün yeni bir imkandır…

“Ölkəmizdə Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində aparılan işlərin həcmi və coğrafiyası gündən-günə genişlənir.”

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışından bəhs edərkən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Mərkəzlərdə xidmətlər sistemləşdirilmiş formada “bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində göstərilir. Həmin xidmətlərin siyahısına əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrlə bağlı 126 xidmət növü daxildir.
K.Qafarov bildirib ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlər sisteminin innovativ yanaşmalara əsaslanan modern, çevik iş prinsipinə malik mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq və bərabərlik prinsiplərinin bərqərar edilməsidir.

Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 3 saylı DOST mərkəzinin açılışında iştirakı, bu sosial layihəyə verilən önəmin və sözügedən sahədə görülən işlərin, aparılan islahatların nəticəsinə olan marağın əyani sübutudur. Prezidentimiz AzTV-yə müsahibəsində bildirmişdir ki, vətəndaşların bu layihəni bəyənmə əmsalı 96 faizə çatmışdır. İnnovativ inkişaf , həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən, məqsədlərindən və atributlarından biridir. DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması nəzərdə tutulur.

Millət vəkilinin fikrincə, DOST mərkəzləri vətəndaşların daha qısa zamanda sosial xidmətlərdən istifadəsi, daha əlçatımlı şəkildə yararlanması üçün yeni bir imkandır. Burada müxtəlif bürokratik əngəllərlə birbaşa ünsiyyət minimuma endiriləcək, sistemin elektronlaşdırılması vətəndaşların sosial yardımlardan və digər xidmətlərdən istifadəsini asanlaşdıracaq, şəffaflığın yüksəldilməsinə gətirib çıxaracaqdır.

Yaxın perspektivdə – 2020-2025-ci illərdə ölkəmizdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur. «ASAN xidmət», ABAD, DOST kimi sosial layihələr təkcə ölkəmizdə deyil, hətta onun hüdudlarından çox-çox uzaqda da geniş maraq doğurmuşdur və bu prosesin davamlı olacağı gözlənilir. Bütün dünyanı bürüyən koronavirus pandemiyasına baxmayaraq, ölkəmizdə iqtisadi tərəqqi, artan maliyyə imkanları güclü sosial siyasətin davamlılığını təmin edir.
K.Qafarov əlavə etmişdir ki, Azərbaycan yaranmış ekstremal şəraitdə nəinki iqtisadi inkişaf tempini, makroiqtisadi sabitliyi, maliyyə stabilliyini qoruyub saxlamış, hətta bu günə qədər daha çox köməyə ehtiyacı olan 13 ölkəyə və 3 beynəlxalq təşkilata da yardım göstərmişdir.

Millət vəkili sonda bildirmişdir ki, DOST mərkəzlərinin yaradılması Prezident İlham Əliyevin sosial sahədə apardığı islahatlar proqramının növbəti, uğurlu bir səhifəsidir. Bu uğurun qayəsində şəffaflıq, düzlük, operativlik, innovativlik və vətəndaşlara yüksək nümunəvi xidmət dayanır. Heç şübhə yoxdur ki, DOST mərkəzlərinin çoxaldılması sosial məmnunluğu daha da yüksəldəcək, vətəndaşlara daha sivil sosial xidmət göstərilməsini təmin edəcəkdir.

Əvvəlki yazı

Deputatdan “Eurohome” açıqlaması

Sonrakı yazı

İranda koronavirusdan 51 nəfər öldü

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.